Yol hərəkəti haqqında


Maddə 40. Piyadanın vəzifələri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə50/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   46   47   48   49   50   51   52   53   ...   130
yhq az

Maddə 40. Piyadanın vəzifələri 

I. Piyada: 

1) səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək 

şərti  ilə  velosiped  yolu  ilə  hərəkət  etməli  və  ya  ayırıcı  zolağı  olan  yollarda  hərəkət  hissəsinin  xarici  kənarı  ilə 

getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərriksiz əlil arabalarında gedən şəxslərin səki və 

ya  yol  çiyini  ilə  hərəkəti  başqa  piyadalar  üçün  maneə  yaratdıqda,  onlar  yolun  hərəkət  hissəsinin  kənarı  ilə  gedə 

bilərlər);  

2)  dəmiryolunu,  avtomobil  yolunun  hərəkət  hissəsini,  küçələri  piyada  keçidləri  ilə,  o  cümlədən  yeraltı  və 

yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir; 

3) yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti 

istiqamətinə qarşı getməlidir (mühərriksiz əlil arabalarında hərəkət edən, motosiklet, moped, velosiped sürən şəxslər 

belə hallarda nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər); 

4)  ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsini  və  taksini,  yalnız  yolun  hərəkət  hissəsindəki  nisbətən  azca 

hündürə  qaldırılmış  minik  meydançalarında,  onlar  olmadıqda  isə,  səkidə  və  ya  yol  çiyinlərində  gözləməlidir  (azca 

hündürə  qaldırılmış  minik  meydançalarının  olmadığı  dayanacaq  məntəqələrində  nəqliyyat  vasitəsinə  minmək  üçün 

yolun  hərəkət  hissəsinə  yalnız  nəqliyyat  vasitəsi  dayandıqdan  sonra  çıxmağa  icazə  verilir.  Nəqliyyat  vasitəsindən 

düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tərk etmək lazımdır); 

5)  hərəkətin  nizamlandığı  yerlərdə  nizamlayıcının  və  ya  piyada  svetoforunun,  o  olmadıqda  isə,  nəqliyyat 

svetoforunun işarəsini əsas tutmalıdır; 

6) yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır; 

7)  üstün  keçid  hüququ  olan,  qırmızı  və  ya  göy  sayrışan  işıq  və  xüsusi  səs  siqnalı  ilə  işarə  verən  nəqliyyat 

vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir (hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə 

yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar); 

8)  dayanmış  nəqliyyat  vasitəsinin  və  ya  görmə  sahəsini  məhdudlaşdıran  başqa  maneənin  arxasından  yolun 

hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir; 

9)  görünmə  zonasında  keçid  və  ya  yolayrıcı  olmadıqda,  ayırıcı  zolaq  olmayan  və  sədd  çəkilməyən,  hər  iki 

tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir; 




2017v3 

30 


 

10)  sutkanın  qaranlıq  vaxtı  yolun  işıqlanmayan  hissələrində  yalnız  görünüş  dairəsində  nəqliyyat  vasitəsi 

olmadıqda keçməlidir. 

II.  Piyada,  nizamlanmayan  piyada  keçidlərində  yolun  hərəkət  hissəsinə  yalnız  yaxınlaşmaqda  olan  nəqliyyat 

vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin 

etdikdən sonra çıxa bilər. 

III. Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə 

dayanıb  gözləməlidirlər.  Piyadalar  yalnız  hərəkətin  təhlükəsizliyinə  əmin  olduqdan  sonra  və  svetoforun 

(nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər. 

IV. Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sağ 

tərəfi ilə, bir sırada dörd nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında — 

sol  tərəfdə  müşayiətçilər  olmalıdırlar,  onlar  əllərində  qırmızı  bayraqcıqlar,  sutkanın  qaranlıq  vaxtında  və 

məhdudiyyətli görünmə şəraitində isə, yandırılmış fənərlər: qabaqda — ağ, arxada — qırmızı işıq fənəri tutmalıdırlar. 

V. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar 

olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin