Yol hərəkəti haqqında


alınması qaydalarının pozulması



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə114/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   110   111   112   113   114   115   116   117   ...   130
yhq az

alınması qaydalarının pozulması 

339.1.  Nəqliyyat  vasitələrinin  sahibləri  və  ya  sürücüləri  tərəfindən  “Yol  hərəkəti  haqqında”  Azərbaycan 

Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya 

texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi 

(notarius  tərəfindən  təsdiq  edilən  müqavilələr  istisna  olmaqla)  əsasında  başqa  şəxsə  verildikdə  onu  təkrar  dövlət 

qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya 

nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki 

şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə 

edilir. 


339.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya 

dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan 

sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, yaxud 

nəqliyyat  vasitələrinin  texniki  baxışının  keçirilməsində  və  ya  texniki  sazlığı  haqqında  sənədin  verilməsində 

süründürməçiliyə  yol  verilməsinə  və  ya  onların  həllindən  qanunsuz  olaraq  imtina  edilməsinə,  yaxud  texniki  sazlığı 

haqqında  verilmiş  sənədin  və  bu  sənəddəki  məlumatların  həqiqətə  uyğun  olmamasına  görə  -  150  manatdan  200 

manatadək məbləğdə cərimə edilir. 

339.3.  Sürücülük  vəsiqəsinin  verilməsi  və  ya  dəyişdirilməsi  haqqında  ərizəyə  baxılmamasına,  yaxud  baxılarkən 

süründürməçiliyə yol verilməsinə və ya yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri 

üzrə təcrübi imtahanlara buraxmaqdan əsassız imtina edilməsinə görə - 200 manatdan 250 manatadək məbləğdə 

cərimə edilir. 



339.4.  Müvafiq  icra  hakimiyyəti  orqanının  əməkdaşı  tərəfindən  bu  Məcəllənin  150.4-cü  maddəsinin  tələbləri 

pozulmaqla  cərimənin  inzibati  xəta  törətmiş  şəxsdən  müvafiq  ödəniş  sistemlərindən  istifadə  etmədən  bilavasitə 

alınmasına görə - 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. 

339.5. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə protokolun və ya inzibati xəta haqqında iş 

üzrə  qərarın  bu  Məcəllənin  122.1,  123.2,  124.1,  124.4-124.6,  125.4  və  126.3-cü  maddələrində  nəzərdə  tutulmuş 

qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə, yaxud bu Məcəllənin 122.1, 

125.1, 125.3 və 125.6-cı maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının 

informasiya  sisteminə  göndərilməməsinə  (yerləşdirilməməsinə)  görə  -  500  manatdan  700  manatadək  məbləğdə 

cərimə edilir. 

 

Qeyd:  


Şəxs  bu  Məcəllənin  339.1-ci  maddəsində  nəzərdə  tutulmuş  nəqliyyat  vasitəsini  dövlət  qeydiyyatından  və  ya  “Yol 

hərəkəti  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  hallarda  texniki  baxışdan  keçirmədən 

idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və 

ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə 

cəlb olunmur. 



2017v3 

92 


 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin