921) Uşaqlarda inağın ağırlıq meyarına hansı deyil?
A) Təngnəfəslik
B) Yüksək hərarət
C) Stenozun ifadəliyi
D) Stenozun davam etmə müddəti
E) Taxikardiya
Ədəbiyyat: В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998
922) Uşaqlarda inağ zamanı səsin davamlı və get - gedə artan xarakterdə, xırıltılı olması aşağıdakılardan hansı üçün səciyyəvidir?
A) Paraqrip üçün
B) Difteriya üçün
C) Qrip üçün
D) Adenovirus infeksiyası üçün
E) Qızılca üçün
Ədəbiyyat:В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА 1998
923) Uşaqlarda KRX zamanı birinci dərəcəli inağın tipik əlaməti hansıdır?
A) Daimi təngnəfəslik
B) Daimi stenotik tənəffüs
C) Stenoz, kobud tənəffüs, səsin dəyişikliyi zamanı tənəffüs çatışmazlığının olmaması
D) İnspirator təngnəfəsliyin periodik əmələ gəlməsi
E) Stenotik tənəffüsün periodik əmələ gəlməsi və səsin dəyişməsi
Ədəbiyyat:В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998
924) Uşaqlarda kəskin obstuktiv bronxititə aşağıdakılardan daha çox hansı səbəb olur?
A) Pnevmosistlər
B) Bakteriyalar
C) Respirator viruslar
D) Xlamidiyalar
E) Mikoplazmalar
Ədəbiyyat:В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА 1998
Dostları ilə paylaş: |