Yol hərəkəti haqqında


Maddə 335. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə109/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   105   106   107   108   109   110   111   112   ...   130
yhq az

Maddə 335. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək 

üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi  

335.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə 

hüququ olmayan şəxsə verilməsinə görə - fiziki şəxslər 60 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, 

hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir. 

335.2. Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - fiziki şəxslər  100 

manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 3000 manat məbləğində cərimə edilir. 

335.3.  Bu  Məcəllənin  335.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın  törədilməsi  və  yol  hərəkəti  qaydalarının 

pozulması  nəticəsində  zərər  çəkmiş  şəxsə  fiziki  və  ya  maddi  zərər  vurulmasına  görə  -  fiziki  şəxslər  180  manat 

məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir. 

335.4.  Ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsinin  sərnişin  daşınması  üçün  belə  nəqliyyat  vasitəsini  idarə  etmək 

hüququ  olmayan  şəxsə  verilməsinə  görə  -  fiziki  şəxslər  200  manat  məbləğində,  vəzifəli  şəxslər  500  manat 

məbləğində, hüquqi şəxslər 3000 manat məbləğində cərimə edilir. 

335.5. Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - 15 gündən 1 ayadək 

müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir. 

335.6.  Bu  Məcəllənin  335.4-cü  maddəsində  nəzərdə  tutulmuş  xətanın  törədilməsi  və  yol  hərəkəti  qaydalarının 

pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş 

şəxsə maddi zərər vurulmasına görə - fiziki şəxslər 400 manat məbləğində, vəzifəli şəxslər 800 manat məbləğində 

cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən 1 ayadək müddətə 

inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 6000 manat məbləğində cərimə edilir. 

 



2017v3 

90 


 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin