Yol hərəkəti haqqında


Maddə 24. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotunun təşkili



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə34/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   30   31   32   33   34   35   36   37   ...   130
yhq az

Maddə 24. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotunun təşkili 

I.  Azərbaycan  Respublikası  ərazisində  yol  hərəkətinin  təhlükəsizliyi  vəziyyətinin  əsas  göstəricilərinin  dövlət  uçotu 

aparılır. Bu göstəricilər aşağıdakılardır: 

1) yol-nəqliyyat hadisələrinin; 

2) yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslərin; 

3) nəqliyyat vasitələri sürücülərinin; 

4) yol hərəkəti qaydalarını pozmuş şəxslərin; 

5) yol hərəkəti sahəsində inzibati xətaların və cinayətlərin sayı;  

6)  yol  hərəkəti  təhlükəsizliyi  vəziyyətini  əks  etdirən  göstəricilər  və  yol  hərəkəti  təhlükəsizliyinin  təmin 

edilməsinə dair fəaliyyətin nəticələrinin göstəriciləri. 

II. Azərbaycan Respublikası ərazisində yol hərəkəti təhlükəsizliyi vəziyyətinin dövlət uçotu aparılarkən yol-nəqliyyat 

hadisələrində zərər çəkmiş şəxslər aşağıdakılar sayılır: 

1) yaralılar — yol-nəqliyyat hadisəsi nəticəsində səhhətinin müəyyən müddətə pozulmasına səbəb olan 

şəxslər; 

2) həlak olanlar — yol-nəqliyyat hadisəsi yerində həlak olmuş və ya bu cür hadisə nəticəsində sonrakı 7 gün 

ərzində ölmüş şəxslər. 

III. Dövlət uçotunun sistemi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən yol hərəkəti 

təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi işinin təşkilini və 

tətbiqini təmin edir.  

IV. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi 

və  hesabat  məlumatlarının  formalaşdırılması  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyənləşdirilir. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin