Yol hərəkəti haqqında


Maddə 35-1. Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə46/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   42   43   44   45   46   47   48   49   ...   130
yhq az

Maddə 35-1. Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi 

I.  Azərbaycan  Respublikasının  vətəndaşı  yol  hərəkətinin  tənzimlənməsi  sahəsində  Azərbaycan  Respublikasının 

tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  olaraq  xarici  dövlətin  səlahiyyətli  orqanı  tərəfindən  verilmiş  və 

etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini 

ölkə  ərazisinə  daxil  olduğu  gündən  bir  ay  ərzində  idarə  etmək  hüququna  malikdir.  Azərbaycan  Respublikasının 

vətəndaşı  ölkə  ərazisində  nəqliyyat  vasitələrini  həmin  müddətdən  artıq  idarə  etmək  üçün  sürücülük  vəsiqəsini  bu 

Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. 

II.  Azərbaycan  Respublikasında  müvəqqəti  olan  əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxs  yol  hərəkətinin 

tənzimlənməsi  sahəsində  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  olaraq  xarici 

dövlətin  səlahiyyətli  orqanı  tərəfindən  verilmiş  və  etibarlıq  müddəti  qurtarmamış  sürücülük  vəsiqəsi  əsasında 

Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı 

olmayan  şəxs  Azərbaycan  Respublikasında  müvəqqəti  və  ya  daimi  yaşamaq  üçün  icazə  aldıqda,  ölkə  ərazisində 

nəqliyyat  vasitələrini  idarə  etmək  üçün  sürücülük  vəsiqəsini  həmin  icazəni  aldığı  gündən  bir  ay  müddətində  bu 

Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. 

III. Bu Qanunun 35-1-ci maddəsinin I və II hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, 

xarici  dövlətin  səlahiyyətli  orqanı  tərəfindən  verilmiş  sürücülük  vəsiqəsi  yeni  sürücülük  vəsiqəsi  ilə  birlikdə  həmin 

şəxsə qaytarılır. 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin