Yol hərəkəti haqqında


Maddə 76. Nizamlanan yolayrıcıları



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə84/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   80   81   82   83   84   85   86   87   ...   130
yhq az

Maddə 76. Nizamlanan yolayrıcıları 

I. Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya 

sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. 

II. Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət 

edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. 

III.  Svetoforun  və  ya  nizamlayıcının  siqnalları  eyni  vaxtda  həm  tramvayın,  həm  də  relssiz  nəqliyyat  vasitələrinin 

hərəkətinə  icazə  verirsə,  tramvay,  hərəkət  istiqamətindən  asılı  olmayaraq,  üstünlüyə  malikdir.  Lakin  svetoforun 

qırmızı  və  ya  sarı  siqnalı  ilə  eyni  vaxtda  olan  əlavə  bölməsində  yandırılmış  ox  işarəsi  istiqamətində  hərəkət  edən 

tramvay başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. 

IV. Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından 

asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona 

maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında 

stop-xətlər (

 5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. 

V.  Svetoforun icazə siqnalı  yanarkən  sürücü  yolayrıcında  hərəkəti  başa  çatdırmaqda  olan  nəqliyyat  vasitələrinə  və 

həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin