Yol hərəkəti haqqında


V. Məlumatverici-göstərici nişanlar



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə101/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   97   98   99   100   101   102   103   104   ...   130
yhq az

V. Məlumatverici-göstərici nişanlar 

 

 



5.1. Avtomagistral. "Yol hərəkəti haqqında qanun"un avtomagistralda hərəkət qaydalarına aid tələblərinin 

qüwədə olduğu yol. 

 

 

5.2. Avtomagistralın qurtaracağı. 



 


2017v3 

72 


 

 

5.3. Avtomobillər üçün yol. Ancaq avtomobillərin, avtobusların və motosikletlərin hərəkəti üçün təyin olunmuş 



yol. 

 

 



5.4. Avtomobillər üçün yolun qurtaracağı. 

 

 



5.5. Birtərəfli yol. NV-nin hərəkəti bütün en üzrə bir tərəfə təşkil olunmuş yol və ya hərəkət hissəsi. 

 

 



5.6. Birtərəfli yolun qurtaracağı. 

 

 5.7.1, 



 5.7.2. Birtərəfli hərəkət yoluna çıxış. Birtərəfli hərəkət təşkil olunmuş yola və ya hərəkət 

hissəsinə çıxış. 

 

 

5.8.1. Zolaqlarda hərəkət istiqamətləri. Hərəkət zolaqlarının miqdarı və onlarda hərəkətin icazə verilmiş 



istiqamətləri. 

 

 



5.8.2. Zolaqlarda hərəkət istiqamətləri. 5.8.1 və 5.8.2 nişanlarının kənar sol zolaqdan sola dönməyə 

ıcazə verən nişanı həmin zolaqdan geriyə dönməyə də icazə verir. Yolayrıcının qarşısında quraşdırılmış 5.8.1 və 5.8.2 

nişanlarının qüvvəsi yolayrıcının bütün ərazisinə şamil edilir (əgər yolayrıcıda başqa tələblərlə digər 5.8.1 və 5.8.2 

nişanları quraşdırılmamışdırsa). 

 

 

5.8.3. Zolağın başlanğıcı. Yoxuşda əlavə zolağın və ya tormozlama zolağının başlanğıcı. Əgər əlavə 



zolağın qarşısında quraşdırılmış nişanın üzərində 4.7 «Minimum sürətin məhdudlaşdırılması» nişanı göstərilmişdirsə, 

belə  olan  halda  əsas  zolaqla 

  4.7  nişanında  olan  həddə  bərabər  və  ya  ondan  artıq  sürətlə  hərəkət  edə 

bilməyən NV-nin sürücüləri əlavə zolağa keçməlidirlər. 

 

 

5.8.4.  Zolağın  başlanğıcı.  Üç  zolaqlı  yolun  eyni  istiqamətdə  hərəkət  üçün  təyin  olunmuş  orta  zolağının 



başlanğıc sahəsi. 

 

 



5.8.5. Zolağın qurtaracağı. Yoxuşda əlavə zolağın və ya sürətlənmə zolağının qurtaracağı. 

 

 



5.8.6.  Zolağın  qurtaracağı.  Üç  zolaqlı  yolun  eyni  istiqamətdə  hərəkət  üçün  təyin  olunmuş  orta  zolağının 

qurtaracağı. 

 



2017v3 

73 


 

  5.8.7, 

  5.8.8.  Zolaqlarda  hərəkət  istiqamətləri.  Əgər 5.8.7  nişanının  üzərində  hər  hansı 

NV-nin hərəkətini qadağan edən nişan göstərilmişdirsə, onda bu NV-nin müvafiq zolaqda hərəkəti qadağandır. 5.8.7, 

5.8.8 nişanları dörd və daha artıq hərəkət zolağı olan yollarda quraşdırılır. 

 

 



5.9. Marşrut nəqliyyat vasitələri üçün zolaq. NV-nin axını ilə eyni istiqamətdə hərəkət edən və ancaq ümumi 

istifadədə olan NV-ııin hərəkəti üçün təyin olunmuş zolaq. Nişanın qüvvəsi onun üzərində yerləşdirildiyi zolağa şamil 

edilir. Yoldan sağda quraşdınlmış nişanın qüvvəsi yolun sağ zolağına şamil edilir. 

 

 



5.10.1. Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yol. Bütün NV-nin axınına qarşı ümumi istifadədə olan 

NV-nin hərəkəti üçün xüsusi olaraq təyin edilmiş hərəkət zolağı olan yol. 

 

 5.10.2, 



 5.10.3. Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yola çıxış. 

 

 



5.10.4. Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yolun qurtaracağı. 

 

 



5.11.1. Geriyə dönmə yeri. Sola dönmək qadağandır. 

 

 



5.11.2. Geriyə dönmə yerinin zonası. Geriyə dönmə sahəsinin uzunluğu. Sola dönmək qadağandır. 

 

 



5.12. Avtobusun və ya trolleybusun dayanacaq yeri. 

 

 



5.13. Tramvayın dayanacaq yeri. 

 

 



5.14. Minik taksilərinin dayanacaq yeri. 

 

 



5.15. Duracaq yeri. 

 

  5.16.1, 



  5.16.2.  Piyada  keçidi.  Piyada  keçidində 

  1.14.1  və  ya 

  1.14.2 

nişanlaması olmadıqda 

 5.16.2 nişanı yolun sağında, keçidin yaxın sərhəddi qarşısında, 

 5.16.1 nişanı 

isə yolun solunda, keçidin uzaq sərhəddində quraşdırılır. 

 

 5.17.1, 



 5.17.2. Yeraltı piyada keçidi. 


2017v3 

74 


 

 

 5.17.3. 



 5.17.4. Yerüstü piyada keçidi. 

 

 



5.18. Tövsiyə edilən sürət. Yolun müəyyən edilmiş sahəsində tövsiyə edilən sürət. Bu nişanın qüvvəsi yolun 

birinci yolayrıcına kimi olan sahəsinə şamil edilir, 

 5.18 nişanı xəbərdarlıq nişanı ilə birgə quraşdırıldığı hallarda 

isə təhlükəli sahənin uzunluğu ilə təyin edilir. 

 

 5.19.1, 



 5.19.2, 

 5.19.3. Dalan. Davamı (ardı) olmayan yol. 

 

 5.20.1. İstiqamətlərin ilkin göstəricisi. 



 

  5.20.2. İstiqamətlərin ilkin göstəricisi. 

 

 5.20.3. Hərəkət sxemi. 



 

 5.21.1. İstiqamət göstəricisi. 

 

  5.21.2. İstiqamət göstəricisi. 



 

 5.22. Yaşayış məntəqəsinin baçlanğıcı. Yaşayış məntəqəsində hərəkət qaydaları üzrə Yol Hərəkəti Qaydaları 

ilə təyin olunmuş tələblərin qüvvədə olduğu yaşayış məntəqəsinin adı və başlanğıcı. 

 

 5.23. Yaşayış məntəqəsinin qurtaracağı. Yaşayış məntəqəsində hərəkət qaydaları üzrə Yol Hərəkəti Qaydaları 



ilə təyin olunmuş tələblərin qüvvədən düşdüyü yer. 

 

 5.24. Yaşayış məntəqəsinin başlanğıcı. Yaşayış məntəqəsində hərəkət qaydaları üzrə Yol Hərəkəti Qaydaları 



ilə təyin olunmuş tələblərin qüvvədə olmadığı yaşayış məntəqəsinin adı və başlanğıcı. 

 

  5.25.  Yaşayış  məntəqəsinin  qurtaracağı. 



  5.24  nişanı  ilə  işarələnmiş  yaşayış  məntəqəsinin 

qurtaracağı. 

 

 

5.26. Obyektin adı. Obyektlərin (çay, göl, keçid, küçə, tarixi abidələr və s.) adını və yerini bildirir. 



 


2017v3 

75 


 

 

5.27. Məsafələr göstəricisi. Marşrut üzrə yerləşmiş yaşayış məntəqələrinə kimi olan məsafələri (km) 



göstərir. 

 

 5.28. Killometr göstəricisi. Yolun başlanğıcından və ya qurtaracağına kimi olan məsafəni (km) bildirir. Yolun hər 



kilometrindən bir quraşdırılır. 

 

 5.29.1. Marşrut nömrəsi. 



 

 

5.29.2. Marşrut nömrəsi və istiqaməti. 



5.29.1 - yola (marşruta) verilmiş nömrə yolun (marşrutun) əvvəlində qoyulur və hər 15-20 km-dən sonra təkrarlanır, 

5.29.2 - yolun (marşrutun) nömrəsini və istiqamətini göstərir - yolayrıcların qarşısında quraşdırılır. 

 

 5.30.1, 



 5.30.2, 

 5.30.3. Yük avtomobilləri üçün hərəkət istiqaməti. Yolayrıcında 

yük  avtomobilləri,  traktorlar  və  özügedən  maşınların  hərəkəti  hər  hansı  bir  istiqamətdə  qadağan  edildikdə,  bu 

nişanlar onların hərəkətinin məsləhət görülən istiqamətini bildirirlər. 

 

 

5.31. Kənardankeçmə sxemi. 



 

 5.32.1, 

 5.32.2, 

 5.32.3. Kənardankeçmə istiqaməti. 

5.31  -  hərəkət  üçün  müvəqqəti  bağlı  olan  yol  sahəsinin  kənardankeçmə  sxemini,  5.32.1  -  5.32.3  nişanları  isə 

kənardankeçmənin istiqamətini bildirir. 

 

 5.33. Stop-xətt. Svetoforun (nizamlayıcının) qadağan siqnalında NV-nin dayandırılması yerini bildirir. 



 

 5.34.1, 

 5.34.2. Başqa işlək hissəyə yerdəyişmənin ilkin göstəricisi. Ayırıcı zolaqlı yolun hərəkət üçün 

bağlı  olan  hərəkət  hissəsi  sahəsinin  kənardankeçmə  və  ya  sağ  hərəkət  hissəsinə  qayıtmaq  üçün  hərəkət 

istiqamətlərini göstərir. 

 

 



5.35. Qarşılıqlı hərəkət. Bir və ya bir neçə hərəkət zolağında hərəkətin əks istiqamətdə dəyişməsi mümkün 

olan yolun başlanğıcı. 

 

 5.36. Qarşılıqlı hərəkətin qurtaracağı. 



 

 5.37. Qarşılıqlı hərəkət yoluna çıxış. 

 

 5.38. Küçənin istiqaməti. 



 


2017v3 

76 


 

 

5.39. Kəsişmə yoluna xəbərdaredici və ya qadağanedici nişanlar. 



 

 

5.40.  Durmaq  qadağandır  zonası.  Durmaq  yolun  hər  iki  tərəfdə  qadağandır.  Bu  nişan  yolayrıcısının 



olduğundan qüvvəsini itirmir. 

 

 



5.41. Durmaq qadağandır zonasının qurtaracağı. 

 

 



5.42.  Müəyyən  vaxtda  durmaq  qadağandır  zonası.  Durmaq  yolun  hər  iki  tərəfdə  qadağandır.  Bu  nişan 

yolayrıcısının olduğundan qüvvəsini itirmir. 

 

 

5.43. Müəyyən vaxtda durmaq qadağandır zonasının qurtaracağı. 



 

 

5.44. Duracaq zonası. Duracaq yolun hər iki tərəfdə icazə verilir. Bu nişan yolayrıcısının olduğundan 



qüvvəsini itirmir. 

 

 



5.45. Duracaq zonasının qurtaracağı. 

 

 



5.46. Maksimal sürətin məhdudiyyəti zonası. Bu nişan yolayrıcısının olduğundan qüvvəsini itirmir. 

 

 



5.47. Maksimal sürətin məhdudiyyəti zonasının qurtaracağı. 

 

 5.48.1., 



 5.48.2. Qəza dayanacağı yeri. 


2017v3 

77 


 

 

 5.49.1., 



 5.49.2., 

 5.49.3. Qəza çıxışlarının istiqaməti 

və məsafəsi. 

 

 5.50.1., 



 5.50.2., 

 5.50.3. Avtomagistraldan çıxış yerinə qədər məsafə. 3 xətt - 300 m, 2 xətt 

– 200 m, 1 xətt – 100 m qalıb. 

 

 



5.51. Yaşayış zonası. 

 

 



5.52. Yaşayış zonasının qurtaracağı. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin