Maddə 340. Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi
və texnikanın sazlığı haqqında sənədin verilməsi qaydalarının pozulması
340.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən kənd təsərrüfatı texnikasının sahibləri və
ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada
və müddətdə texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət
qeydiyyatından keçirilmiş texnika icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla)
əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə - fiziki şəxslər 50 manat
məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.
340.2. Bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının
aparılması, texnikanın qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar texnikanın
sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, texnikanın qeydiyyata alınmasında və ya
qeydiyyatdan çıxarılmasında, yaxud texniki baxışının keçirilməsində və ya texniki sazlığı haqqında sənədin
verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də
texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə - 150
manatdan 200 manatadək məbləğdə cərimə edilir.
Qeyd:
Şəxs bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş texnikanı dövlət qeydiyyatından və ya “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə
etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində texnikanı dövlət qeydiyyatından və ya texniki
baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb
olunmur.
Dostları ilə paylaş: |