Yol hərəkəti haqqında


Maddə 35. Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə45/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   41   42   43   44   45   46   47   48   ...   130
yhq az

Maddə 35. Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması 

I.  Bu  Qanunun  33-cü  maddəsinin  birinci  hissəsində  nəzərdə  tutulmuş  sürücülük  vəsiqəsini  almaq  istəyən  hər  bir 

şəxs: 


2) yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları 

verməli; 

3) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməlidir. 

I-I.  Sürücülük  vəsiqəsini  almaq  istəyən  hər  bir  şəxs  yol  hərəkəti  qaydaları  üzrə  nəzəri  və  nəqliyyat  vasitələrini 

idarəetmə  vərdişləri  üzrə  təcrübi  imtahanlara  müstəqil  hazırlaşa  bilər  və  ya  nəqliyyat  vasitələri  sürücülərinin 

hazırlanması kursunda hazırlıq keçə bilər. "A1", "A" və "B" kateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, 




2017v3 

25 


 

digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs 

nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir. 

II. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı 

sənədləri təqdim etməlidir: 

1)  Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsi  (müvafiq  olaraq  Azərbaycan  Respublikasının 

ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi 

üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 

2) müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri 

sürücülərinin  hazırlanması  üzrə  tədris  planlarında  və  proqramlarında  nəzərdə  tutulan  həcmdə  hazırlıq  keçmələri 

barədə təhsil müəssisəsinin sənədi; 

3) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış; 

4) sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi. 

III. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sənədləri 

bilavasitə  və  ya  internet  vasitəsilə  təqdim  edir  (göndərir).  Sənədlər  bu  Qanunun  33-cü  və  35-ci  maddələrində 

göstərilən  tələblərə  uyğun  olduqda  şəxsə  yol  hərəkəti  qaydaları  üzrə  nəzəri  və  nəqliyyat  vasitələrini  idarəetmə 

vərdişləri  üzrə  təcrübi  imtahan  verəcəyi  tarix  və  vaxt  barədə  bilavasitə  və  ya  internet  vasitəsilə  məlumat  verilir. 

Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs 

yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir. 

IV. Bu Qanunla müəyyən edilmiş yaş və sağlamlıq vəziyyəti tələblərinə cavab verən: 

1) sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları; 

2) avtomobil nəqliyyatı vasitələri ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta ixtisas tədris 

ocaqlarının məzunları; 

3) yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara 

müstəqil hazırlaşmış şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etdikdən sonra, 

üç  gün  müddətində  yol  hərəkəti  qaydaları  üzrə  nəzəri  və  nəqliyyat  vasitələrini  idarəetmə  vərdişləri  üzrə  təcrübi 

imtahanlara buraxılırlar. 

IV-I. İmtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 

1)  dövlət  rüsumunun  yalnız  bank,  poçt,  plastik  kart,  elektron  ödəmə  sistemləri  və  ya  İnternet  vasitəsi  ilə 

ödənilməsi; 

2) növbələrin yaranmasını istisna edən sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi; 

3)  sənədlərin  qəbulu  və  verilməsi,  həmçinin  imtahan  prosesini  interaktiv  şəkildə  əks  etdirən  monitorlar,  o 

cümlədən imtahan zalında videokamera; 

4) nəzəri imtahanın informasiya-kommunikasiya texnologiyaları vasitəsilə verilməsi; 

5)  nəqliyyat  vasitələrini  idarəetmə  vərdişləri  üzrə  təcrübi  imtahanların  qəbulunda  növbələri  istisna  edəcək 

sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan, imtahan prosesini qeydə alan videokameralarla 

təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə. 

IV-II.  “B”  kateqoriyasına  aid  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququ  verən  sürücülük  vəsiqəsini  almaq  istəyən 

şəxsin  seçiminə  əsasən  nəqliyyat  vasitələrini  idarəetmə  vərdişləri  üzrə  təcrübi  imtahan  mexaniki  və  ya  avtomatik 

transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə 

təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək 

hüququ  verilir.  Avtomatik  transmissiyalı  nəqliyyat  vasitəsində  idarəetmə  vərdişləri  üzrə  təcrübi  imtahanı 

müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. 

V. Sürücülük vəsiqəsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının imtahan-qeydiyyat məntəqələrində 

yol  hərəkətinin  qaydaları  üzrə  nəzəri  və  nəqliyyat  vasitələrini  idarəetmə  vərdişləri  üzrə  təcrübi  imtahanları 

müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən 30 dəqiqə ərzində verilir. Sürücülük vəsiqələrinin verilməsi 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş “Nəqliyyat vasitəsini idarə 

etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük 

vəsiqəsinin verilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir. 

VI. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 

1) onun etibarlıq müddətinin qurtarması; 

2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi; 

3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi

4) onun yararsız hala düşməsi; 

5) onun itirilməsi; 

6) yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin 

dəyişdirilməsi; 

7)  yol  hərəkətinin  tənzimlənməsi  sahəsində  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrə  uyğun  olaraq  xarici  dövlətin  səlahiyyətli  orqanı  tərəfindən  verilmiş  sürücülük  vəsiqəsinə  malik 

Azərbaycan  Respublikasının  vətəndaşının  ölkə  ərazisinə  daxil  olduğu  vaxtdan  bir  aydan  artıq  müddətdə  burada 

nəqliyyat vasitələrini idarə etmək niyyətində olması; 



2017v3 

26 


 

8)  yol  hərəkətinin  tənzimlənməsi  sahəsində  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrə  uyğun  olaraq  xarici  dövlətin  səlahiyyətli  orqanı  tərəfindən  verilmiş  sürücülük  vəsiqəsinə  malik  olan 

əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə 

alması. 

VII.  Sürücülük  vəsiqəsinin  dəyişdirilməsi  sahibinin  ərizəsi  əsasında  əvvəllər  malik  olduğu  bütün  kateqoriyalar 

saxlanılmaqla, imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində 

həyata keçirilir. 

VIII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir: 

1)  Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsi  (müvafiq  olaraq  Azərbaycan  Respublikasının 

ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi 

üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 

2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla); 

3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd; 

4) bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2-4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış. 

Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət 

rüsumu ödənilmir. 

IX. Sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların dəyişdirilməsi məqsədi ilə sürücülük vəsiqəsinin dəyişdirilməsi 

bu maddənin birinci-dördüncü hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

X.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  verilmiş  sürücülük  vəsiqələrindəki 

məlumatların mərkəzləşdirilmiş uçotunu aparmalıdır. 

XI. Hər hansı şəxs bu Qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi 

haqqında  ərizəyə  baxılmamasından  və  yaxud  belə  ərizənin  süründürülməsindən,  habelə  yol  hərəkətinin  qaydaları 

üzrə  nəzəri  və  nəqliyyat  vasitələrini  idarəetmə  vərdişləri  üzrə  təcrübi  imtahanlara  onun  buraxılmasından  imtina 

edilməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. 

XII.  Bu  Qanunun  tələblərinə  zidd  olaraq,  sürücülük  vəsiqəsinin  verilməsi  və  ya  dəyişdirilməsi  haqqında  ərizəyə 

baxılmamasında  və  ya  süründürməçilik  edilməsində,  yol  hərəkətinin  qaydaları  üzrə  nəzəri  və  nəqliyyat  vasitələrini 

idarəetmə  vərdişləri  üzrə  təcrübi  imtahanlara  buraxılmasından  əsassız  imtina  edilməsində,  habelə  sürücülük 

vəsiqəsinin  oğurlanmasında,  qanunsuz  hazırlanmasında,  saxtalaşdırılmasında,  satılmasında  və  ya  ondan  qanunsuz 

istifadə  olunmasında  təqsirli  şəxslər  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada 

məsuliyyət daşıyırlar. 

XIII.  Nəqliyyat  vasitəsini  idarə  etmə  hüququnun  məhdudlaşdırılması  müddəti  qurtardıqda  sürücülük  vəsiqəsi 

aşağıdakı qaydada qaytarılır: 

1)  nəqliyyat  vasitəsini  idarə  etmə  hüququ  bir  ildən  çox  müddətə  məhdudlaşdırılmış  şəxslərə  nəqliyyat 

vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; 

2) nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, 

həmin müddət bitdiyi gün. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin