Yol hərəkəti haqqında


Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə48/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   44   45   46   47   48   49   50   51   ...   130
yhq az

Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri 

I. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü: 

1)  sürücülük  vəsiqəsini  (fərdi  nəqliyyat  vasitəsinin  sahibi  olmadıqda,  sürücünün  icarə  və  ya  digər  əşya 

hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş 

etibarnaməsini  və  ya  nəqliyyat  vasitəsinə  ümumi  mülkiyyət  hüququna  dair  şəhadətnaməsini),  sürücülük  vəsiqəsi 

müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə 

onu  əvəz  edən  xüsusi  arayışı,  nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnaməsini,  avtonəqliyyat  vasitəsi  sahiblərinin 

mülki  məsuliyyətinin  icbari  sığortası  və  sərnişin  daşımaları  xidmətini  həyata  keçirən  avtonəqliyyat  vasitələri  ilə 

daşınan  sərnişinlərin  (şəhərdaxili  və  ya  qəsəbədaxili  daşınan  sərnişinlər  istisna  olmaqla)  fərdi  qəza  sığortası 

müqaviləsinin "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq 

edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi 

razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır; 

2)  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  əməkdaşının  tələbi  ilə  nəqliyyat  vasitəsini 

dayandırdıqda,  həmin  əməkdaş  yaxınlaşdıqdan  sonra  bu  maddənin  birinci  hissəsinin  1-ci  bəndində  göstərilən 

sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən 

çıxmalıdır; 

3)  yola  düşməzdən  qabaq  nəqliyyat  vasitələrinin  istismara  buraxılmasına  dair  bu  Qanunun  1  saylı  əlavəsinə 

uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir; 

4)  yol  hərəkəti  şəraitini,  nəqliyyat  vasitəsinin  və  yükün  xüsusiyyətlərini  nəzərə  almaqla,  nəqliyyat  vasitəsini 

müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir; 

5)  hərəkət  zolağının  dəyişməsi,  dönmə,  ötmə,  hərəkətə  başlama  və  dayanma  ilə  bağlı  manevrlər  edərkən, 

xarici  işıq  siqnallarının  köməyi  ilə,  bunlar  olmadıqda  və  ya  nasaz  olduqda  isə,  əl  işarələri  ilə  digər  hərəkət 

iştirakçılarını xəbərdar etməlidir; 

6) konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən 

kəməri  bağlamalı  və  sərnişinlərin  də  kəməri  bağlamasını  təmin  etməli  (12  yaşınadək  uşaqların,  geriyə  hərəkət 

manevri  edən  sürücülərin,  hamilə  qadınların,  sürücülüyü  öyrənən  şəxs  nəqliyyat  vasitəsini  idarə  edərkən  onu 

öyrədənin, yaşayış  məntəqələrində  isə  bunlardan  başqa,  operativ  nəqliyyat  vasitəsi sürücülərinin  və  sərnişinlərinin 

kəməri  bağlamamasına  yol  verilir),  motosikletdə  isə  motoşlemi  düymələməli  və  sərnişinlərin  də  motoşlemi 

düymələməsini təmin etməlidir; 



2017v3 

28 


 

7)  üstün  keçid  hüququ  olan,  qırmızı  və  ya  göy  sayrışan  işıq  və  xüsusi  səs  siqnalı  ilə  işarə  verən  nəqliyyat 

vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və 

ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdır, üstün 

keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət 

etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməməlidir; 

8) hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir 

göstərən  digər  maddələrin  istifadə  edilməsi  nəticəsində,  diqqəti  və  çevikliyi  azaldan  dərman  vasitələrinin  təsiri 

altında,  xəstə  və  əzgin,  yorğun  vəziyyətdə  nəqliyyat  vasitəsini  idarə  etməməli,  habelə  nəqliyyat  vasitəsini  idarə 

etmək  ixtiyarını  bu  cür  vəziyyətdə  olan  və  ya  eyni  kateqoriyalı  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan 

şəxsə verməməlidir; 

9)  yolda  su  və  ya  palçıq  olduqda,  nəqliyyat  vasitəsini  idarə  edərkən,  onların  piyadalara,  binalara  və  başqa 

nəqliyyat vasitələrinə sıçramamasına çalışmalıdır; 

10) hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını 

təmin etməlidir; 

11) yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının — uşaqların, əlillərin, velosipedçilərin və qocaların təhlükəsiz 

hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal — 

ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur; 

12)  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  əməkdaşı  tərəfindən  sağ  əlindəki  üfüqi 

vəziyyətdə olan jezllə və ya onların nəqliyyat vasitələrindəki qırmızı və ya göy sayrışan işıqla və yaxud xüsusi səs 

siqnalı ilə ona verilən işarəyə nəqliyyat vasitəsini dayandırmalıdır; 

13)  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  əməkdaşlarının  tələbi  ilə  alkoqol,  narkotik 

vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq 

vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir;  

14) nəqliyyat vasitəsini idarə etmək qabiliyyətinin təsdiqi üçün müəyyən olunmuş hallarda tibbi müayinədən 

keçməlidir; 

15) təcili tibi yardıma ehtiyacı olan şəxsləri daşımalıdır. 

II. Bu maddə ilə müəyyən edilmiş sənədlər özündə olmayan nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 

III. Mexaniki nəqliyyat vasitələri: 

1) təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə; 

2) yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız 

yük  daşıyan  nəqliyyat  vasitələrini),  təbii  fəlakət  yerlərinə  getmək  üçün,  eləcə  də  qüvvədə  olan  qanunvericiliklə 

nəzərdə  tutulmuş  digər  təxirəsalınmaz  hallarda,  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarının 

əməkdaşlarına təqdim edilməlidir. 

Qeyd: 1) bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məqsədlər üçün nəqliyyat vasitəsinin təqdim edilməsi 

tələbi  diplomatik  korpusa  və  digər  şəxslərə  məxsus  nəqliyyat  vasitələrinə  şamil  edilmir;  2)  nəqliyyat  vasitəsindən 

istifadə  etmiş  şəxslər  sürücünün  tələbi  ilə  yol  getmə  müddətini,  gedilmiş  məsafəni,  özünün  soyadını,  vəzifəsini, 

xidməti  vəsiqəsinin  nömrəsini,  işlədiyi  təşkilatın  adını  göstərməklə  arayış  verməli  və  ya  yol  vərəqəsində  qeyd 

aparmalıdırlar,  tibb  işçiləri  isə  sürücüyə  müəyyən  edilmiş  nümunədə  arayış  verməlidirlər;  3)  nəqliyyat  vasitəsinin 

Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanının  əməkdaşına  təqdim  edilməsi  ilə  əlaqədar  xərclər 

nəqliyyat vasitəsi sahibinin tələbi ilə müəyyən edilmiş qaydada həmin orqanlar tərəfindən ödənilir. 

IV. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 

1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya 

da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 

2)  zərər  çəkənlərə  ilk  tibbi  yardım  göstərilməsi  üçün  mümkün  olan  tədbirləri  görməli,  “Təcili  tibbi  yardım” 

maşını  çağırmalı,  zərər  çəkənləri  həyat  üçün  təhlükəli  xəsarət  aldığı  hallarda  isə,  onu  səmt  üzrə  gedən  nəqliyyat 

vasitəsi  ilə  yaxınlıqdakı  tibbi  müəssisəyə  göndərməli,  bu  mümkün  olmadıqda  isə,  özünün  nəqliyyat  vasitəsi  ilə 

aparmalı,  orada  şəxsiyyətini  təsdiq  edən  sənəd  və  ya  vəsiqə,  nəqliyyat  vasitəsinin  qeydiyyatı  sənədini  təqdim 

etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 

3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun 

hərəkət  hissəsini  boşaltmaq  və  ya  zərər  çəkənləri  öz  nəqliyyatında  müalicəxanaya  aparmaq  zərurəti  olduqda, 

şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və 

onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün 

tədbirləri görməlidir; 

4)  hadisə  haqqında  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına  xəbər  verməli,  hadisəni 

görmüş  adamların  soyadlarını,  ünvanlarını  yazmalı  və  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı 

əməkdaşlarının gəlməsini gözləməlidir; 

5)  əgər  yol-nəqliyyat  hadisəsi  nəticəsində  heç  kim  xəsarət  almamışdırsa,  maddi  zərər  cüzidirsə,  nəqliyyat 

vasitələrində,  onların  hərəkət  etməsinə  mane  ola  biləcək  nasazlıq  yoxdursa  və  yol-nəqliyyat  hadisəsini  törədənlər 

hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, 




2017v3 

29 


 

hadisəni  müəyyən  olunmuş  qaydada  sənədləşdirmək  üçün  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanına gəlməlidirlər. 

V. Mexaniki nəqliyyat vasitəsinin sürücüsünə: 

1)  nəqliyyat  vasitəsini  qapıları  bağlanmamış  vəziyyətdə  yerindən  tərpətmək  və  ya  onun  hərəkəti  zamanı 

qapıları açmaq; 

2) nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin 

hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək; 

3) hərəkət zamanı sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək; 

4) nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq və s. varsa, yaxud onlardan 

yanacaq-sürtkü  materiallarının,  kimyəvi  maddələrin,  tikinti  və  digər  materiallarının  axması  olarsa,  onlarla  örtüyü 

təkmilləşdirilmiş yollarda hərəkət qadağandır. 

VI. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü Beynəlxalq yol hərəkətində iştirak etdikdə: 

1)  nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnaməsini,  sürücülük  vəsiqəsini  və  daşınan  yüklərə  dair  sənədləri 

özündə saxlamalıdır; 

2) nəqliyyat vasitəsində onu qeydə almış dövlətin dövlət qeydiyyat nişanı və fərqlənmə nişanı olmalıdır; 

3)  yük  avtomobillərinin  və  avtobusların  nəzarət  qurğusu  (taxoqraf)  olmadan  və  ya  işləməyən,  yaxud 

möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan 

idarə etməməlidir. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin