Yol hərəkəti haqqında


Maddə 3. Yol hərəkəti haqqında qanunvericilik



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə13/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   9   10   11   12   13   14   15   16   ...   130
yhq az

Maddə 3. Yol hərəkəti haqqında qanunvericilik 

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu 

Qanundan,  Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktlarından  və  Azərbaycan  Respublikasının  tərəfdar 

çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 

 

Maddə 4. Yol hərəkəti sahəsində dövlət vəzifələri 

Yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: 

1)  dövlət  siyasətini,  o  cümlədən  vahid  elmi-texniki  siyasəti,  habelə  yol  hərəkəti  standartlarını  müəyyən  etmək  və 

onları həyata keçirmək; 

2) yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi, yol hərəkəti qaydalarının, 

habelə onların pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi ilə bağlı qanunlar və digər normativ-hüquqi aktlar 

qəbul etmək, onların icrasını həyata keçirmək; 

3)  yol  hərəkətinin  inkişafının  və  təhlükəsizliyinin  təmin  edilməsinə  dair  ölkə  və  onun  inzibati  ərazi  vahidləri  üzrə 

proqramları  və  planları  qəbul  etmək,  onların  icrası  üzrə  dövlət  orqanlarının  fəaliyyətinin  əlaqələndirilməsini  təmin 

etmək; 


4) yol hərəkətinin inkişafına və təhlükəsizliyinə dair proqramları və planları, avtomobil yolları şəbəkəsinin saxlanılması 

və  inkişaf  etdirilməsi,  yollarda  təhlükəsiz  hərəkətin,  habelə  yol  hərəkətinə  dair  ekoloji  tələblərin  təmin  edilməsi 

sahəsində həyata keçirilən tədbirləri dövlət büdcəsindən maliyyələşdirmək;  

5)  yol  hərəkətinin  təşkili  üzrə  ixtisaslaşdırılmış  xidmətləri  təşkil  etmək,  o  cümlədən  texniki  vasitələrin  və 

avtomatlaşdırılmış sistemlərin qurulmasını və istifadəsini, qəza-xilasetmə işləri görülən və kütləvi tədbirlər keçirilən 

yerlərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək; 

6)  avtomobil  yollarının  tikintisinə,  yenidən  qurulmasına,  təmirinə,  saxlanılmasına  və 

qorunmasına 

dair,  habelə 

Azərbaycan Respublikasında istehsal olunan nəqliyyat vasitələrinin konstruksiyasına və texniki vəziyyətinə dair vahid 

tələbləri müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək; 

7) avtomobil yollarının təmiri və saxlanılması ilə bağlı fəaliyyətin, yol hərəkətinin təhlükəsizliyinə təsir göstərən digər 

növ  fəaliyyətin  həyata  keçirilməsi,  nəqliyyat  vasitələrinin  təmiri  və  istismarı,  daxili  və  beynəlxalq  sərnişin  və  yük 

daşımaları, təhlükəli yüklərin daşınması qaydasını müəyyən etmək; 

8)  nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnaməsinin,  dövlət  qeydiyyat  nişanının  və  sürücülük  vəsiqəsinin 

nümunələrini müəyyən etmək; 

9)  ekoloji  təhlükəsiz  tələblərinə  əməl  etməklə,  yol  hərəkəti  iştirakçılarının  ehtiyaclarının  təmin  olunması  məqsədilə 

avtomobil  yollarının  saxlanılmasını,  təmirini,  yenidən  qurulmasını  və  tikintisini  təşkil  etmək  və  onların  həyata 

keçirilməsinə nəzarət etmək, yolların qəza təhlükəli sahələrini aradan qaldırmaq; 

10) yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olaraq dövlət yollarında texniki xidmət sahələri təşkil etmək; 

11) yol hərəkəti iştirakçılarının tibbi təminatını, o cümlədən yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardımın 

göstərilməsini təşkil etmək; 

12) sürücülərin hazırlanmasını və onların ixtisasının artırılmasını həyata keçirən məktəb və kursların açılmasına razılıq 

vermək,  onların  fəaliyyətinə  nəzarət  etmək,  nəzəri  və  təcrübi  imtahanlar  qəbul  etmək,  imtahanlardan 

müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsi vermək, onların uçotunu aparmaq; 

13)  əhaliyə  yol  hərəkəti  qaydalarının  öyrədilməsini  və  yol  hərəkəti  təhlükəsizliyinin  təbliği  işini  təşkil  etmək,  yol 

hərəkəti  təhlükəsizliyi  sahəsində  bu  Qanunla  müəyyən  olunmuş  tələblərə  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  əməl 

olunmasını təmin etmək; 

14)  yaşayış  məntəqələrinin  baş  planlarına,  müfəssəl  planlaşdırılması  və  tikintisi  layihələrinə,  kompleks  nəqliyyat 

sxemlərinə  və  yol  hərəkətinin  təşkili  sxemlərinə  uyğun  olaraq  rayon  (şəhər)  ərazilərində  yol  hərəkətinin 

avtomatlaşdırılmış idarəetmə sistemlərini təşkil etmək; 

15) pullu duracaqlarda, qarajlarda nəqliyyat vasitələrinin saxlanılması qaydasını müəyyən etmək; 

16) yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə elmi-tədqiqat işlərinin aparılmasını təşkil etmək; 

17) yol hərəkət təhlükəsizliyini təmin etmək və ya hərəkət şəraitini yaxşılaşdırmaq məqsədilə, yollarda təmir-tikinti 

işləri aparılarkən, zəruri olduqda, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ümumi 

istifadədə  olan  nəqliyyatın  müntəzəm  hərəkəti  marşrutlarının  açılması  qaydasını  müəyyən  etmək  və  onun  həyata 

keçirilməsini təşkil etmək; 

18)  nəqliyyat  vasitələrinin  texniki  vəziyyətinə  nəzarət  etmək,  qanunla  müəyyən  edilmiş  hallarda  texniki  baxışları 

həyata  keçirmək,  konstruksiyası  və  ya  texniki  vəziyyəti  müəyyən  olunmuş  standartlara,  habelə  mühərrik,  ban  və 



2017v3 

 



şassi  nömrələri  qeydiyyat  sənədlərində  göstərilmiş  nömrələrə  uyğun  gəlməyən  nəqliyyat  vasitələrinin  istismarını 

qadağan etmək; 

19)  nəqliyyat  vasitələrinin  konstruksiyalarının  hazırlanmasına  və  yenidən  quraşdırılmasına,  aqreqat,  ban  və  ban 

hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək; 

20)  Azərbaycan  Respublikasında  istehsal  olunan  nəqliyyat  vasitələrinin  hərəkət  təhlükəsizliyi,  ətraf  mühitin 

mühafizəsi  ilə  bağlı  tələblərə  uyğunluğu  baxımından  onların  texniki  layihə  sənədlərinə  və  texniki  vəziyyətinə  dair 

müvafiq  rəylər  vermək, onların  sınaqlarında  iştirak  etmək,  bu  tələblərə  cavab  verməyən  nümunələrin  (məmulatın) 

istehsalını dayandırmaq barədə müvafiq orqanlara təqdimatlar vermək; 

21)  nəqliyyat  vasitələrinin  qeydiyyatını,  özgəninkiləşdirilməsinin  sənədləşdirilməsini  və  onların  uçotunu  aparmaq, 

ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat 

vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək; 

22)  yollarda  nəqliyyatın  və  piyadaların  təhlükəsiz,  səmərəli  və  rahat  hərəkətini  təşkil  etmək,  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müqavilələr əsasında nəqliyyat vasitələrinin müşayiətini 

təşkil etmək; 

23)  yol  hərəkətinə  nəzarət  funksiyalarını yerinə yetirmək  məqsədilə  stasionar  postların siyahısını  və  dislokasiyasını 

müəyyənləşdirmək və təşkil etmək, bu postları texniki vasitələrlə, habelə binalarla, nəqliyyat və rabitə vasitələri ilə, 

yol-nəqliyyat  hadisələrində  zərər  çəkənlərə  ilk  tibbi  yardım  göstərilməsi  üçün  tibbi  ləvazimatla  və  dava-dərmanla 

təmin etmək, insanın adi həyati ehtiyaclarının ödənilməsi üçün lazımi şəraitlə təmin etmək; 

24) yol nişanlarının və göstəricilərinin quraşdırılmasını, yol hərəkətini nizamlayan və ona nəzarət edən nəqliyyat və 

texniki vasitələrin, yol-nəqliyyat hadisələrinin nəticələrini yüngülləşdirmək üçün hadisə yerində tətbiq olunan qəza-

xilasetmə  avadanlığının,  habelə  yol  hərəkətinin  təhlükəsizliyini  artırmağa  kömək  edən  digər  texniki  vasitələrin  və 

cihazların, yol hərəkətinin təhlükəsizliyinin təbliğinə xidmət edən təşviqat vasitələrinin; xüsusi məhsulların (sürücülük 

vəsiqələrinin  blanklarının,  nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnamələrinin,  dövlət  qeydiyyat  nişanlarının  və 

tanınma nişanlarının) sifarişçisi və istehsalçısı funksiyalarını həyata keçirmək və Azərbaycan Respublikasının müvafiq 

icra hakimiyyəti orqanının struktur bölmələrini bunlarla təmin etmək; 

25)  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  bu  Qanunun  tələblərinin  yerinə  yetirilməsinə  nəzarət  etmək,  yol-nəqliyyat 

hadisələri  ilə  bağlı  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  cinayət  işləri  üzrə 

təhqiqatın aparılmasını və inzibati işlər üzrə icraatın həyata keçirməsini təşkil etmək; 

26) zədələnmiş nəqliyyat vasitələrinin müəyyən edilmiş yerlərə aparılmasını və sahibsiz qalmış əmlakın mühafizəsini, 

habelə qaçırılmış, oğurlanmış nəqliyyat vasitələrinin, yol-nəqliyyat hadisəsi yerlərindən qaçıb gizlənmiş yol hərəkəti 

iştirakçılarının axtarılmasını təşkil və təmin etmək; 

27)  yol-nəqliyyat  hadisələrinin,  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququndan  məhrum  olunmuş  vətəndaşların,  yol 

hərəkəti  qaydaları  pozuntularının,  bununla  əlaqədar  görülmüş  tədbirlərin  uçotunu  aparmaq,  şəxslərin  yol  hərəkəti 

qaydalarının pozuntusu ilə əlaqədar barələrində tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəcilərəi 

(cərimələr  və  onların  ödənilməsi,  balların  sayı  və  ya  silinməsi)  ilə  bağlı  rəsmi  internet  informasiya  ehtiyatlarından 

məlumat almasını təmin etmək; 

28)  hərəkət  üçün  ayrılmış  yollara  nəzarət  etmək,  hərəkət  sürətinin  məhdudlaşdırıldığı  zonaları  müəyyənləşdirmək, 

orada müvafiq yol nişanları qurmaq, habelə təhlükəli yüklərin daşınmasını və nəqliyyat dəstələrinin şəhərlərdən və 

digər yaşayış məntəqələrindən keçməsini təşkil və təmin etmək; 

29) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin