Yol hərəkəti haqqında


icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə88/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   84   85   86   87   88   89   90   91   ...   130
yhq az

icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri 

Yol  hərəkəti  təhlükəsizliyinə  nəzarəti  həyata  keçirən  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanı əməkdaşının vəzifələri aşağıdakılardır: 

1) bu Qanunu mükəmməl bilmək və düzgün tətbiq etmək

2)  yol  hərəkəti  təhlükəsizliyinə  nəzarəti  həyata  keçirən  Azərbaycan  Respublikasının  müvafiq icra  hakimiyyəti 

orqanının əməkdaşları üçün müəyyən edilmiş müvafiq formalı geyimdə olmaq; 

3) xidmətdə olarkən xidməti vəsiqəni, xidməti silahını, şəxsi nömrə ilə döş nişanını, jezli, fiti, xüsusi çantanı 

(onun içində bu Qanunun mətnini, qələmi, inzibati xətalar haqqında protokolun blanklarını) özündə saxlamaq;  

4)  yol  hərəkəti  iştirakçılarına  qarşı  ədəb  və  nəzakətlə  rəftar  etmək,  onlarla  münasibətdə  insanın  şərəf  və 

ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməmək; 

5) yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol 

hərəkəti  qaydalarının  pozuntusu  aşkar  edilmişdirsə,  onun  məzmununu  və  həmin  pozuntunun  bu  Qanunun  hansı 

maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət 

verilməsi qaydasını izah etmək; 

6) tərəfindən aşkar edilmiş yol hərəkəti qaydalarının bütün pozuntularını qeyd etmək, onların dəqiq uçotunu 

aparmaq və bu barədə tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli 

şəxslərinə raportla məruzə etmək; 

6-1)  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarı  və  ya  inzibati  xəta  haqqında  protokolu  operativ  nəqliyyat 

vasitəsində  quraşdırılmış  bort-kompyuter  vasitəsilə  tərtib  edərək  dərhal,  yaxud  belə  kompyuter  olmadıqda  həmin 

günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirmək




2017v3 

56 


 

6-2)  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarın  və  ya  inzibati  xəta  haqqında  protokolun  kağız  daşıyıcıda 

surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda 

inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə vermək;  

7) nəzarət etdiyi yol sahəsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görmək; 

8) cinayət törətmiş şəxsləri təqib etmək, tutub saxlamaq və müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına 

təhvil  vermək  (bu  mümkün  olmadığı  halda,  tabeçilik  üzrə  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanının yuxarı vəzifəli şəxsinə təqibi təşkil etmək təklifi ilə müraciət etmək). 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin