Yol-nəqliyyat hadisələrinin analizinin əsas məsələləri və xüsusiyyətləri


Qəzalılığın analizində müqayisə üsulu



Yüklə 33,22 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix29.12.2021
ölçüsü33,22 Kb.
#48586
1   2
nəq vast təhlükəsizliyi

Qəzalılığın analizində müqayisə üsulu 

Müqayisə (tutuşdurma) üsulu elmi tədqiqatlarda böyük əhəmiyyət kəsb edir.

çoxlu   sayda   qanun   və   hadisələr   məhz   o   səbəbdən   kəşf   etmişdir   ki,   müxtəlif

tədqiqatların   nəticələrini   müqayisə   etdikdə   nəzəriyyə   ilə   izah   edilməyən

meyllənmələr aşkar edilmişdir. YHTT-də də müqayisə  üsulu çox geniş surətdə

tətbiq edilir. Məhz müqayisələr nəticəsində obyektiv mövcud qanunauyğunluqlar

ya aşkar edilir və isbat olunur, ya da onlara müəyyən düzəlişlər edilir. 

Müqayisə analizini aparmaq üçün hər şeydən əvvəl ən azı üç suala cavab

vermək lazımdır: 



- hansı obyektləri, prosesləri və faktorları bir-biri ilə ən azı üç suala cavab

vermək lazımdır?

- hansı   xarakteristikalarda,   obyektlərin   hansı   xüsusiyyətlərivə   hansı

göstəricilərə əsasən müqayisə aparılmalıdır?

- müqayisə hansı şəkildə aparılmalıdır və müqayisənin əsasında hansı konkret

hesabat ardıcıllığı durur? 

Müqayisə   üçün   obyektlərin   seçilməsi   hər   şeydən   əvvəl   aparılan   analizin

məqsədindən   asılıdır.   Beləliklə,   müqayisə   obyektləri   seçildikdə   elə   mümkün

nəticələr gözlənilməlidir ki, onlar müqayisələr nəticəsində ya qəbul edilsin, ya da

kənarlaşdırılsın. 

Müqayisələr üçün göstəricilərin seçilməsi də böyük əhəmiyyətə malikdir. 

Müqayisə   obyektləri   seçildikdən   və   göstəricilərin   əddi   xarakteristikaları

müəyyən   edildikdən   sonra   müqayisə   aparmaq   olar.   Əgər   müqayisə   olunacaq

göstəricilərin sayı çox olmazsa, onda onları cədvəl şəklində yazıb müqayisə etmək

olar. 

İndi isə, nümunə kimi verilmiş statistika materiallarına əsaslanaraq aşağıdakı



məsələləri aydınlaşdıraq: 

- müxtəlif növ nəqliyyat vasitələri ilə baş vermiş YNH-nin müqayisəsi; 

- müxtəlif   növ   nəqliyyat   vasitələri   ilə   baş   vermiş   YNH-nin   nəticələrinin

müqayisəsi.

Müqayisə   hər   il   üçün   özündən   əvvəlki   ilə   görə   aparılır   (cədvəl   1).

Mötərizədəki rəqəmlər 2000-ci ilə aid olan rəqəmlərdir. 

Analoji müqayisələri digər göstəricilərə əsasən də aparaq. Məsələn, YNH-

nin   növlər   üzrə   1998-2000-ci   illərdə   müqayisəli   qiymətləri   cədvəl   2-də



göstərilmişdir. 

Yüklə 33,22 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin