Maddə 43. Avtomagistrallarda hərəkət
I. Nəqliyyat vasitələrinin sürücüləri avtomagistrala girdikdə, avtomagistralda hərəkət edən nəqliyyat vasitələrinə yol
verməlidirlər. Sürətləndirmə zolağı olduqda, sürücülər bundan istifadə etməlidirlər.
II. Avtomagistrallarda:
1) piyadaların, mal-qaranın, at-araba nəqliyyatının, yük motorollerlərinin, atlıların, əl arabalarının,
velosipedlərin, mopedlərin, traktorların, kənd təsərrüfatı maşınlarının və özügedən maşınların, texniki
xarakteristikasına və ya vəziyyətinə görə, sürəti saatda 50 kilometrdən az olan digər nəqliyyat vasitələrinin,
avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla, yol maşınlarının hərəkəti;
2) icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakılarda
hərəkəti;
3)
5.15 və ya
6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından kənarda
dayanmaq və ya durmaq;
4) geriyə dönmək və ayırıcı zolağın texnoloji kəsiklərinə girmək;
5) geriyə hərəkət etmək;
6) sürmə təlimi keçmək qadağandır.
III. Sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat vasitəsini bu Qanunun tələblərinə
müvafiq nişanlamalı və onu bu məqsəd üçün nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən xətdən
sağdakı yol hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir.
IV. Bu maddənin tələbləri
5.3 nişanı ilə işarə olunmuş yollara da şamil edilir.
Dostları ilə paylaş: |