Yol hərəkəti haqqında


Maddə 34. Sürücülük vəsiqəsi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə44/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   40   41   42   43   44   45   46   47   ...   130
yhq az

 

Maddə 34. Sürücülük vəsiqəsi 

I. Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. 

II. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin 

aşağıdakı növləri vardır: 

1) motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün; 

2) traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. 

III.  Növündən  asılı  olmayaraq  hər  bir  sürücülük  vəsiqəsində  ellips  işarəsi  daxilində  Azərbaycan  Respublikasının 

beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir: 

1) sahibinin soyadı; 

2) sahibinin adı və atasının adı; 

3) sahibinin doğum tarixi və yeri; 



2017v3 

24 


 

4) sahibinin yaşayış yeri; 

5) vəsiqəni vermiş orqanın adı; 

6) vəsiqənin verilmə tarixi və yeri; 

7) vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix; 

8) vəsiqənin nömrəsi; 

9) vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü; 

10) sahibinin qan qrupu və imzası; 

11) xüsusi qeydlər; 

12)  bu  Qanunun  35-ci  maddəsinin  IV-II  hissəsinə  müvafiq  olaraq  nəqliyyat  vasitələrini  idarəetmə  vərdişləri 

üzrə  təcrübi  imtahan  zamanı  avtomatik  transmissiyalı  nəqliyyat  vasitəsindən  istifadə  edilmişdirsə  yalnız  “B” 

kateqoriyasına aid avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun verildiyinə dair qeyd. 

IV. Avtomobilləri və motosikletləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində 

nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin 

aşağıdakı kateqoriyaları göstərilir: 

1) “A1” - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri 

idarə etmək üçün;  

2) “A” - bütün növ motosikletləri idarə etmək üçün;  

3) “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün:  

“A”  kateqoriyasına  aid  edilməyən,  icazə  verilən  maksimum  kütləsi  3.500  kq-dan,  oturacaq  yerlərinin  sayı 

sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri;  

qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;  

qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan 

və  bütövlükdə  belə  tərkibin  icazə  verilən  maksimum kütləsi  3500  kq-dan  artıq  olmayan “B”  kateqoriyasından  olan 

avtomobilləri;  

5)  “C”  -  “D”  kateqoriyasına  aid  edilməyən,  icazə  verilən  maksimum  kütləsi  3.500  kq-dan  artıq  olan 

avtomobilləri,  habelə  qoşqusunun  icazə  verilən  maksimum  kütləsi  750  kq-dan  artıq olmayan  “C” kateqoriyasından 

olan avtomobilləri idarə etmək üçün;  

6) “D” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-

dən  artıq  olan  avtomobilləri,  habelə  qoşqusunun  icazə  verilən  maksimum  kütləsi  750  kq-dan  artıq  olmayan  “D” 

kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;  

7) “BE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox 

olan “B” kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq 

olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan “B” kateqoriyasından olan 

avtomobilləri idarə etmək üçün;  

8)  “CE”  -  qoşqusunun  icazə  verilən  maksimum  kütləsi  750  kq-dan  artıq  olan  “C”  kateqoriyasından  olan 

avtomobilləri idarə etmək üçün;  

9)  “DE”  -  qoşqusunun  icazə  verilən  maksimum  kütləsi  750  kq-dan  artıq  olan  “D”  kateqoriyasından  olan 

avtomobilləri idarə etmək üçün;  

10) “Tramvay” - tramvayları idarə etmək üçün;  

11) “Trolleybus” - trolleybusları idarə etmək üçün.  

V. Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 

1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 

2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət; 

3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il; 

4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri 

olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət. 

VI. Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Permis de conduire”), bu 

maddənin  üçüncü  hissəsinin  1-ci—11-ci  bəndlərində  göstərilən  məlumatların  adı  Azərbaycan  və  ingilis  dillərində, 

başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar. 

VII. Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini möhkəm saxlamağa borcludur. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin