Maddə 70. Dəmiryol keçidlərinin siqnallaşdırılması
I. Dəmiryol keçidlərindəki işıq siqnalları eyni səviyyədə quraşdırılmış, növbəliklə işləyən və keçiddən hərəkəti
qadağan edən iki yanıb-sönən qırmızı işıqdan ibarətdir.
II. İşıq siqnallarını ahənglə səslənən və keçiddən hərəkəti qadağan edən səs siqnalları müşayiət edə bilər.
III. Qırmızı işıqların arasında, yaxud onların üzərində yerləşən və yanıb-sönən ağ işıq hərəkətə icazə verir.
IV. Şlaqbaum quraşdırılmış keçidlərdə bağlı, yaxud bağlanmağa başlayan şlaqbaum olduqda, keçidə daxil olmaq
qadağandır.
V. Şlaqbaum ardıcıllıqla qırmızı və ağ zolaqlarla rənglənməlidir, ortada isə qırmızı rəngdə disk nəzərdə tutula bilər.
Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yollarda şlaqbaum işıqlandırılmalı və ya qırmızı işıqlar nəzərdə tutulmalıdır.
VI. Dəmiryol keçidlərinə yaxınlaşma
1.1 və
1.2 xəbərdarlıq nişanları ilə, yaxud şlaqbaumla
nişanlanmalı, keçidin bilavasitə yaxınlığında isə hər bir tərəfdən
1.3.1 və
1.3.2 xəbərdarlıq nişanları
quraşdırılmalıdır.
VII. Dəmiryol keçidi önündə yaşayış məntəqələrindən kənarda yol boyu
1.4.1,
1.4.2,
1.4.3,
1.4.4,
1.4.5,
1.4.6 lövhələri quraşdırılır. Həmin lövhələr hərəkət boyu yolun sol tərəfində də quraşdırıla bilər. Bu
zaman onları
1.1 və ya
1.2 xəbərdarlıq nişanları müşayiət edə bilər.
VIII. Hərəkət intensivliyi az olan keçidlərdə
2.5 üstünlük nişanı quraşdırılır. Həmin keçidlərdə nəqliyyat
vasitələrinin hərəkətini dəmiryol keçidi üzrə növbətçi nizamlayır.
Dostları ilə paylaş: |