Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə35/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   31   32   33   34   35   36   37   38   ...   86
69 
VII BÖLMƏ 
 
Ərazinin təbiət abidələri 
 
Təbiət  abidələri  öz  xüsusiyyətlərinə,  vəzifə  və  funksiyalarına 
görə xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddirlər. Azərbaycan 
Respublikasının «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri 
haqqında»  Qanununda  bildirilir  ki,  xüsusi  mühafizə  olunan  təbiət 
əraziləri  və  obyektləri  Azərbaycan  Respublikasının  milli  sərvətidir  və 
xüsusi  ekoloji,  elmi,  mədəni  və  estetik  dəyərə  malikdir 
(Azərbaycan 
Respublikasının  ətraf  mühitə  dair  qanunvericilik  toplusu, 2002). 
Başqa  sözlə,  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  - 
elmi,  mədəni,  estetik  və  sağlamlaşdırma  dəyəri  olan,  nadir,  nəsli 
kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi mühafizə recimli, 
zooloji  botanik,  dendroloji,  hidroloji,  geoloji,  geomorfoloji, 
hidrogeoloji, meşə, landşaft və torpaq obyektləridir. 
Təbiət  abidələri  öz  xarakterinə  görə  canlı  (bioloji)  və  cansız  
(geoloji, paleontoloji)  təbiət abidələri kimi iki  növə ayrılırlar. Təbiət 
abidələri xüsusi mühafizə recimi tətbiq edilmiş unikal,  əvəzolunmaz, 
elmi, ekoloji, mədəni və estetik mənada yüksək dəyərə malik təbiət 
kompleksləri, təbii və süni mənşəli obyektlərdirlər. Hər hansı bir quru 
və  su  tutarı  sahəsi,  eləcə  də  tək  bir  obyekt  də  təbiət  abidəsi  elan 
oluna bilər. Aşağıda təbiət abidələrinə misallar göstərilmişdir: 

 
Mənzərəli  ərazilərin  bir  hissəsi  və  ya  toxunulmamış  təbiət 
əraziləri; 

 
Mədəni landşaftın üstünlük təşkil etdiyi ərazilər (qədim parklar, 
xiyabanlar və s.); 

 
Relikt,  azsaylı,  nadir  və  nəsli  kəsilmək  təhlükəsi  altında  olan 
bitki və heyvanlar və onların məskunlaşdığı ərazilər; 

 
Öz  xarakterinə  görə  xüsusilə  qiymətli  sayılan  meşə  massivləri 
və meşə əraziləri; 

 
Unikal  relyef  formaları  və  təbiət  landşaftları  (dağlar,  dərələr, 
mağaralar,  qum  təpələri,  barxanlar,  stratotipik  kəsiklər,  geoloji 
qırışlar və s.); 

 
Nadir  və  xüsusi  əhəmiyyətli  paleontoloji  obyektlərin yerləşdiyi 
ərazilər; 

 
Çay, göl, su-bataqlıq kompleksləri, su ambarları əraziləri,  kiçik 
çaylar və su hövzələri; 


 
70 

 
Müxtəlif  sahil  obyektləri  (körfəzlər,  buxtalar,  yarımadalar, 
laqunlar); 

 
Canlı  və  cansız  təbiətin  ayrıca  elementləri  (quşların  yuvalama 
yerləri,  qocaman  tarixi-memorial  əhəmiyyətli  ağaclar,  qəribə  formalı 
bitkilər, tək-tək qalmış ekzot və relikt nümunələr, vulkanlar, təpələr, 
buzlaqlar,  qayalar  və  qaya  parçaları,  şəlalələr,  qeyzerlər,  termal  və 
mineral  sular,  müalicəvi  palçıq  mədənləri,  bulaqlar,  çay  mənbələri, 
yarğanlar, mağaralar, zağalar, kahalar və s.). 
Özünün  unikallığından,  ekoloji,  elmi  və  digər  dəyərlərindən  asılı 
olaraq   təbiət abidələri dünya, dövlət və regional əhəmiyyətli xüsusi 
mühafizə  olunan  təbiət  əraziləri  sırasına  aid  edilə  bilər.  Bəşəri 
əhəmiyyətli təbiət abidələri YUNESKO-nun Bəşəri İrsi Siyahısına daxil 
edilir.  Hal-hazırda  bu  Siyahıya  dünyanın  189  dövlətinin  128  təbiət, 
480 mədəni və 22 təbiət-mədəni abidələri daxid edilmişdir. 
Hirkan  Biosfer  Rezervatı  ərazisi  ölkəmizin  zəngin  və  nadir  təbiət 
abidələrinə  malik  ərazilərindəndir.  Bu  ərazidə  yüzdən  çox  təbiət  və 
mədəni  abidələr  mövcuddur.  Bu  mövzu  monoqrafiyanın  əsas 
mövzusu  olmadığından  biz  sadəcə  bu  abidələrin  bəzilərinin  adlarını 
çəkəcəyik.  Qeyd  etmək  lazımdır  ki,  bu  abidələrin  xeyli  hissəsinin 
qayğıya ehtiyacı vardır. 
Ən  zəngin  meşəlik  təbiət  abidələrindən  Astara  rayonu  Züngüləş 
kəndi  ərazisindəki  «Quru  Nəbi» («Nəbinin  goru»)  pirini  göstərmək 
olar.  Təxminən  1  ha  ərazi  tutan,  əsasən  azat,  dəmirağac,  vələs  və 
şümşad ağaclarından ibarət olan bu yer əsrarəngiz və yüksək estetik 
təsir  bağışlayır.  Digər  təbiət  abidəsi  sıx  şümşadlıqdan  ibarət  olan 
«Düryə Piri»dir. Lerik rayonu ərazisindəki müqəddəs sayılan meşəlik 
ərazilərdən  «Baba  Gil»  türbəsini  göstərmək  olar.  Mövzudan  kənara 
çıxaraq onu da qeyd etmək istəyirik ki, Lənkəran rayonu, Şıxəkəran 
kəndində  «Şeyx  Zahid  Türbəsi»  yerləşir.  Tarixi  mənbələrə  əsasən 
dövrünün  zəngin  elmi  biliklərinə  yiyələnmiş  bu  şəxs  «Səfəvilər» 
sülaləsinin  və  «qızılbaş-səfəviyyə  dərviş  ordeni»nin  banisi  Şeyx 
Səfiəddin İshaq Ərdəbilinin müəllimi və qaynatası olmuşdur. 
Aşağıdakı  cədvəldə  bu  ərazilərdəki  bəzi  qocaman  ağacların 
dendroloji parametrlərini veririk (ölçmələr 2004-cü ilin hesablamaları 
əsasında tərtib edilmişdir): 


 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin