Yol hərəkəti haqqında


Maddə 30. Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə40/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   36   37   38   39   40   41   42   43   ...   130
yhq az

Maddə 30. Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi 

I.  Azərbaycan  Respublikasının  ərazisində  yol  hərəkətində  iştirak  edən  nəqliyyat  vasitələrinin  texniki  vəziyyəti  və 

avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən 

olunmuş  tələblərə  uyğun  olmalıdır.  Texniki  cəhətdən  nasaz  olan  nəqliyyat  vasitələri  yol  hərəkətinə 

buraxılmamalıdırlar. 



2017v3 

21 


 

II. Nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər:  

1)  nəqliyyat  vasitələrinin  istismarı  zamanı  onların  texniki  vəziyyətinə  dair  müəyyən  edilmiş  tələblərə  riayət 

etməlidirlər; 

2)  nəqliyyat  vasitələrinin  texniki  cəhətdən  saz  vəziyyətdə  saxlanılması  üçün  onlara  vaxtlı-vaxtında  texniki 

xidmət göstərməlidirlər; 

3)  texniki  vəziyyəti  dövlət  standartlarının,  yol  hərəkəti  qaydalarının  tələblərinə  uyğun  gəlməyən,  habelə 

müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı 

dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına 

yol verməməlidirlər. 

III. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik 

olan  şəxslər  və  yaxud  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada 

texniki-təmir  stansiyaları  (sahələri)  tərəfindən  həyata  keçirilir.  Nəqliyyat  vasitələrinin  sayı  10  və  daha  artıq  olan 

hüquqi  şəxslər  nəqliyyat  vasitələrinə  texniki  xidməti  bu  məqsədlə  təşkil  etdikləri  texniki-təmir  stansiyalarında 

(sahələrində) həyata keçirirlər. 

IV.  Nəqliyyat  vasitəsinə  texniki  xidmət  göstərilməsi  qaydası  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanı  tərəfindən  qəbul  edilən  “Nəqliyyat  vasitələrinə  və  onların  qoşqularına  dövlət  texniki  baxışının  keçirilməsi 

qaydaları  haqqında”,  “Nəqliyyat  vasitələrinə  texniki  xidmət  göstərilməsi  haqqında”,  “Nəqliyyat  vasitələrinə  texniki 

xidmət  göstərən  texniki-təmir  sahələri  haqqında”  və  “Nəqliyyat  vasitələrinə  texniki  xidmət  göstərən  texniki-təmir 

stansiyaları haqqında” nümunəvi əsasnamələrlə müəyyən edilir. 

V.  İstismarda  olan  nəqliyyat  vasitəsinə  həmin  modelin  normativ-texniki  sənədlərində  nəzərdə  tutulmayan  hissələr 

quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara 

uyğun  gəlməlidir.  Nəqliyyat  vasitəsinin  tam kütləsinin və  bu  kütlənin  oxlar  üzrə  paylanmasının,  ağırlıq  mərkəzinin, 

təkər  bazasının  və  ya  təkər  düsturunun  pozulmasına,  habelə  tormoz  və  sükan  idarə  sisteminin  əvəz  olunmasına 

səbəb olan dəyişikliklər edilməsi qadağandır. 

VI. Nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda 

aşağıdakı müddətlərdə texniki baxış keçirilir: 

1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş 

nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat 

vasitələrinə,  təhlükəli  yüklərin  daşınması  üçün  xüsusi  təyinatlı  texniki  təhlükəsizlik  üzrə  uyğunluq  sertifikatı  olan 

nəqliyyat vasitələrinə - ildə bir dəfə; 

2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu 

maddənin VI hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla): 

istehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə; 

istehsal olunduqları vaxtdan on il keçdikdə - ildə bir dəfə. 

VI-I. Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 

1) texniki baxışın keçirilməsi üçün internet vasitəsilə elektron formada müraciət etmə və münasib vaxtı seçmək 

imkanının  yaradılması,  habelə  nəqliyyat  vasitəsinin  texniki  baxışın  keçirilməsi  barədə  vaxtı  və  tarixi  göstərilməklə 

müraciət edən şəxsə məlumatın verilməsi; 

2) texniki baxışın fasiləsiz olaraq keçirilməsi; 

3) texniki baxışın növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə 

keçirilməsi; 

4)  dövlət  rüsumunun  yalnız  bank,  poçt,  plastik  kart,  elektron  ödəmə  sistemləri  və  ya  İnternet  vasitəsi  ilə 

ödənilməsi; 

5) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi. 

VI-II. Aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmur: 

1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş 

nəqliyyat  vasitələri,  həmçinin  avtobuslar,  icazə  verilən  maksimum  kütləsi  3,5  tondan  artıq  olan  yük  avtonəqliyyat 

vasitələri,  təhlükəli  yüklərin  daşınması  üçün  xüsusi  təyinatlı  texniki  təhlükəsizlik  üzrə  uyğunluq  sertifikatı  olan 

nəqliyyat vasitələri - istehsal olunduğu vaxtdan bir il müddətində; 

2)  bu  Qanunun  27-ci  maddəsinin  ikinci  hissəsinin  1-ci  bəndində  nəzərdə  tutulmuş  nəqliyyat  vasitələri  (bu 

maddənin  VI-II  hissəsinin  1-ci  bəndində  göstərilənlər  istisna  olmaqla)  -  istehsal  olunduğu  vaxtdan  dörd  il 

müddətində. 

VII.  Texniki  baxış  keçirilməsi  üçün  nəqliyyat  vasitəsinin  sahibi  və  ya  sərəncam  vermək  hüququ  olan  digər  şəxs 

müvafiq orqana nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir: 

1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi; 

2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini; 

3)  nəqliyyat  vasitəsinin  istismarının  qadağan  edilməsinə  səbəb  olan  nasazlıqların  aradan  qaldırılması  barədə 

texniki xidmət göstərən texniki-təmir sahəsinin və ya stansiyasının sənədini (əgər belə xidmət həmin stansiya və ya 

sahə tərəfindən göstərilmişdirsə); 




2017v3 

22 


 

4)  “Dövlət  rüsumu  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  məbləğdə  dövlət 

rüsumunun ödənilməsi barədə sənədi;  

5)  avtonəqliyyat  vasitəsi sahiblərinin  mülki  məsuliyyətinin  icbari  sığortasının  və  sərnişin  daşımaları xidmətini 

həyata  keçirən  avtonəqliyyat  vasitələri  ilə  daşınan  sərnişinlərin  (şəhərdaxili  və  ya  qəsəbədaxili  daşınan  sərnişinlər 

istisna  olmaqla)  fərdi  qəza  sığortasının  "İcbari  sığortalar  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa  uyğun 

olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsini. 

VIII.  Nəqliyyat  vasitəsinin  sahibi  və  ya sərəncam  vermək  hüququ  olan  digər şəxs  tərəfindən  müvafiq  sənədlər  və 

nəqliyyat vasitəsi  bu  Qanunun  27-ci  maddəsinin  ikinci  və  üçüncü  hissələrində  nəzərdə  tutulmuş  orqanlara  təqdim 

edildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi 

nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir və saz nəqliyyat vasitəsinə texniki baxış talonu verir. 

IX. Bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki 

baxışdan  keçirməməyə  görə  nəqliyyat  vasitəsinin  sahibləri  nəqliyyat  vasitəsinin  texniki  vəziyyətinə  cavabdeh  olan 

şəxslər  və  ya  sürücüləri  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  məsuliyyət 

daşıyırlar.  

X.  Nəqliyyat  vasitəsinin  sahibindən  və  ya  sərəncam  vermək  hüququ  olan  digər  şəxslərdən  bu  Qanunla  nəzərdə 

tutulmayan  sənədləri  tələb  etməyə,  nəqliyyat  vasitələrinə  texniki  baxışın  keçirilməsində  süründürməçiliyə  yol 

verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü 

hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində 

süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki 

məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə texniki xidmət göstərən texniki-təmir sahəsinin 

və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 

məsuliyyət daşıyırlar. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin