624) Kəskin listerioz zamanı klinik mənzərədə nəyə rast gəlinmir?
A) Dəri örtüklərində iri oynaqlar nahiyyəsində sıxlaşan iri ləkəli və ya eritomatoz səpkilər əmələ gəlir, limfatik düyünlər (çənəaltı, boyun, qoltuqaltı, mezenterial) böyüyüb və ağrılıdır
B) Xəstəlik qəflətən intoksikasiya əlamətləri - titrətmə, hərarətlə başlayır
C) Kəskin qastroenterit, kəskin pielit, endokardit, qaraciyər və dalaq böyüyüb
D) Sinir formalarında meningeal simptomlar
E) Qastroenteritik formada intoksikasiya mülayim ifadəlidir, letallıq susuzlaşma və peritonitin inkişafı ilə əlaqədardır
Ədəbiyyat:N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, Е. П. Шувалова Инфекционные болезни. М. , Медицина, 199 – 558 с
625) Yenidoğulmuşların listeriozunun əsas klinik simptomlarına daxil olmayan hansıdır?
A) Hərarət, təngnəfəslik, burnun tutulması, sianoz
B) Sarılıq, hepatomeqaliya, bəzən dalağın böyüməsi
C) Ekzantema, faringit, konyunktvit, ishal, meningeal simptomlar, qıcolmalar, paraliçlər
D) Bronxopnevmoniya, irinli plevrit
E) İntranatal yoluxma zamanı yenidoğulmuşun hipotrofiyası, çəkisinin az olması, ilk saatlardan hərarət, dəri səpkilərinin olması
Ədəbiyyat:N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, Е. П. Шувалова Инфекционные болезни. М. , Медицина, 199 – 558 с
Dostları ilə paylaş: |