Yol hərəkəti haqqında


Maddə 50. Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə60/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   56   57   58   59   60   61   62   63   ...   130
yhq az

 

Maddə 50. Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi 

I.  Sürücü  hərəkətin  intensivliyini,  nəqliyyat  vasitəsinin,  yükün  xüsusiyyətlərini  və  vəziyyətini,  yol  və  meteoroloji 

şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət 

məhdudiyyətindən  çox  olmayan  sürətlə  sürməlidir.  Sürücü  hərəkət  üçün  təhlükə  yarandığını  gördükdə,  nəqliyyat 

vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. 

II. Nəqliyyat vasitələri: 

1)  yaşayış  məntəqələri  daxilində  —  saatda  60  kilometrdən  çox  olmayan  sürətlə  (səlahiyyətli  orqanlar  yolun 

müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), 

yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə; 

2) minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış 

məntəqələrindən kənarda: 

avtomagistrallarda — saatda 110 kilometrdən çox olmayan sürətlə; 

başqa yollarda — saatda 90 kilometrdən çox olmayan sürətlə; 

3) şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda 

saatda 90 kilometrdən çox olmayan sürətlə; 

4) digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan 

artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: 

avtomagistrallarda — saatda 90 kilometrdən çox olmayan sürətlə; 

başqa yollarda — saatda 70 kilometrdən çox olmayan sürətlə; 

5) banında adamlar daşıyan yük avtomobilləri — saatda 50 kilometrdən çox olmayan sürətlə; 

6) yedəyində mexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri — saatda 50 kilometrdən çox olmayan 

sürətlə; 

7)  təhlükəli,  ağır  çəkili  və  iri  qabaritli  yüklər  daşıyan  nəqliyyat  vasitələri  —  daşıma  şərtləri  razılaşdırılarkən 

müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidirlər. 

III.  Sürücü  sürətdən  və  hərəkət  şəraitindən  asılı  olaraq  elə  ara  məsafəsi  seçməlidir  ki,  qabaqda  gedən  nəqliyyat 

vasitəsi  sürəti  kəskin  azaltdıqda  və  ya  gözlənilmədən  dayandıqda,  onunla  toqquşmanın  qarşısını  almaq  mümkün 

olsun. 

IV. Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə, asta gedən, ağır yüklü və ya uzun nəqliyyat 

vasitələrinin sürücüləri özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, 

onları  ötən  nəqliyyat  vasitələri  ötməni  tam  təhlükəsiz  şəraitdə  başa  çatdırsınlar.  Əgər  sürücü  ötmə  əməliyyatına 

başlamışdırsa və ötürsə, bu tələbə əməl olunmur. 

V. Üstün hərəkət rejimli nəqliyyat vasitələri zərurətdən irəli gələn sürətlə hərəkət edə bilərlər. Göstərilən nəqliyyat 

vasitələrinin sürücüləri yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün hər cür tədbir görməlidirlər. 

VI. Sürücülərə: 

1) nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdən artıq sürmək; 

2) lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq; 

3) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt 

tormozlamaq qadağandır. 

VII. Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi 

texniki vasitələrdən  (radarlardan)  qabaqda  radarın  mövcudluğu  barədə  məlumat  vermək  məqsədilə 

  6.14 

“İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 

  3.24  “Maksimum  sürətin  məhdudlaşdırılması”  nişanı  quraşdırılmalıdır.  Belə  servis  nişanı  və  ya  3.24  nişanı 

yaşayış  məntəqələrindən  kənarda  müvafiq  radardan  150-1000  metr  qabaqda,  yaşayış  məntəqələrində  isə  50-200 

metr qabaqda quraşdırılır. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin