Yol hərəkəti haqqında



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə96/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   92   93   94   95   96   97   98   99   ...   130
yhq az

 

VI. Mühərrik 

1) İşlənmiş qazlarda zərərli maddələrin miqdarı və onların tüstülənməsi dövlət standartlarında müəyyən edilmiş 

kəmiyyətlərdən çox olduqda. 

2) Yanacaq sisteminin hermetikliyi pozulduqda. 

3) İşlənmiş qazları xaricetmə sistemi saz olmadıqda nasazlıq aradan qaldırılır. 

4) Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə 

normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə. 

 

VII. Konstruksiyanın digər ünsürləri 

1) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgü, şüşə olmadıqda. 

2) Səs siqnalı işləmədikdə. 

3)  Sürücünün  görünüş  dairəsini  məhdudlaşdıran,  şüşənin  şəffaflığını  korlayan,  yol  hərəkəti  iştirakçılarını 

zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə 

və plyonka) çəkildikdə.  



Qeyd:  Avtomobillərin  və avtobusların  qabaq şüşəsinin  yuxarı  hissəsində  rəngli,  şəffaf  plyonka  bərkidilə  bilər.  İşığı 

buraxması  dövlət  standartlarının  tələblərinə  uyğun  olan,  sənaye  üsulu  ilə  hazırlanan  rəngli  şüşələrin  (güzgü-

şüşələrdən  başqa)  tətbiqinə  icazə  verilir.  Hər  iki  tərəfdə  arxanı  göstərən  xarici  güzgülər  olduqda  avtobusun 

pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə 

və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. 

4)  Konstruksiyada  nəzərdə  tutulmuş  kuzov  və  ya  kabinə  qapılarının  qıfılları,  yük  platforması  bortlarının 

cəftələri,  sistern  boğazının  və  yanacaq  bakı  tıxacının  cəftələri,  sürücünün  oturacağının  vəziyyətini  nizamlayan 

mexanizm, qəza çıxış yerləri və onları hərəkətə gətirən qurğular, qapıları idarə edən ötürücü, spidometr, taxoqraf, 

ilin mövsümi şəraitlərindən asılı olaraq şüşəqızdıran və havaüfürən işləmədikdə. 

5)  Konstruksiyada  nəzərdə  tutulmuş  arxa   mühafizə  qurğusu,  palçıqdan  qoruyan  fartuklar  və  brızqoviklər 

olmadıqda. 

6)  Yedəkçinin  və  qoşquların  ilişmə-dartı  və  ilişmə-dayaq  qurğuları  nasaz  olduqda,  habelə  onların 

konstruksiyalarında  nəzərdə  tutulmuş  sığorta  trosları  (zəncirlər)  olmadıqda  və  ya  nasaz  olduqda.  Motosikletin 

çərçivəsi ilə yanqoşqunun çərçivəsi birləşən yerdə lüft olduqda. 

7) Aşağıdakılar olmadıqda: 

avtobusda,  minik  və  yük  daşıyan  avtomobillərində,  təkərli  traktorda  —  dərman  qutusu,  odsöndürən,  qəza 

dayanma nişanı (yanıb-sönən qırmızı fənər); 

icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərində və icazə verilmiş maksimum kütləsi 

5 tondan çox olan avtobuslarda — diyirlənməyə qarşı dayaqlar (azı ikisi); 

yanqoşqulu motosikletdə — dərman qutusu, qəza dayanma nişanı (yanıb-sönən qırmızı fənər). 

8)  Operativ  və  xüsusi  xidmətlərə  məxsus  olmayan  nəqliyyat  vasitələrində  dövlət  standartlarında  nəzərdə 

tutulmuş  işartılı  mayakcıqlardan,  səs  çaları  növbə  ilə  dəyişən  səs  siqnallarından  və  rəng  qrafikası  sxemlərindən 

istifadə olunduqda. 

9)  Təhlükəsizlik  kəmərləri  nəqliyyat  vasitələrinin  konstruksiyasında  nəzərdə  tutulduğu  halda  belə  kəmərlər 

olmadıqda və ya onlar kəmərləri yararsız olduqda. 

10) Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartın tələblərinə cavab vermədikdə. Dövlət qeydiyyat 

nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərinin, qoşquların (minik avtomobillərinin və motosikletlərin 

qoşqularından  başqa)  və  avtobusların  (xüsusi  kiçik  avtobuslardan  başqa)  kuzovunun  arxa  divarında  təkrar  və 

rəqəmlərin hündürlüyü ən azı 300 mm, eni azı 120 mm, cizginin qalınlığı 30 mm, hərflərin ölçüsü rəqəmlərin 2/3-si 



2017v3 

62 


 

qədər  olunmadıqda,  tramvay  və  trolleybuslarda  müvafiq  idarələrin  verdikləri  verdikləri  dövlət  qeydiyyat  nişanları 

yazılmadıqda. 

11) Motosikletdə konstruksiyada nəzərdə tutulmuş təhlükəsizlik qövsü olmadıqda. 

12)  Motosikletlərin  və  mopedlərin  yəhərində  əyləşmiş  sərnişin  üçün  onların  konstruksiyasında  nəzərdə 

tutulmuş köndələn əl tutacaqları və ayaqaltılar olmadıqda. 

13) Tormoz sistemlərinin, sükan idarəsinin, digər qovşaq və aqreqatların müəyyənləşdirilmiş tələblərə uyğun 

gələn əlavə elementləri konstruksiyada nəzərdə tutulduğu halda, qurulmadıqda nasazlıq aradan qaldırılır. 

 

 

 



 

 

 



 

 

 



 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin