Yol hərəkəti haqqında


Maddə 6. Yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə15/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   11   12   13   14   15   16   17   18   ...   130
yhq az

Maddə 6. Yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri 

I. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı hüquqları vardır: 



2017v3 

 



1)  müəyyən  edilmiş  qaydalara  müvafiq  olaraq  avtomobil  yollarında  sərbəst  və  maneəsiz  hərəkət  etmək, 

müvafiq icra hakimiyyəti orqanlarından yol hərəkəti şəraiti haqqında məlumat almaq; 

2)  avtomobil  yollarında  hərəkətin  məhdudlaşdırılmasının  və  ya  qadağan  edilməsinin  səbəbləri  barədə 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından məlumat almaq; 

3)  yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsi  ilə  bağlı  məmulatların  və  xidmətlərin  keyfiyyəti  haqqında 

məlumat almaq; 

4)  yol-nəqliyyat  hadisələri  zamanı  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 

pulsuz tibbi yardım və digər təcili kömək almaq; 

5)  yolların  hərəkət  təhlükəsizliyi  tələblərinə  uyğunsuzluğu  nəticəsində  baş  vermiş  yol-nəqliyyat  hadisələri 

zamanı  səhhətinə,  eləcə  də  nəqliyyat  vasitəsinə  dəymiş  zərərin  ödənilməsini  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə müvafiq qaydada tələb etmək; 

6) yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin 

hərəkətlərindən məhkəməyə şikayət etmək; 

6-1)  barələrində  yol  hərəkəti  qaydalarının  pozuntusu  ilə  əlaqədar  tətbiq  edilən  inzibati  tənbeh  haqqında 

qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet 

informasiya ehtiyatlarından məlumat almaq; 

7) bu Qanunla müəyyən olunmuş digər hüquqlardan istifadə etmək. 

II. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı vəzifələri vardır: 

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol 

hərəkəti qaydalarına əməl etmək; 

2)  yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsində  iştirak  etmək  və  bunun  üçün  keçirilən  tədbirlərdə 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək

3) onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək; 

4)  yol  hərəkəti  təhlükəsizliyinin  tibbi  təminatı  və  ətraf  mühitin  nəqliyyatın zərərli  təsirindən  qorunması  üçün 

tədbirləri həyata keçirmək; 

5) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək. 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin