Yol hərəkəti haqqında


Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə37/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   33   34   35   36   37   38   39   40   ...   130
yhq az

Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması 

 

Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı 

I. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona 

uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat 

vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı 

üzrə  uçota  alınması  haqqında”  Əsasnamə  ilə  müəyyən  edilmiş  qaydada  dövlət  qeydiyyatından  keçirilərək  uçota 

alınırlar.  Dövlət  qeydiyyatı  nəqliyyat  vasitələrinin  konstruksiyasının,  texniki  vəziyyətinin  və  avadanlığının  qəbul 

olunmuş  təhlükəsizlik  qaydalarına  uyğun  olması,  nəqliyyat  vasitələrinin  istifadə  olunması  və  ya  çıxdaş  edilməsi 

zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, 

nəqliyyat vasitələrinin  sahibləri  tərəfindən  rüsumların ödənilməsi,  eləcə  də  nəqliyyat  vasitələrinin  mərkəzləşdirilmiş 

şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və 

sərnişin  daşımaları  xidmətini  həyata  keçirən  avtonəqliyyat  vasitələri  ilə  daşınan  sərnişinlərin  (şəhərdaxili  və  ya 

qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və 

digər  hüquqpozmalara  qarşı  mübarizə  aparılması  məqsədi  ilə  həyata  keçirilir.  Nəqliyyat  vasitəsinin  qoşqu  və 

yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri 

isə  yalnız  bir  şəxsin  adına  aparılır.  Qeydiyyat  üzrə  daimi  uçota  alınan  nəqliyyat  vasitələrinin  sahiblərinə  nəqliyyat 

vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. 

II.  Mexaniki  nəqliyyat  vasitələrinin  dövlət  qeydiyyatını  Azərbaycan  Respublikasının  rayon,  şəhər  və  bölgələrində 

aşağıdakılar aparırlar: 

1)  hüquqi  və  fiziki  şəxslərə  məxsus  olan  (Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrindən  və  digər 

birləşmələrdən  başqa) və  mühərrikinin  işçi  həcmi  50 kub/sm  və  daha  çox,  konstruktiv  maksimal sürəti  saatda  50 

kilometrdən  artıq  olan  bütün  tipli,  markalı  və  modelli  mexaniki  nəqliyyat  vasitələrinin,  onların  qoşqularının  və 

yarımqoşqularının — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 

2) tramvayların və trolleybusların — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 

3)  traktorların,  həmçinin  meşə  və  kənd  təsərrüfatında  istifadə  edilən,  siyahısı  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilən  mexaniki  nəqliyyat  vasitələrinin  -  Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 

4)  texnoloji  nəqliyyat  vasitələrinin,  habelə  bu  maddənin  II  hissəsinin  1-ci  və  3-cü  bəndlərində  göstərilən 

nəqliyyat  vasitələri istisna olmaqla,  siyahısı  Azərbaycan  Respublikasının  müvafiq icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 

5) hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinin — Azərbaycan Respublikasının müvafiq 

icra hakimiyyəti orqanı; 

III. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələrinin vahid dövlət 

qeydiyyatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aparır. 

IV. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə 

tutulmuş orqanlarda: 

1) əldə edildiyi vaxtdan on gün ərzində; 

2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; 

3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində; 

4)  nəqliyyat  vasitəsinin  mühərrik,  ban  və  şassi  nömrələri  dəyişdirildiyi  və  ya  qeydiyyat  məlumatlarının 

dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat 

vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar. 

Qeyd: Vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma 

mühərrikli velosipedi, mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Nəqliyyat 

vasitəsi  yetkinlik  yaşına  çatmamış  vərəsənin  adına  qeydiyyata  alınarkən,  qeydiyyat  sənədində  onun  valideyninin, 



2017v3 

17 


 

övladlığa  götürənin  və  himayəçinin  soyadı,  adı,  atasının  adı  göstərilir  və  belə  nəqliyyat  vasitəsinin  qəyyumluq  və 

himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur. 

IV-I.  Nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyatının  aparılması  və  daimi  uçota  alınması,  nəqliyyat  vasitəsinin  qeydiyyat 

şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 

1) nəqliyyat vasitəsinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsinin və dövlət 

qeydiyyat  nişanının  alınması  ilə  bağlı  internet  vasitəsilə  elektron  formada  müraciət  etmə  imkanı  ve  həmin  şəxsin 

növbəsi barədə (tarix və vaxt göstərilməkle) eyni qaydada məlumatın verilməsi; 

2)  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyatını  və  daimi  uçota  alınmasını,  qeydiyyat  şəhadətnamesi  və  dövlət 

qeydiyyat  nişanının  verilməsi  ilə  bağlı  həmin  fəaliyyəti  həyata  keçirən  dövlət  orqanında  "bir  pəncərə"  prinsipinin 

təşkili; 

3)  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyatı  və  daimi  uçota  alınması,  qeydiyyat  şəhadətnaməsinin  və  dövlət 

qeydiyyat nişanınm verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi və texniki baxışı ilə bağlı hərəkətlərin fasiləsiz 

olaraq həyata keçirilməsi; 

4) nəqliyyat vasitəsinin müayinəsinin və texniki baxışının növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi 

avadanlıqlarla təchiz olunmuş yerlərdə aparılması; 

5)  dövlət  rüsumunun  yalnız  bank,  poçt,  plastik  kart,  elektron  ödəmə  sistemləri  və  ya  İnternet  vasitəsi  ilə 

ödənilməsi; 

6)  növbələrin  yaranmasını  istisna  edən,  sənədlərin  qəbulu  və  verilməsinin,  dövlət  qeydiyyat  nişanlarının 

verilməsinin elektron idarəetmə sistemi; 

7)  dövlət  qeydiyyat  nişanında  əks  olunmuş  rəqəmlərin  və  ya  hərflərin  kombinasiyası  üzrə  dövlət  qeydiyyat 

nişanlarmın  verilməsinə  görə  dövlət  rüsumunun  məbləğinin,  mövcud  olan  rəqəm  və  ya  hərflərin  kombinasiyaları 

barədə  məlumatların  açıqlanması,  habelə  dövlət  qeydiyyat  nişanında  əks  olunmuş  rəqəmlərin  və  ya  hərflərin 

kombinasiyalarını  xüsusi  terminallar  vasitələrlə,  o  cümlədən  internet  vasitəsi  ilə  sərbəst  seçmək  və  sifariş  etmək, 

həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması. 

V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam 

vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi 

nömrələri,  habelə  rəngini  tutuşdurmaq  məqsədilə  müayinəyə  təqdim  edildiyi  vaxtdan  30  dəqiqə,  sənədlərin 

həqiqiliyinin  şübhə  doğurduğu  müstəsna  hallarda  bir  gün  ərzində  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyatının 

aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı 

nişanının  verilməsini  həyata  keçirməlidirlər.  Təqdim  olunmuş  sənədlərdə  çatışmazlıqlar  aşkar  edildikdə  ərizəçiyə 

məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. 

V-I. Nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatı, 

habelə  qanunla  müəyyən  edilmiş  hallarda  ipotekanın  əlavə  qeydiyyatı  “İpoteka  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  qaydada  bu  Qanunun  27-ci  maddəsinin  ikinci  hissəsində  nəzərdə 

tutulmuş  orqanlar  tərəfindən  daşınar  əmlakın  müvafiq  rəsmi  reyestrində  aparılır  və  reyestrdən  çıxarış  ipoteka 

saxlayana  təqdim  edilir.  Forması  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilən  çıxarışda  ipotekanın 

dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, vaxtı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayan 

və ipoteka qoyan barədə, habelə ipoteka predmetinin eyniləşdirilməsi üçün zəruri məlumatlar göstərilir. İpotekanın 

dövlət  qeydiyyatı  ipoteka  saxlayanın  ərizəsi  və  ya  məhkəmənin  qərarı  əsasında  qeydiyyat  orqanı  tərəfindən  ləğv 

edilir. Nəqliyyat vasitəsinin ipoteka ilə yüklü olması nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd edilir və 

ipotekaya xitam verildikdə bu qeyd ləğv edilir. 

V-II.  Nəqliyyat  vasitəsi  dövlət  qeydiyyatından  keçirilməsi  və  daimi  uçota  alınması  üçün  mühərrik,  ban  və  şassi 

nömrələrini,  habelə  rəngini  tutuşdurmaq  məqsədilə  müayinə  edildikdən  sonra  texniki  baxışdan  keçirilir.  Aşağıdakı 

hallarda  dövlət  qeydiyyatının  aparılması  və  daimi  uçota  alınması  ilə  əlaqədar  nəqliyyat  vasitəsi  texniki  baxışdan 

keçirilmir: 

1)  Azərbaycan  Respublikasında  ilk  dəfə  dövlət  qeydiyyatına  alınan  nəqliyyat  vasitəsinin  istehsal  olunduğu 

vaxtdan bu Qanunun 30-cu maddəsinin VI-II hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə; 

2)  Azərbaycan  Respublikası  ərazisində  dövlət  qeydiyyatına  alınmış  nəqliyyat  vasitəsi  bu  Qanunun  30-cu 

maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə. 

Texniki baxış zamanı nəqliyyat vasitəsinin bu Qanuna 1 saylı Əlavənin I və II hissələrində göstərilən nasazlıqlar aşkar 

edildikdə  ərizəçiyə  məlumat  verilir  və  bunlar  aradan  qaldırıldıqdan  sonra  nəqliyyat  vasitəsi  dövlət  qeydiyyatından 

keçirilir və daimi uçota alınır. 

VI.  Nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyatının  aparılması  və  daimi  uçota  alınması,  nəqliyyat  vasitəsinin  qeydiyyat 

şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək 

hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən 

edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 

1) ərizə; 

2)  Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsi  (müvafiq  olaraq  Azərbaycan  Respublikasının 

ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi 

üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 



2017v3 

18 


 

3)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  onun  sahibliyini  təsdiq  edən 

müvafiq sənəd və ya məhkəmənin qərarı; 

4)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  rüsumların  (nəqliyyat  vasitələrinin  təkrar 

qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 

5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş 

nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin 

daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. 

VI-I.  Bu  Qanunun  27-ci  maddəsinin  II  hissəsinin  1-ci  bəndində  nəzərdə  tutulmuş  nəqliyyat  vasitəsini  dövlət 

qeydiyyatından  (həmçinin  təkrar  dövlət  qeydiyyatından)  keçirərkən  fiziki  şəxslər  qeydiyyatda  olduğu  və  yaşadığı 

ünvanı,  mobil  telefon  nömrəsini  və  olduğu  halda  elektron  ünvanını  və  sürücülük  vəsiqəsinin  nömrəsini,  hüquqi 

şəxslər  isə  nəqliyyat  vasitəsinin  idarə  edilməsini  həvalə  etdiyi  şəxsin  müvafiq  məlumatlarını  dövlət  qeydiyyatını 

həyata  keçirən  orqana  verməli  və  həmin  məlumatlar  dəyişdikdə  onları  üç  gün  ərzində  yeniləməlidirlər.  Həmin 

məlumatlar  verilmədiyi  halda  nəqliyyat  vasitəsi  dövlət  qeydiyyatına  alına  bilməz.  Müvafiq  icra  hakimiyyəti  orqanı 

məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların 

olmasını təmin etməlidir.  

VII.  Əvvəl  qeydə  alındığı  dövlətin  daimi  uçotundan  çıxarılmadan  Azərbaycan  Respublikasına  gətirilmiş  nəqliyyat 

vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat 

şəhadətnaməsi  və  nişanları  ilə  təmin  olunur,  nəqliyyat  vasitəsinin  əvvəlki  uçot  yerinə  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  edilən  müraciətə  müvafiq  təsdiqləyici  cavab  alındıqdan  sonra  daimi 

şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici 

səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə 

tutulmuş orqanlara müvafiq konsul şəhadətnaməsi təqdim edilir. 

VIII.  Dövlət  qeydiyyatının  aparılması  və  daimi  uçota  alınması  üçün  nəqliyyat  vasitəsinin  təqdim  edilməsi  texniki 

nasazlıq  səbəbindən  mümkün  olmadıqda,  nəqliyyat  vasitəsinin  sahibi  ərizədə  həmin  səbəbi  qeyd  etməli  və  bu 

maddənin  ikinci  və  üçüncü  hissələrində  nəzərdə  tutulmuş  orqan  tərəfindən  ona  göstəriləcək  xidmət  üçün  rüsum 

ödəməlidir.  Rüsumun  ödənilməsi  barədə  sənəd  təqdim  edildikdən  sonra  beş  gün  ərzində  həmin  orqan  nasaz 

nəqliyyat vasitəsinin olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədi ilə 

müayinə keçirməlidir. 

IX. Bu maddənin II və III hissələrində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə 

daimi uçotdan aşağıdakı hallarda çıxarılır: 

1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata 

almış  müvafiq  orqanın  fəaliyyət  göstərdiyi  ərazinin  hüdudlarından  kənarda  olduqda,  habelə  qeydiyyat  yerinin 

dəyişməsi ilə bağlı olan digər hallarda; 

2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə; 

3) nəqliyyat vasitələri çıxdaş edildikdə. 

X. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 günədək müddətə müvəqqəti gətirilən 

nəqliyyat  vasitələri  Azərbaycan  Respublikasının  sərhəd  məntəqəsinin  yaxınlığında  yerləşən,  bu  maddənin  ikinci 

hissəsinin  1-ci  bəndində  nəzərdə  tutulmuş  müvafiq  icra  hakimiyyəti  orqanında  təxirəsalınmadan  müvəqqəti  uçota 

alınır. Bu barədə həmin nəqliyyat vasitələrinin sahiblərinə 30 gün müddətinə müvafiq sənəd verilir. 

XI.  Xarici  dövlətlərdə  daimi  qeydiyyatdan  çıxarılmadan  Azərbaycan  Respublikasına  30  gündən  artıq  müddətə 

müvəqqəti  gətirilən  nəqliyyat  vasitələri,  onları  geriyə  qaytarmaq  barədə  sahibinin  verdiyi  öhdəçilik  və  gömrük 

orqanlarının verdiyi icazə sənədi əsasında, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti orqanında  nəqliyyat  vasitəsi  sahibinin  əcnəbilər  üçün  vizasında  göstərilən 

müddətə,  Azərbaycan  Respublikası  vətəndaşı  üçün  isə  bir  il  müddətindən  artıq  olmamaq  şərti  ilə,  onun  öhdəçiliyi 

müddətinə  dövlət  qeydiyyatından  keçirilir.  Bu  zaman  həmin  nəqliyyat  vasitələrinin  xarici  qeydiyyat  sənədləri  və 

nişanları müvəqqəti olaraq saxlanca qəbul olunur və əvəzində onlar müvəqqəti dövlət qeydiyyat şəhadətnaməsi və 

qeydiyyat nişanları ilə təmin edilirlər. Respublika ərazisini tərk etdikdə xarici qeydiyyat sənədləri və nişanları nəqliyyat 

vasitəsi sahibinə geri qaytarılır. 

XII.  Xarici  dövlətlərdə  qeydiyyatdan  çıxarılmadan  Azərbaycan  Respublikasına  gətirilmiş  nəqliyyat  vasitələrinin 

müvəqqəti  dövlət  qeydiyyatının  aparılması  və  müvəqqəti  uçota  alınması  üçün,  onların  sahibləri  və  ya  sərəncam 

vermək hüququ olan digər şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri 

təqdim etməlidirlər: 

1) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini; 

2)  Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsini  (müvafiq  olaraq  Azərbaycan  Respublikasının 

ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi 

üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 

3)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  rüsumların  və  ya  vergilərin  ödənilməsi 

barədə sənədi; 

5) gömrük orqanlarının müvəqqəti icazə sənədlərini. 




2017v3 

19 


 

XIII.  Azərbaycan  Respublikası  ərazisində  dövlət  qeydiyyatına  alınmış  nəqliyyat  vasitəsi  icarə  və  ya  digər  əşya 

hüquqlarına  dair  müqavilə,  etibarnamə  əsasında  başqa  şəxsə  verildikdə,  bu  maddənin  ikinci  hissəsində  nəzərdə 

tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. 

XIII-I. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə 

edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və 

ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal müvafıq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra 

hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı üç gün müddətində müvafiq icra hakimiyyəti 

orqanına  göndərir.  Daxil  olmuş  məlumat  əsasında  müvafiq  icra  hakimiyyəti  orqanı  üç  gün  müddətində  nəqliyyat 

vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. 

Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilənin notarial qaydada təsdiq edilməsi qanunla 

tələb olunmadıqda notarial qaydada təsdiq edilməmiş icarə müqaviləsinə əsasən nəqliyyat vasitəsinin təkrar dövlət 

qeydiyyatı bu maddənin IV-I, V və VI hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

XIII-II.  Bu  Qanunun  27-ci  maddəsinin  II  hissəsinin  1-ci  bəndində  nəzərdə  tutulmuş  nəqliyyat  vasitəsini  başqa 

regionda  təkrar  dövlət  qeydiyyatından  keçirmək  üçün  müraciət  edildikdə,  nəqliyyat  vasitəsinin  yeni  regionda 

qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.  

XIV.  Təqdim  edilən  sənədlərdə,  dövlət  qeydiyyat  nişanlarında  saxtakarlıq  əlamətləri  aşkar  edildikdə,  nəqliyyat 

vasitələrinin  mühərrik,  ban  və  şassi  nömrələri  dəyişdirildikdə,  aqreqat  nömrələrinin  və  qeydiyyat  məlumatlarının 

təqdim  edilən  sənədlərə  uyğunsuzluğu,  habelə  nəqliyyat  vasitələrinin  və  ya  təqdim  edilən  sənədlərin  axtarışda 

olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar 

aparılır. 

XV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, 

nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnaməsinin  və  ya  dövlət  qeydiyyat  nişanının  verilməsi  üçün  nəqliyyat 

vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. 

XVI.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  nəqliyyat  vasitəsini  qeydiyyata  almaqdan  imtina 

etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. 

XVII. Azərbaycan Respublikasının ərazisində: 

1)  dövlət  qeydiyyatından  keçməyən  və  yaxud  nəqliyyat  vasitəsinin  geri  qaytarılması  barədə  öhdəçiliyə  əməl 

etməyən; 

2)  dövlət  qeydiyyat  nişanı  və  ya  onlardan  biri  yerində  olmayan,  eləcə  də  saxta  və  ya  başqa  nəqliyyat 

vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə 

edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

XVIII. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya 

dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla müəyyən olunmayan sənədləri 

tələb  edən,  nəqliyyat  vasitəsinin  qeydiyyata  alınmasında  və  ya  qeydiyyatdan  çıxarılmasında  süründürməçiliyə  yol 

verən  və  ya  onların  həllindən  qanunsuz  olaraq  imtina  edən  bu  maddənin  ikinci  və  üçüncü  hissələrində  nəzərdə 

tutulmuş  orqanların  vəzifəli  şəxsləri  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada 

məsuliyyət daşıyırlar. 

XIX.  Nəqliyyat  vasitəsinin  sahibi  nəqliyyat  vasitəsinin  qeydiyyata  alınması  və  ya  qeydiyyatdan  çıxarılması  zamanı 

süründürməçiliyə yol verilməsindən və yaxud onlardan imtina olunmasından inzibati qaydada və (və ya) məhkəməyə 

şikayət edə bilər. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin