Yol hərəkəti haqqında


Maddə 42. Hərəkətə başlama, manevr etmə



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə52/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   48   49   50   51   52   53   54   55   ...   130
yhq az

Maddə 42. Hərəkətə başlama, manevr etmə 

I.  Sürücü  hərəkətə  başlamazdan,  yerdəyişməzdən,  dönməzdən,  ötməzdən  və  dayanmazdan  qabaq  müvafiq 

istiqamətə  dönmək  üçün  xarici  işıq  siqnallarının  köməyi  ilə,  bunlar  olmadıqda  və  ya  nasazlıq  yarandıqda  isə  əl 

işarələri  ilə  siqnal  verməlidir.  Bu  zaman  manevr  təhlükəsiz  olmalı  və  hərəkətin  digər  iştirakçıları  üçün  maneə 

yaratmamalıdır. 

II. Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəkildə dirsəkdən yuxarı bükülmüş sağ qol sola (geriyə) 

dönmə  siqnalına  uyğundur.  Yana  uzadılmış  sağ  qol,  yaxud  yana  uzadılaraq  düzbucaq  şəklində  dirsəkdən  yuxarı 

bükülmüş  sol  qol  sağa  dönmə  siqnalına  uyğundur.  Yuxarı  qaldırılmış  sol  və  ya  sağ  qol  tormozlama  siqnalına 

uyğundur. 

III. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal 

kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara  bilər). Bu zaman verilən siqnal hərəkətin 

digər  iştirakçılarını  çaşdırmamalıdır.  Siqnal  verməsi  sürücüyə  üstünlük  vermir  və  onu  təhlükəsizlik  tədbirləri 

görməkdən azad etmir. 

IV.  Sürücü  yola  bitişik  ərazidən  (yolun  hər iki  tərəfinə  bitişik  olan  və  nəqliyyat  vasitələrinin  birbaşa  hərəkəti  üçün 

nəzərdə  tutulmayan  torpaq  sahələri  və  orada  yerləşən  həyətlər,  yaşayış  massivləri,  avtomobil  duracaqları, 

yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və 

piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. 

V.  Sürücü  yerdəyişmə  zamanı  hərəkət  istiqamətini  dəyişmədən  eyni  səmtə  gedən  nəqliyyat  vasitələrinə  yol 

verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı 

nəqliyyat vasitəsinə yol verməlidir. 

VI.  Dairəvi  hərəkət  təşkil  edilmiş  yolayrıcında  dönmək  istisna  olmaqla,  sağa,  sola  və  ya  geriyə  dönməzdən  əvvəl 

sürücü  həmin  istiqamətdə  hərəkət  hissəsində  müvafiq  kənar  vəziyyət  tutmalıdır.  Solda  hərəkət  hissəsi  ilə  bir 

səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 

 5.8.1 və ya 

 5.8.2 nişanları 

ilə  başqa  hərəkət  qaydası  müəyyən  edilməmişdirsə,  həmin  yollardan  keçərək  sola  və  geriyə  dönmək  lazımdır.  Bu 

zaman tramvay üçün maneə yaradılmamalıdır. 

VII.  Elə  dönmək  lazımdır  ki,  nəqliyyat  vasitəsi  hərəkət  hissələrinin  kəsişdiyi  yerdən  çıxarkən,  qarşıdan  gələn 

nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın 

hərəkət etməlidir. 

VIII.  Nəqliyyat  vasitəsi  öz  qabaritinə  və  ya  başqa  səbəblərə  görə  bu  maddənin  altıncı  hissəsinin  tələblərinə  əməl 

etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun 

və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. 



2017v3 

31 


 

IX. Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat 

vasitələrinə  və  eyni  istiqamətdə  gedən  travmaya  yol  verməlidir.  Yolayrıcından  kənarda  geri  dönərkən,  yolun  sol 

kənarı  tərəfdən  manevr  etmək  üçün  hərəkət  hissəsinin  eni  kifayət  qədər  olmadıqda,  hərəkət  hissəsinin  sağ 

kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat 

vasitələrinə yol verməlidir. 

X.  Nəqliyyat  vasitələrinin  hərəkət  trayektoriyaları  kəsişdikdə,  keçmənin  növbəliliyi  isə  qaydalarda  göstərilmədikdə, 

sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. 

XI.  Tormozlama  zolağı  olduqda,  hərəkət  istiqamətini  dəyişmək  istəyən  sürücü  vaxtında  həmin  zolağa  keçməli  və 

yalnız burada sürəti azaltmalıdır. Yola giriş yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu 

yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir. 

XII. Aşağıdakı hallarda geriyə dönmək qadağandır: 

1) piyada keçidlərində; 

2) tunellərdə; 

3) körpülərdə, estakadalarda və onların altında; 

4) dəmiryol keçidlərində; 

5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə; 

6) ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə.  

XIII. Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər 

iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. 

XIV. Yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə 

hərəkət qadağandır. 

XV. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan 

sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.  

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin