Yol hərəkəti haqqında


hərəkəti təhlükəsizliyinin təmin edilməsi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə18/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   14   15   16   17   18   19   20   21   ...   130
yhq az

hərəkəti təhlükəsizliyinin təmin edilməsi 

I.  Azərbaycan  Respublikası  ərazisində  avtomobil  yollarının  layihələşdirilməsi,  tikintisi,  yenidən  qurulması  və  təmiri 

sahəsində  bütün  işlər  yol  hərəkəti  təhlükəsizliyi  üzrə  beynəlxalq  standartlar,  qaydalar  və  normativlər,  habelə 

nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti üçün ayrılmış zolağın yetərliliyinin təmin edilməsi zərurəti nəzərə 

alınmaqla həyata keçirilməlidir. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydası 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

II.  Avtomobil  yollarının  təmiri,  tikintisi,  yenidən  qurulması,  tədqiqi  və  sınağı  üzrə  layihə  və  podrat  işlərinin  icrası 

müsabiqəsi  əsasında  seçilən  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  yol  təsərrüfatı  orqanları  ilə  bağlanan  podrat 

müqavilələri əsasında həyata keçirilir.  

III. Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair birtipli və ya fərdi layihələrdə yol hərəkəti 

təhlükəsizliyinin,  ətraf  mühitin  mühafizəsinin,  habelə  əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  spesifik 

ehtiyaclarının təmin edilməsi ilə bağlı olan bütün tədbirlər kompleksi nəzərdə tutulmalıdır.  

IV.  Avtomobil  yollarının  tikintisinə,  yenidən  qurulmasına  və  təmirinə  dair  layihələr  yol  hərəkətinin  təhlükəsizliyi 

qaydalarının,  normativlərinin  və  standartlarının  tələblərinə  uyğunluğu  baxımından  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanlarında  ekspertizadan  keçirilməli  və  onlarla  razılaşdırılmalıdır.  Ekspertiza  keçirilməsi 

zamanı aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmalıdır. 

V.  Şəhərlərarası  avtomobil  yollarının  sanitariya-mühafizə  zonasında  yolların  tikilməsinə,  yol  kompleksi  tikililərinin 

ucaldılmasına, səsudan qurğuların və çirkləndirici maddə tutucularının qurulmasına, mühəndis kommunikasiyalarının, 

bionəqliyyat  yollarının  çəkilməsinə,  yaşıllıq  zolağı  salınmasına,  xidmət  obyektlərinin  açılmasına  və  hərəkət 

təhlükəsizliyi  tələbləri  nəzərə  alınmaqla,  müəyyənləşdirilmiş  qaydada  hazırlanan  və  razılaşdırılan  layihələrə  uyğun 

olaraq  icazə  verilir.  Payız-qış  mövsümündə  yolun  sanitariya-mühafizə  zonasında  müvəqqəti  qarsaxlayan  qurğunun 

qurulmasına icazə verilir. 

VI. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi təyinatlı məsrəflərin 

azaldılması qadağandır. 

VII.  Müvafiq  razılaşdırma  olmadan,  layihəçi  layihələşdirməyə  dair  müəyyən  edilmiş  tələblərdən  və  ya  tapşırıq 

şərtlərindən  kənara  çıxdıqda,  bu  uyğunsuzluğu öz  hesabına  aradan  qaldırır. Layihənin ayrı-ayrı  hissələrinin həyata 

keçirilməsini  qeyri-mümkün  edən  şərait  yarandıqda,  işlərin  icraçısı  yol  hərəkətinin  təhlükəsizliyinə  dair  əlavə 

tədbirlərin hazırlanması məqsədilə layihəçiyə və sifarişçiyə məlumat verməlidir. 

VIII.  Tikilmiş,  yenidən  qurulmuş  və  ya  təmir  olunmuş  avtomobil  yollarının  yol  hərəkəti  təhlükəsizliyinin  təmin 

edilməsinə dair inşaat normalarının, qaydalarının, standartlarının və digər normativ sənədlərin tələblərinə uyğunluğu 

avtomobil  yollarının  qəbul  edilmə  aktı  ilə  təsdiq  olunur.  Avtomobil  yollarının  qəbul  edilmə  aktı  yalnız  nəzarət 

qaydasında keçirilmiş müayinənin, yoxlamanın və sınağın nəticələri əsasında xüsusi komissiya tərəfindən verilir. Bu 

komissiyanın avtomobil yollarının və müvafiq yol qurğularının mülkiyyətçilərinin təqdimatı əsasında təşkili qaydası və 

tərkibi,  habelə  avtomobil  yollarının  qəbul  edilməsi  zamanı  müayinənin,  yoxlamanın  və  sınağın  keçirilməsi  qaydası 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  

IX.  Avtomobil  yollarında  yol  hərəkətini  nizamlayan  texniki  vasitələr  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanının icazəsi ilə quraşdırılır. 

X. Avtomobil yollarının layihələşdirilməsini, tikintisini, yenidən qurulmasını və təmirini həyata keçirən hüquqi və fiziki 

şəxslər yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin