vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində
sərxoş vəziyyətdə idarə edilməsinə görə - 400 manat məbləğində cərimə edilir + 5 bal və ya nəqliyyat vasitəsini
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini
idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 400 manatdan 500 manatadək məbləğdə cərimə edilir və
ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu
törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 günədək inzibati həbs tətbiq olunur.
333.3. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına
yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini
idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə edilir və ya nəqliyyat
vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.
2017v3
89
333.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat
vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il
müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.
333.5. Bu Məcəllənin 333.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına
yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini
idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2 aydan 3 ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd:
1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik
vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində
olduğu hesab edilir.
2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Dostları ilə paylaş: