Yol hərəkəti haqqında


Maddə 51. Ötmə və qarşılıqlı keçmə



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə61/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   57   58   59   60   61   62   63   64   ...   130
yhq az

 

Maddə 51. Ötmə və qarşılıqlı keçmə 

I. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 




2017v3 

35 


 

1)  girmək  istədiyi  hərəkət  zolağı  ötmə  üçün  kifayət  edəcək  məsafədə  boşdur  və  bu  manevr  ilə  o,  qarşıdan 

gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 

2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat 

vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 

3)  qarşıdan  gələn  və  bu  zolaqda  gedən  nəqliyyat  vasitələri  üçün  təhlükə  və  ya  maneə  yaratmadan  çıxmaq 

istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa 

müddətdə başa çatdırmağa imkan verəcəkdir. 

II. Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və 

manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. 

III. Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına 

qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu 

zolağa  qayıdıb  dərhal  yenidən  ötməyə  başlamalı  olacaqsa  və  onun  arxasınca  daha  yüksək  sürətlə  gələn  nəqliyyat 

vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. 

IV. Hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək 

qadağandır. 

V. Ötmə: 

1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında 

—  baş  yol  olmayan  yolla  hərəkət  etdikdə  (hərəkətin  dairəvi  olduğu  yolayrıclarında  ötmə,  yanqoşqusu  olmayan 

ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 

2) piyada keçidlərində — piyadalar olduqda; 

3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 

4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini; 

5)  yoxuşun  axırında  və  yolun  məhdudiyyətli  görünüşlü  digər  sahələrində  —  əks  istiqamətli  hərəkət zolağına 

çıxmaqla; 

6) tunellərdə qadağandır. 

VI. Yaşayış məntəqələrindən kənarda asta gedən və ya iriqabaritli nəqliyyat vasitəsini ötmək çətinləşdikdə, sürücü 

nəqliyyat  vasitəsini  mümkün  qədər  sağa  çəkməli,  lazım  gəldikdə  isə  arxasında  yığılmış  nəqliyyat  vasitələrini 

buraxmalıdır. 

VII. Qarşılıqlı keçmə çətinləşən hallarda — hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yol verməlidir. 

 

1.13  və 



  1.14  nişanları  ilə  işarələnmiş  yerlərdə  maneə  olduqda,  enişlə  aşağı  hərəkət  edən  nəqliyyat 

vasitəsinin sürücüsü yoxuşla yuxarı gedən nəqliyyat vasitəsinə yol verməlidir. 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin