392) Sarı qızdırmanın törədicisi üçün aşağıdakılardan hansı səciyyəvi deyil?
A) Xarici mühitdə davamlıdır
B) Pantropluq, xüsusən vissero- və neyrotrop xüsusiyyətinə malikdir
C) Sarı qızdırmanın törədicisi 12 - 27 nm ölçülü filtrasiya edən virusdur
D) Arboviruslara aid olub RNT tərkiblidir
E) Yoluxmuş ötürücü ağcaqanadın bədənində 4 həftəyədək sağ qalır
Ədəbiyyat: Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2 9.- 1 56 с.
393) Sarı qızdırma üçün xarakter epidemioloji məlumatlara aid olmayan hansıdır?
A) Şəhər sarı qızdırması antroponoz transmissiv xəstəlikdir
B) Sarı qızdırmanın endemik (cəngəllik) və epidemik (şəhər) olmaqla 2 epidemioloji variantı mövcuddur
C) Sarı qızdırmaya həssaslıq kiçikdir
D) Cəngəllik sarı qızdırması heyvan - ağcaqanad - heyvan tsikli üzrə ötürülür
E) Tropik qurşağı zonası yayılma arealı ilə təbii - ocaqlı xəstəlikdir
Ədəbiyyat: Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2 9.- 1 56 с.
394) Aşağıdakilardan hansı sarı qızdırma zamanı infeksiya mənbəyi və ötürücüsü deyil?
A) Quşlar
B) Cəngəllik primatları
C) Ağcaqanadlar
D) Gəmiricilər, kirpi
E) Xəstə insan inkubasion dövrün sonunda və xəstəliyin ilk 3 - 4 günündə
Ədəbiyyat: Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2 9.- 1 56 с.
Dostları ilə paylaş: |