Yol hərəkəti haqqında


Maddə 337. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə111/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   107   108   109   110   111   112   113   114   ...   130
yhq az

Maddə 337. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək 

üçün idarə etmə hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsi 

337.1.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququnun  olmadığını  və  sərxoş  vəziyyətdə  olduğunu  bilə-bilə  nəqliyyat 

vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə - 

fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 4000 manat məbləğində 

cərimə edilir. 



337.2. Bu Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - fiziki şəxslər  300 

manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 6000 manat məbləğində cərimə edilir. 

337.3.  Bu  Məcəllənin  337.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətaların  törədilməsi  və  yol  hərəkəti  qaydalarının 

pozulması  nəticəsində  zərər  çəkmiş  şəxsə  fiziki  və  ya  maddi  zərər  vurulmasına  görə  -  fiziki  şəxslər  400  manat 

məbləğində, vəzifəli şəxslər 800 manat məbləğində, hüquqi şəxslər 8000 manat məbləğində cərimə edilir. 

337.4.  Ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsinin  sərnişin  daşınması  üçün  belə  nəqliyyat  vasitəsini  idarə  etmək 

hüququ  olmayan  və  sərxoş  vəziyyətdə  olan  şəxsə  verilməsinə  görə  -  fiziki şəxslər  600  manat  məbləğində, vəzifəli 

şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 8000 manat məbləğində cərimə edilir. 

337.5. Bu Məcəllənin 337.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - 1 aydan 2 ayadək 

müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 12000 manat məbləğində cərimə edilir. 

337.6.  Bu  Məcəllənin  337.4-cü  maddəsində  nəzərdə  tutulmuş  xətanın  törədilməsi  və  yol  hərəkəti  qaydalarının 

pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş 

şəxsə maddi zərər vurulmasına görə - fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 2500 manat məbləğində 

cərimə  edilir, yaxud işin  hallarına  görə,  xətanı  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  1  aydan  2  ayadək  müddətə 

inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 15000 manat məbləğində cərimə edilir. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin