Yol hərəkəti haqqında


Maddə 29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə39/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   35   36   37   38   39   40   41   42   ...   130
yhq az

Maddə 29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 

I.  Nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanı  Azərbaycan  Respublikasının  ərazisində  və  ya  onun  hüdudlarından 

kənarda  yol  hərəkətində  olan  hər  bir  nəqliyyat  vasitəsini  fərqləndirən,  onun  qabaq  və  arxa  hissələrində 

(motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi 

lövhədir.  Azərbaycan  Respublikasında  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanı  ərəb  rəqəmlərində  və  latın 

əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. 

II. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə 

tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat 

vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 

məbləğdə dövlət rüsumu ödənilir. 

II-I.  Dövlət  qeydiyyat  nişanında  əks  olunmuş  rəqəmlərin  və  ya  hərflərin  kombinasiyası  üzrə  dövlət  qeydiyyat 

nişanlarının  verilməsinə  görə  dövlət  rüsumunun  məbləği,  mövcud  olan  rəqəm  və  ya  hərf  kombinasiyaları  barədə 

məlumatlar  müvafıq  icra  hakimiyyəti  orqanının  internet  səhifəsində  yerləşdirilir.  Mövcud  olan  rəqəm  və  ya  hərf 

kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə 

olan  elektron  avadanlıqlar  həmin  orqanın  imtahan-qeydiyyat  məntəqələrində  və  digər  yerlərdə  quraşdırılır,  habelə 

hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks 

etdirən lövhələr yerləşdirilir. 

III.  Azərbaycan  Respublikası  ərazisində  dövlət  qeydiyyatına  alınmış  nəqliyyat  vasitəsi  özgəninkiləşdirildikdə  dövlət 

qeydiyyatı  üzrə  daimi  uçota  alınması  zamanı  həmin  nəqliyyat  vasitesinin  dövlət  qeydiyyat  nişanı  saxlanılır.  Belə 

nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini 

alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə 

tutulmuş  qaydada  verilir.  Nəqliyyat  vasitəsini  satan  və  alan  şəxs  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanını 

saxlamaq  istəmədikdə  həmin  dövlət  qeydiyyat  nişanı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təhvil  alınır  və 

nəqliyyat  vasitəsini  alan  şəxsin  nəqliyyat  vasitəsinə  bu  maddənin  II  hissəsində  nəzərdə  tutulmuş  qaydada  digər 

dövlət qeydiyyat nişanı verilir. 

IV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam 

vermək  hüququ  olan  digər  şəxs  nəqliyyat  vasitəsinin  həmin  dövlət  qeydiyyat  nişanının  yenisi  ilə  (rəqəmlərin  və 

hərflərin  kombinasiyası saxlanılmaqla)  əvəz  edilməsi  barədə  müvafiq  icra  hakimiyyəti  orqanına  müraciət  etməlidir. 

Həmin  dövlət  qeydiyyat  nişanının  yenisi  ilə  əvəz  edilməsi  bu  maddənin  II  hissəsində  nəzərdə  tutulmuş  qaydada 

həyata keçirilir. 

V.  Dövlət  qeydiyyat  nişanı  itdikdə  və  ya  oğurlandıqda,  dövlət  qeydiyyat  nişanı  itmiş  və  ya  oğurlanmış  nəqliyyat 

vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının 

alınması  üçün  bu  maddənin  II  hissəsində  nəzərdə  tutulmuş  qaydada  müvafiq  icra  hakimiyyəti  orqanına  müraciət 

edir.  İtmiş  və  ya  oğurlanmış  dövlət  qeydiyyat  nişanı  tapıldıqda,  həmin  dövlət  qeydiyyat  nişanı  ilk  olaraq  onun 

sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir. 

VI. Bu maddənin III, IV və V hissələrində nəzərdə tutulmuş hallarda dövlət qeydiyyat nişanının əvvəlki (sonuncu) 

sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə görə, həmin şəxs "Dövlət rüsumu haqqında" 

Azərbaycan Respublikası Qanununun 18.65.6.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunu ödəməlidir. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin