Yol hərəkəti haqqında



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə99/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   95   96   97   98   99   100   101   102   ...   130
yhq az

 

III. Qadağan nişanları 

 

 

3.1. Giriş qadağandır. Bütün NV-nin bu istiqamətə girişi qadağandır. 



 

 

3.2. Hərəkət qadağandır. Bütün NV-nin hərəkəti qadağandır. 



 

 

3.3. Mexaniki nəqliyyat vasitələrinin hərəkəti qadağandır. 



 


2017v3 

68 


 

 

3.4.  Yük  avtomobillərinin  hərəkəti  qadağandır.  İcazə  verilən  maksimum  kütləsi  (əgər  nişanda  kütlə 



göstərilməmişdirsə)  3,5  t-dan  və  ya  icazə  verilən  maksimum  kütləsi  nişanda  göstərilən  kütlədən  artıq  olan  yük 

avtomobillərinin,  nəqliyyat  avtoqatarlannın,  traktorların  və  özügedən  maşınlann  hərəkəti  qadağandır. 

      3.4 

nişanı adamlann daşınması üçün təyin olunmuş yük avtomobillərinin hərakətini qadağan etmir. 

  

 

3.5. Motosikletlərin hərəkəti qadağandır. 



 

 

3.6. Traktorların hərəkəti qadağandır. Traktorlann və özügedən maşınlann hərəkəti qadağandır. 



 

 

3.7. Qoşqu ilə hərəkət qadağandır. Yük avtomobillərinin və traktorların tipindən asılı olmayaraq qoşqu ilə və 



ya  nasaz  mexaniki  NV-ni  yedəyə  almaqla  hərəkəti  qadağandır.  Bu  nişan  qoşqu  ilə  hərəkət  edən  minik 

avtomobillərinin hərəkətini qadağan etmir. 

 

 

3.8.  At-araba ilə  hərəkət  qadağandır.  At-arabalarının  (kirşələrinin),  yük  heyvanlarının  hərəkəti və  həmçinin 



mal-qaranın ötürülməsi qadağandır. 

  

 



3.9. Velosipedlə hərəkət qadağandır. Velosipedlərdə və mopedlərdə hərəkət qadağandır. 

 

 



3.10. Piyadaların hərəkəti qadağandır. 

 

 



3.11.  Kütlənin  məhdudlaşdırılması.  Ümumi  faktiki  kütləsi  nişanda  göstərilən  kütlədən  artıq  olan  NV-nin  və 

həmçinin NV-nin avtoqatarlarının hərəkəti qadağandır. 

 

 

3.12.  Oxa  düşən  ağırlığın  məhdudlaşdırılması.  Hər  hansı  bir  oxuna  düşən  faktiki  ağıriıq  nişanda  göstərilən 



həddən artıq olan NV-nin hərakəti qadağandır. 

 

 



3.13. Hündürlüyün məhdudlaşdırılması. Qabarit hündürlüyü (yük ilə və ya yüksüz) nişanda göstərilən həddən 

artıq olan NV-nin hərəkəti qadağandır. 

 

 

3.14. Enin məhdudlaşdırılması. Qabarit eni (yük ilə və ya yüksüz) nişanda göstərilən həddən artıq olan NV-nin 



hərakəti qadağandır. 

 

 



3.15. Uzunluğun məhdudlaşdırılması. Qabarit uzunluğu (yük iləvə ya yüksüz) nişanda göstərilən həddən artıq 

olan NV-nin (avtoqatariann) hərəkəti qadağandır. 

 

 

3.16. Minimum ara məsafənin məhdudlaşdırılması. NV-nin arasındakı məsafə (distansiya) nişanda göstərilən 



həddən az olarsa, onların hərəkəti qadağandır. 


2017v3 

69 


 

 

 



3.17.1.  Gömrükxana.  Gömrükxananın  (nəzarət  məntəqəsinin)  qarşısında  dayanmadan  hərəkət  etmək 

qadağandır. 

 

 

3.17.2. Təhlükə. Yol-nəqliyyat hadisəsi, qəza va ya digər təhlükələrlə əlaqədar olaraq istisna olmamaq şərti 



ilə bütün NV-nin hərəkəti qadağandır. 

 

 



3.18.1. Sağa dönmək qadağandır. 

 

 



3.18.2. Sola dönmək qadağandır. Geriyə dönmək icazə verilir. 

 

 



3.19. Geriyə dönmək qadağandır. Sola dönmək icazə verilir. 

 

 



3.20. Ötmək qadağandır. Bütün NV-nə ötmək qadağandır. 

 

 



3.21. Ötməyin qadağan edildiyi zonanın qurtaracağı. 

 

 



3.22.  Yük  avtomobillərinin  ötməsi  qadağandır.  İcazə  verilən  maksimum  kütləsi  3,5  t-dan  artıq  olan  yük 

avtomobillərinə bütün NV-ni ötmək qadağandır. 

 

 

3.23. Yük avtomobillərinin ötməsi qadağan edilmiş zonanın qurtaracağı. 



 

 

3.24.  Maksimum  sürətin  məhdudlaşdırılması.  Nişanda  göstərilmiş  həddən  (km/saat)  artıq  sürətlə  hərəkət 



etmək qadağandır. 

 

 



3.25. Maksimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı. 

 

 



3.26. Səs siqnalı vermək qadağandır. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq halları istisna olmaqla qalan 

bütün hallarda səs siqnalının verilməsi qadağandır. 

 

 

3.27. Dayanmaq qadağandır. NV-nin dayanması və durması qadağandır. 



 

 

3.28. Durmaq qadağandır. NV-nin durması qadağandır. Bu nişan dayanmanı qadağan etmir. 



 

 

3.29. Ayın tək günlərində durmaq qadağandır. 




2017v3 

70 


 

 

 



3.30. Ayın cüt günlərində durmaq qadağandır. 

 

 3.29 və 



 3.30 nişanlarından biri yolun hərəkət hissəsinin solunda, digəri isə sağında eyni vaxtda və 

eyni  səviyyədə  tətbiq  edilərsə,  bu  nişanların  təsiri  sahələrində  saat  19:00-dan  21:00-a  kimi  (yerdəyişmə  zamanı) 

durmağa icazə verilir. 

 

  3.31.  Bütün  məhdudiyyətlər  zonasının  qurtaracağı.  Eyni  vaxtda  bir  neçə  nişanın  qüvvədə  olduğu  sahənin 



bitməsini bildirin 

 3.16, 


 3.20, 

 3.22, 


 3.24, 

 3.26, 


 3.27, 

 3.28, 


 

3.29, 


 3.30. 

 

 



3.32. Ehtiyyat üçün ayrılmış duracaq yeri. 

 

 



3.33. Nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun sürətin məhdudlaşdırılması. 

 

3.34. Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır.  



 

3.35. Partlayıcı və tezalışan yükü olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır. 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin