Maddə 68. Əlavə məlumat nişanları
I. Əlavə məlumat nişanları (lövhəciklər) birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya
məhdudlaşdırırlar.
2017v3
47
II. Lövhəciklər birlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında yerləşdirilirlər. Yolun hərəkət hissəsinin
qırağında və ya səkinin üstündə asıldıqda,
7.2.2,
7.2.3,
7.2.4,
7.13 əlavə məlumat nişanları yol
nişanlarının yan tərəfində yerləşdirilir.
Maddə 69. Yolun nişanlanması
I. Yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat
axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir.
II. Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol
qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər
elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və
svetoforlarla birlikdə tətbiq olunur.
III. Yolun nişanlanmasının aşağıdakı formaları vardır:
1) üfüqi;
a) uzununa (1.1—1.11);
b) köndələninə (1.12—1.15);
v) digərləri (1.16.1—1.24);
2) şaquli.
IV. Yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və
istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud
tamamladığı yol nişanları ilə birgə istifadə edilir.
V. Yolun üfüqi nişanlanması müəyyən hərəkət rejimini və hərəkət tərzini müəyyən etməklə, yolun hərəkət hissəsinə,
sarı rənglə olan
1.4,
1.10 və
1.17 xətləri istisna olunmaqla, ağ rəngdə çəkilir.
VI. Üfüqi nişanlanma xətləri aşağıdakılardır:
1)
1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət
zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq
yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir;
2)
1.2 — avtomagistrallarda hərəkət hissəsinin kənarını göstərir (enli bütöv xətlər);
3)
1.3 — dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır;
4)
1.4 —
3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir və
hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;
5)
1.5 — iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə
hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir;
6)
1.6 — əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran
1.1 və ya
1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti — cizgilərinin uzunluğu
onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər);
7)
1.7 — yolayrıcının hüdudlarında hərəkət zolaqlarını göstərir (cizgiləri qısa və onların
aralarındakı məsafə cizginin uzunluğuna bərabər olan qırıq xətlər);
8)
1.8 — sürətləndirmə və ya tormozlama zolağı ilə yolun hərəkət hissəsinin əsas zolağı arasında
sərhədi göstərir (enli qırıq xətlər müxtəlif səviyyələrdəki yolayrıclarında, kəsişmələrdə, avtobus dayanacaqları
zonasında və sair yerlərdə);
2017v3
48
9)
1.9 — reversiv hərəkətlə nizamlanma tətbiq edilən hərəkət zolaqlarının sərhədlərini göstərir,
qarşılıqlı hərəkətlə nizamlanma tətbiq olunan yollarda əks istiqamətli (qarşılıqlı hərəkət svetoforları söndürülən
zaman) nəqliyyat axınlarını ayırır;
10)
1.10 —
3.28,
5.40 nişanları ilə birlikdə tətbiq edildikdə duracağın qadağan
olunduğu yerləri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;
11)
1.11 — yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni
istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və
çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir;
12)
1.12 (stop-xətt) —
2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan
siqnalı verildikdə, sürücünün dayanmalı olduğu yeri göstərir;
13)
1.13 — kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol vermək üçün sürücünün lazım
gəldikdə, dayanmalı olduğu yeri göstərir;
14)
1.14.1 — nizamlanmayan piyada keçidini,
1.14.2 — piyadaların hərəkət
istiqamətini,
1.14.3 — hərəkətin svetoforla nizamlandığı piyada keçidini göstərir;
15)
1.15 — velosiped yolunun yolun hərəkət hissəsi ilə kəsişdiyi yeri göstərir;
16)
1.16.1,
1.16.2,
1.16.3 — nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi
yerlərdə istiqamətləndirici adacıqları göstərir;
17)
1.17 — ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını
göstərir;
18)
1.18 — yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir,
müstəqil, yaxud
5.8.1,
5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş
nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə
icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir;
19)
1.19 — yolun hərəkət hissəsinin daralan sahəsinə (həmin istiqamətdə zolaqların sayının azaldığı
sahəyə), yaxud əks istiqamətlərdə nəqliyyat axınlarını ayıran
1.1 və
1.11 nişanlama
xətlərinə yaxınlaşmanı göstərir. Birinci halda
1.19 nişanlama xətti
1.18.1,
1.18.2,
1.18.3 nişanları ilə birlikdə tətbiq oluna bilər;
20)
1.20 —
1.13 nişanlanma xəttinə yaxınlaşmanı bildirir;
2017v3
49
21)
1.21 (“stop” yazısı) —
2.5 nişanı ilə birlikdə tətbiq olunduğu hallarda
1.12
nişanlanma xəttinə yaxınlaşmanı bildirir;
22)
1.22 — yolun (marşrutun) nömrəsini göstərir;
23)
1.23 — ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolağı göstərir.
VII. Üfüqi nişanlanma xəttinin xüsusiyyəti:
1)
1.1,
1.2,
1.3 xətlərini kəsib keçmək qadağandır;
2) nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərən və sürücüdən
sağda yerləşən
1.1 və
1.2 xətlərini kəsib keçməyə yol verilir;
3)
1.5,
1.6,
1.7,
1.8 xətlərini istənilən tərəfdən kəsib
keçməyə icazə verilir;
4) qarşılıqlı hərəkət svetoforlar olmadıqda və ya söndürülmüş olduqda,
1.9 xətti sürücüdən
sağdadırsa, onu kəsib keçməyə icazə verilir, qarşılıqlı hərəkət svetoforları yanarkən bir istiqamətdə hərəkətə icazə
verilən zolaqları bir-birindən ayıran
1.9 nişanlama xəttini istənilən tərəfdən kəsib keçmək olar. Qarşılıqlı
hərəkət svetoforları söndürüldükdə sürücü dərhal
1.9 nişanlanma xəttindən sağ tərəfə yerdəyişmə
etməlidir. Qarşılıqlı hərəkət svetoforları söndürülmüş olduqda əks istiqamətli nəqliyyat axınlarını ayıran
1.9 xəttini kəsib keçmək qadağandır;
5)
1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan
sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Yeri dəyişdirilə bilən dayaqlarda qurulmuş müvəqqəti yol
nişanlarının və nişanlanma xətlərinin mənaları bir-birinə zidd gəldikdə, sürücülər yol nişanlarını əsas tutmalıdırlar.
VIII. Yol qurğularının elementlərinə (körpülərə, dəmiryol keçidlərinə, dayaq qurğularına və s.) hasarlara, sütunlara,
eləcə də yollarda olan və hərəkət üçün təhlükə yaradan digər obyektlərin üzərinə, onların ölçülərini göstərmək və
həmçinin sürücülərin gözlə istiqaməti müəyyənləşdirməsinə kömək etmək məqsədilə, ağ və qara rəngli zolaq
şəklində şaquli nişanlama çəkilir.
IX. Şaquli nişanlanma xətləri aşağıdakılardır:
1)
2.1 — yol qurğularının hərəkətdə olan nəqliyyat vasitələri üçün təhlükə doğuran ünsürlərini
(körpülərin dayaqlarını və s.) göstərir;
2)
2.2 — tunellərin, körpülərin aşırımlarının aşağı kənarını göstərir;
3)
2.3 — ayırma zolaqlarında və ya təhlükəsizlik adacıqlarında düzəldilmiş dairəvi adacıqları göstərir;
2017v3
50
4)
2.4 — istiqamətləndirici dirəkcikləri, yolkənarı kötükcükləri, çəpərlərin dayaqlarını və s.
göstərir
5)
2.5 — kiçik radiuslu döngələrdə, sərt enişlərdə, digər təhlükəli sahələrdə yol
sədlərinin yan səthini göstərir;
6)
2.6 — başqa sahələrdə yol sədlərinin yan səthini göstərir;
7)
2.7 — təhlükəli sahələrdə yol səthindən hündürə çıxan təhlükəsizlik adacıqlarını
göstərir.
Dostları ilə paylaş: |