186) Qırtlaq difteriyasının klinik əlamətləri hansıdır?
A) Poliadenit
B) Boğazda kəskin ağrı, ağrının irradiasiyası
C) Hipersalivasiya, ağızdan pis qoxu
D) «Hürücü» öskürək, afoniya, boğulma
E) Burundan ifrat selik ifrazı
Ədəbiyyat:N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2 7, 59 səh.
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 199 – 558 с.
187) Difteriyanın daha çox rast gəlinən klinik forması hansıdır?
A) Dəri, yara və cinsiyyət orqanlarının difteriyası
B) Kombinəolunmuş difteriya
C) Qırtlaq difteriyası
D) Ağız - udlaq difteriyası
E) Göz, burun difteriyası
Ədəbiyyat:N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2 7, 59 səh. Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 199 – 558 с.
188) Difteriyanın toksik forması zamanı II dərəcəli boyun ödemi necə müəyyən edilir?
A) Boynun ödeminin körpücük sümüyündən aşağı yayılması
B) Boynun ödeminin döş qəfəsinin yuxarı hissəsinə qədər yayılması
C) Boyun ödeminin Yalnız boynu əhatə etməsi
D) Boyun ödeminin korpücük sümüyünədək yayılması
E) Boynun ödeminin çənəaltı nahiyəyə qədər yayılması
Ədəbiyyat:N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2 7, 59 səh. Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 199 – 558 с.
Dostları ilə paylaş: |