2017v3
78
6.6. Telefon.
6.7. Yeməkxana.
6.8. İçməli su.
6.9. Mehmanxana və ya motel.
6.10. Kempinq.
6.11. Dincəlmə yeri.
6.12. Yol polisinin daimi məntəqəsi.
6.13. Polis hissəsi.
6.14. İnformasiya stendi.
6.15. Tualet.
6.16. Çimərlik.
6.17. Təcili əlaqə telefonu.
2017v3
79
6.18. Yanğınsöndürən.
VII. Əlavə məlumat nişanları (lövhəciklər)
7.1.1,
7.1.2,
7.1.3,
7.1.4. Obyektə qədər məsafə. 7.1.1 - hərəkət istiqaməti üzrə
nişandan qabaqda olan təhlükəli sahəyə kimi, tətbiq edilən məhdudiyyətlərin başlanğıcına kimi və ya obyektə (yerə)
kimi qalan məsafənigöstərir. 7.1.2 -
2.4 nişanından yolayrıcına kimi (əgər qarşıdakı yolayrıcının önündə
2.5 nişanı quraşdırılmışdırsa) olan məsafəni göstərir. 7.1.3, 7.1.4 - yoldan kənarda olan obyektə kimi
məsafəni göstərir.
7.2.1,
7.2.2,
7.2.3,
7.2.4,
7.2.5,
7.2.6,
7.2.7. Qüvvədə olma zonası. 7.2.1-
xəbərdarlıq nişanları ilə göstərilmiş təhlükəli sahənin və ya qadağan və məlumatverici-göstərici nişanların qüvvədə
olduğu sahənin mövcud uzunluğunu göstərir. 7.2.2
3.27-3.30 qadağan nişanlarının
qüvvədə olduğu sahəni göstərir. 7.2.3 - 3.27-3.30 qadağan nişanlarının qüvvədə olduğu sahənin qurtaracağını
göstərir, yəni nişanların qüvvədə olduğu sahə ancaq ona kimidir. 7.2.4 sürücüləri məlumatlandırır ki, onlar 3.27-3.30
qadağan nişanlarının qüvvədə olduğu sahədə yerləşirlər, yəni nişanların qüvvədə olduğu sahə həm nişana kimi, həm
də nişandan sonra mövcuddur. 7.2.5, 7.2.6 meydanın hər hansı bir tərəfində, binanın fasad hissəsi qarşısında və
bunlara oxşar yerlərdə 3.27-3.30 qadağan nişanlannın qüvvədə olduğu sahəni və istiqaməti göstərir.
7.3.1,
7.3.2,
7.3.3. Qüvvədə olma istiqaməti. Yolayrıcları qarşısında quraşdınlmış nişanların
təsir istiqamətlərini və ya nişanlarla göstərilən və bilavasitə yola yaxın olan obyeklərə hərəkətin istiqamətini göstərir.
7.4.1,
7.4.2,
7.4.3,
7.4.4,
7.4.5,
7.4.6,
7.4.7. Nəqliyyat
vasitəsinin növü. Bu lövhələr birgə quraşdırıldıqları nişanların qüvvəsinin hansı növ NV-nə şamil edilməsini göstərir.
7.4.1 lövhəsi quraşdırıldığı nişanın qüvvəsini icazə verilmiş maksimum kütləsi 3,5 t-dan artıq olan yük avtomobillərinə
(və həmçinin onlar qoşqu aparan zaman), 7.4.2. nişanı qoşqu aparan minik avtomobilinə şamil edilmir, 7.4.3 lövhəsi
isə minik avtomobillərinə və həm də icazə verilmiş maksimum kütləsi 3,5 t-dan artıq olmayan yük avtomobillərinə
şamil edir.
7.5.1. Şənbə, bazar və bayram günləri.
7.5.2. İş günləri.
7.5.3. Həftənin günləri.
7.5.4,
7.5.5,
7.5.6,
7.5.7. Qüvvədə olma vaxtı.
Bu lövhələr birgə quraşdırıldıqları nişanların qüvvəsinin həftənın hansı günündə, həftənın hansı gününün və ya
sutkanın hansı zaman ərzində qüvvədə olduqlarını dəqiqləşdirir.
7.6.1,
7.6.2,
7.6.3,
7.6.4,
7.6.5,
7.6.6,
7.6.7,
7.6.8,
7.6.9. Nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu. 7.6.1 lövhəsi göstərir ki, bütün NV hərəkət hissəsində
bordürə (səkiyə) paralel və onun yanında duracağa qoyulmalıdır. 7.6.2-7.6.9 lövhələri isə ancaq minik
2017v3
80
avtomobillərinin (icazə verilmiş maksimum kütləsi 3,5 t-dan az olan yük avtomobilləri nəzərə alınmır) və
motosikletlərin səkidə və səkikənarı duracaqda parklanma üsulunu göstərir.
7.7. İşləməyən mühərriklə durma.
5.15 nişanı ilə işarələnmiş duracaqda ancaq mühərrik söndürülmüş
vəziyyətdə durmağa icazə verilir.
7.8. Pullu xidmətlər. Bu lövhə göstərir ki, təqdim edilən xidmət pulludur.
7.9. Durma müddətinin məhdudlaşdırılması. Bu lövhə
5.15 nişanı ilə işarələnmiş duracaqda maksimum
durma vaxtını göstərir.
7.10. Avtomobillərə baxış üçün yer. Bu lövhə
5.15 və ya
6.11 nişanı ilə işarələnmiş sahədə
avtomobillərə baxiş üçün estakadanın (qazmanın) olmasını göstərir.
7.11. İcazə verilən kütlənin məhdudlaşdırılması. Bu lövhə birgə quraşdırıldığı nişanın qüvvəsinin icazə verilmiş
maksimum kütləsi lövhədə göstərilən həddən artıq olan NV-ə şamil olunduğunu bildirir.
7.12. Təhlükəli yol qırağı. Bu lövhə
1.23 nişanı ilə birgə quraşdırılır və xəbərdar edir ki, yolda təmir
işlərinin aparılması ilə əlaqədar olaraq yol çiyninə (hərəkət hissəsindən sağ tərəfə) çıxmaq təhlükəlidir.
7.13. Baş yolun istiqaməti. Yolayrıcında baş yolun istiqamətini göstərir.
7.14. Hərəkət zolağı. Nişanın və ya svetoforun hansı hərəkət zolağına şamil edildiyini göstərir.
7.15. Kor piyadalar. Piyada keçidindən korların istifadə etmələrini bildirir. Bu lövhə
1.20,
5.16.1 və
5.16.2 nişanları ilə tətbiq edilir.
7.16. Yaş örtük. Bu lövhə bildirir ki, hərəkət hissəsinin səthi yaş olan müddət ərzində onunla birgə
quraşdırılmış nişan qüvvədə olur.
7.17. Əlillər. Bu lövhə bildirir ki,
5.15 nişanının qüvvəsi ancaq "Əlillər" tanınma nişanı ilə təchiz
olunmuş motokolyaska və avtomobillərə şamil edilir.
7.18. Əlillərdən başqa. Bu lövhə bildirir ki, onunla birgə quraşdırılan nişanların qüvvəsi "Əlillər" tanınma nişanı
ilə təchiz olunmuş motokolyaska və avtomobillərə şamil edilmir.
7.19. Faranın yaxın işığı ilə hərəkət.
Dostları ilə paylaş: