2017v3
84
2.7
6 SAYLI ƏLAVƏ
Yol işlərində istifadə olunan işarələr
1.
Görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar
2.
Nizamlayıcı göstərişləri olan hərəkət lövhələri
3.
İş sahəsini müəyyənləşdirən qırmızı və ya narıncı rəngli sayrışan işıqlar
4.
Hərəkətin istiqamətini göstərən maneə
2017v3
85
5.
Görülən yol işlərindən yan keçməni göstərən maneələr
6.
Yol işləri sahəsinin müəyyən edilməsi üçün bayraqlar
7 SAYLI ƏLAVƏ
Nəqliyyat vasitələrinin tanınma nişanları
Avtomobil qatarının tanınma nişanı
Tikanlı şinləri olan nəqliyyat vasitəsinin tanınma nişanı
Qrupla uşaq aparan nəqliyyat vasitəsinin tanınma nişanı
Kar və ya lal-kar sürücü tərəfindən idarə edilən avtomobilin tanınma nişanı
Əlil tərəfindən idarə edilən avtomobilin tanınma nişanı
Sürücü-həkim tərəfindən idarə edilən avtomobilin tanınma nişanı
Təlim-nəqliyyat vasitəsi nişanı
2017v3
86
Nəqliyyat vasitəsinin qabaritindən kənara çıxan yükün tanınma nişanı
Təhlükəli yük aparan avtomobilin tanınma nişanı
Azərbaycan Respublikası nəqliyyat vasitələrinin beynəlxalq yol hərəkətlərində fərqlənmə nişanı
Qəza dayanacağı nişanı
Təcrübəsiz sürücü
Uzunluğu 24 m-dən artıq olan nəqliyyat vasitələri tərkibinin tanınma nişanı
8 SAYLI ƏLAVƏ
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması
327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat
vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi
keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə
qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə
tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına
görə - 40 manat məbləğində cərimə edilir.
327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə,
3.1
“Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və
ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud
adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına,
1.1,
1.3 və
1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə
dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 60 manat məbləğində cərimə edilir + 3 bal.
327.3. Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının
nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - 80 manat məbləğində cərimə edilir + 4 bal.
327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə
1.1,
1.3 və
1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat
vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə
hərəkət etməyə görə - 100 manat məbləğində cərimə edilir + 4 bal.
2017v3
87
327.5. Avtomagistrallarda və
5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan
nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin
ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə - 100
manat məbləğində cərimə edilir + 4 bal.
327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına
görə - 100 manat məbləğində cərimə edilir + 4 bal.
327.7. Bu Məcəllənin 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində
müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal
toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılır.
327.8. Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş
şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - 200 manat məbləğində cərimə edilir + 5 bal və ya
nəqliyyat vasitəsini idarə etmək hüququ 1 ilədək müddətə məhdudlaşdırılır.
Qeyd:
1. Bu Məcəllənin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətalar 2 balla, 327.2, 328.3 və 331-ci maddələrində
nəzərdə tutulmuş xətalar 3 balla, 327.3-327.6, 328.4, 342.7 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4
balla qiymətləndirilir.
2. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına uyğun olmayan sürücü bu Məcəllədə nəzərdə
tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə, o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat
vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir və ona törətdiyi xətaya müvafiq bal təyin edilir.
3. Bu Məcəllənin 34.3-cü maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən
xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir.
4. Şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən daha ciddi
xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir.
5. Bu Məcəllənin 327.8, 333.1 və ya 343.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin
nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla
qiymətləndirilir.
6. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi
vaxtdan 1 (bir) il müddətində qüvvədə olur.
7. Zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxsə bu Məcəllənin
327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.
8. Bu Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulan əməl hərəkət sürətinin həddi 110 km/saat və daha artıq
müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsi nəticəsində törədilibsə, həmin
hallara bu Məcəllənin 327.8-ci maddəsinin qüvvəsi şamil edilmir.
Dostları ilə paylaş: