Yol hərəkəti haqqında


Maddə 73. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə81/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   77   78   79   80   81   82   83   84   ...   130
yhq az

Maddə 73. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə 

edilməsi 

I. Təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara 

işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə 

edirlər. 

II.  Yuxarıda  göstərilən  vasitələrlə  səs  və  işıq  siqnallarının  verilməsi,  nəqliyyat  vasitələrinin  sürücülərini  sürəti 

azaltmaq  və yol-nəqliyyat  hadisəsinin  qarşısını almaq üçün  bütün  digər  zəruri  tədbirləri  görmək  vəzifəsindən  azad 

etmir. 

III.  Sutkanın  qaranlıq  vaxtı  və  ya  məhdudiyyətli  görünmə  şəraitində,  habelə  tunellərdə  hərəkətdə  olan  nəqliyyat 

vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır: 

1) təchizatından asılı olaraq nəqliyyat vasitələrində — faraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları, 

velosipedlərdə - faralar və ya fənərlər, at arabalarında - fənərlər; 

2) qoşqularda və yedəyə alınan nəqliyyat vasitələrində — qabarit işıqları. 

IV. Uzaq işıq yaxın işığa: 

1) yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda və yaşayış məntəqələrindən kənarda, əgər yolun 

hərəkət hissəsi yol boyu işıqlanmışdırsa və əgər həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı 

verirsə; 




2017v3 

53 


 

2) sürücünün gözlərini qamaşdırmamaq məqsədi ilə qarşıdan gələn nəqliyyat vasitəsinə azı 150 metr qalmışsa; 

3) yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda keçirilməlidir. Gözü 

qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini 

dayandırmalıdır; 

4) irəlidə hərəkət edən nəqliyyat vasitəsindən yaxın məsafədə hərəkət etdikdə, ötməzdən əvvəl qısa müddətə 

faraların uzaq işığını yandırmaqla xəbərdarlıq işıq siqnalı vermək olar. 

V. Sutkanın işıqlı vaxtında hərəkət edən nəqliyyat vasitəsini göstərmək məqsədilə aşağıdakı nəqliyyat vasitələrində 

faranın yaxın işıqları yandırılmalıdır:  

1) motosiklet və mopedlərdə;  

2) uşaq dəstələrini daşıyan avtobus və mikroavtobuslarda;  

3) mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələrində;  

4) digər nəqliyyat vasitələrini yedəyə alan nəqliyyat vasitələrində;  

5) təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitələrində;  

6)  xüsusi  olaraq  ayrılmış  zolaqla  nəqliyyat  vasitələrinin  axınına  qarşı  hərəkət  edən  ümumi  istifadədə  olan 

nəqliyyat vasitələrində.  

V-I. Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər:  

1) məhdudiyyətli görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə;  

2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və uzaq işıqları ilə birlikdə;  

3)  bu  Qanunun  73-cü  maddəsinin  V  hissəsində  nəzərdə  tutulmuş  hallarda  müvafiq  nəqliyyat  vasitələrində 

faranın yaxın işıqlarının əvəzinə. 

VI. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli görünmə şəraitində dayanarkən 

və durarkən nəqliyyat vasitəsində və avtoqatarda qabarit və ya dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit işıqları 

nasazdırsa,  nəqliyyat  vasitəsi yoldan  kənara  çıxarılmalı,  bu  mümkün  olmadıqda  isə  o,  qəza  dayanma  nişanı  ilə  bu 

Qanunun tələbinə uyğun işarələnməlidir.  

VII. Qatı duman şəraitində, güclü qar və yağış yağanda, yaxud buna uyğun digər şəraitdə, həmçinin faranın yaxın 

işıqları və ya duman faraları və dumana qarşı fənərlər yandırala bilər. 

Qeyd: Yuxarıda göstərilən hallar istisna olmaqla, nəqliyyat vasitələri işıq və səs siqnalları söndürülmüş vəziyyətdə 

aşağıdakı  hallarda  duracaqda  dayana  bilər:  1)  işıqlandırılmış  yollarda  nəqliyyat  vasitəsi  kifayət  qədər  məsafədən 

aydın  göründükdə;  2)  yolun  hərəkət  hissəsinin  kənarından  aralı  saxlandıqda;  3)  akkumulyatorla  təchiz  olunmamış 

motosikletlər  yaşayış  məntəqəsində  yolun  hərəkət  hissəsinin  qırağında  saxlandıqda;  4)  yaşayış  məntəqələrində 

hərəkət gərginliyi az olan küçələrdə. 

VIII.  Projektor-faradan  və  axtarıcı-faradan  yalnız  yaşayış  məntəqələrindən  kənarda,  qarşıdan  nəqliyyat  vasitələri 

gəlmədikdə  istifadə  etməyə  icazə  verilir.  Yaşayış  məntəqələrində  belə  faralardan  yalnız  operativ  və  xüsusi xidmət 

nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər. 

IX. Arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə  şəraitində istifadə edilə bilər. Arxa duman fənərlərini 

stop-siqnallara qoşmaq qadağandır. 

X.  “Avtoqatar”  tanınma  nişanı  avtoqatar  hərəkət  etdiyi,  sutkanın  qaranlıq  vaxtı  və  ya  məhdudiyyətli  görünmə 

şəraitində isə, həm də dayandığı və ya durduğu müddətdə yanmalıdır. 

XI. Səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər: 

1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan 

hallarda; 

2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. 

XII. Ötmə barədə xəbərdarlıq etmək üçün səs siqnalı əvəzinə (və ya onunla birlikdə) işıq siqnalı verilə bilər. Bu işıq 

siqnalı  sutkanın  işıqlı  vaxtı  —  faraların  işıqlarını  qısamüddətli  yandırıb-söndürməkdən,  sutkanın  qaranlıq  vaxtı  isə 

faraların yaxın işığını dəfələrlə uzaq işığa keçirməkdən ibarətdir. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin