Yol hərəkəti haqqında


Maddə 52. Dayanma və durma



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə62/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   58   59   60   61   62   63   64   65   ...   130
yhq az

 

Maddə 52. Dayanma və durma 

I. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol 

çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə 

verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə 

dayana və dura bilərlər. 

II.  Yolun  sol  tərəfində  dayanmağa  və  durmağa  yaşayış  məntəqələrində  tramvay  yolunun  olması  səbəbindən  sağ 

tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan 

çox  olan  yük  avtomobillərinə  birtərəfli  hərəkət  yollarının  sol  tərəfində  dayanmağa  yalnız  yük  götürmək  və  ya 

boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, 

motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. 

III.  Yaşayış  məntəqəsindən  kənarda  uzunmüddətli  dincəlmə,  gecələmə  və  istirahət  üçün  durmağa  yalnız  bu 

məqsədlə düzəldilmiş meydançalarda və ya yoldan kənarda icazə verilir. 

IV. Aşağıdakı yerlərdə: 

1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə 

yaradarsa; 

2)  dəmiryol  keçidlərində,  tunellərdə,  habelə  estakadalarda,  körpülərdə  (əgər  həmin  istiqamətdə  üçdən  az 

hərəkət zolağı varsa) və onların altında; 

3) 


  1.1, 

  1.3  və 

  1.11  üfüqi  nişanlanma  xətləri  ilə  dayanmış  nəqliyyat 

vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə;  

4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 

5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — 

hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 



2017v3 

36 


 

6) 


 1.1, 

 1.2, 


 1.3, 

 1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı 

olan  üçtərəfli  yolayrıclarındakı  yan  keçidin  qarşı  tərəfində  dayanma  halları  istisna  olmaqla,  hərəkət  hissələrinin 

kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 

7)  dayanacaq  meydançasına,  meydança  olmadıqda  isə  ümumi  istifadədə  olan  nəqliyyat  vasitələrinin 

dayanacaq yerini işarə edən 

 5.12 və ya 

 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; 

8)  nəqliyyat  vasitəsi  svetofor  siqnallarının,  yol  nişanlarının  qarşısını  tutmaqla  başqa  sürücülərin  bunları 

görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, 

yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 

9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 

10) 

 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 



 1.4 nişanlanma xəttinin təsir 

zonalarında; 

11) avtomagistrallarda və ya 

 5.3 nişanı ilə işarələnmiş yollarda 

 5.15 və ya 

 6.11 nişanları 

ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. 

IV-I.  Ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsi  sürücüsünün  sərnişinləri  mindirmək  və  düşürtmək  üçün  nəqliyyat 

vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 

 5.12, 


 5.13 

nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq 

müəyyən  edilmiş  və 

  5.14  nişanı  ilə  işarələnmiş  duracaq  yerlərindən  kənar  yerlərdə  sifariş  qəbul  etmək 

məqsədilə durması qadağandır. 

V. Nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri 

səkiyə  və  ya  yolun  qırağındakı  başqa  maneəyə  tərəf  çevirməli  və  qapıları  kilidləməlidir.  İcazə  verilən  maksimum 

kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitəsini yoxuşda və ya enişdə duracağa qoyduqda, nəqliyyat vasitəsinin öz-

özünə hərəkət etməsinə yol verməmək üçün sürücü təkərlərdən heç olmasa birinin altına tıxac qoymalıdır. 

VI. Nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır: 

1) dayanmanın qadağan edildiyi yerlərdə;  

2) yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində; 

3) 

 5.1 nişanı ilə işarələnmiş yerlərdə; 



4) dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; 

5) girişin, habelə darvaza qarşısında; 

6) 

 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 



 1.10 nişanlanma xəttinin təsir 

zonalarında. 

VII.  Dayanacağın  qadağan  edildiyi  yerlərdə  məcburi  dayandıqda  sürücü  nəqliyyat  vasitəsinin  həmin  yerlərdən 

aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir. 

VIII.  Nəqliyyat  vasitəsi  qapılarının  açılması  yol  hərəkətinin  digər  iştirakçıları  üçün  maneə  yaradarsa,  onları  açmaq 

qadağandır. 

IX. Nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisna edən zəruri tədbirləri 

gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat vasitəsini qoyub gedə bilər. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin