31
IV BÖLMƏ
Hirkan Biosfer Rezervatının botaniki
tədqiqatlarının tarixi haqqında
Hirkan Biosfer Rezervatı ərazisinin botaniki tədqiqatlarının tarixi
XVII – XVIII əsrlərdən başlayır. Hələ 1768-1774-cü illərdə bu əraziyə
akademik S.Q. Qmelinin ekspedisiyası gəlmiş, buradan xeyli herbari
topamışdır. Sonralar XIX əsrin 30-cu illərində K.A. Meyer ərazidə
olmuş və 70 gün ərzində Talışın düzənlik, dağlıq və meşəlik
ərazilərindən külli miqdarda herbari toplamışdır. Yığılmış bu herbari
kolleksiyaları hal-hazırda Sankt-Peterburq şəhərindəki Rusiya
Botanika İnstitutunda saxlanılır. Bu materiallar əsasında botanik-
alimlər tərəfindən yüzlərlə tədqiqat işləri aparılmış, kitablar
yazılmışdır. Təkcə A.A. Qrossheym 1912-ci ildən 1918-ci ilə qədərki
dövrlərdə 6 dəfə Talış ərazisində olmuş və yeni bitkilər aşkar
etmişdir. A.A. Qrossheym keçmiş sovet dövründə də dəfələrlə Talışda
və onun ətraf regionlarında olmuşdur. Onun bu ərazilərdən yığdığı
herbari kolleksiyası hal-hazırda Tbilisi Botanika İnstitutunda, Sankt-
Peterburqda və Bakıda yaratdığı Botanika İnstitutunda saxlanılır.
Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu və
Tbilisi Botanika İnstitutlarındakı herbari kolleksiyalarında bu günə
qədər saxlanılan herbarilərdə 1829-1830-cu illərdə Hansen və doktor
Kizerinin, Hogenekkerin (1835), Şmidtin (1840), Bunzenin (1847),
Zeydlinin (1855), Repmakın 1856-cı illərdə yığdıqları bitki materialları
Talış haqqında yazılmış ədəbiyyatlarda geniş işıqlandırılmışdır.
Görkəmli botanik prof. Q. Radde Tbilisi Təbiətşünaslıq Muzeyinin
direktoru olarkən dəfələrlə Talışda olmuş, buradan müxtəlif bitki
kolleksiyaları toplamışdır.
Keçən əsrin əvvəllərindən başlayaraq A.B.Şelkovnikov, N.Lavrov,
Y.S.Medvedyev, N.İ.Kuznetsov, D.İ.Sosnovski, görkəmli aqronom
Dementyev, P.Z.Vinoqradov və öz dövrünün onlarca görkəmli
botanikləri buraya gəlmiş, tədqiqat işləri aparmışlar.
Keçmiş sovetlər dövründə, xüsusilə 50-ci illərdən sonra bu ərazidə
rus alimlərindən A.A.Fyodorov qardaşları, ölkə botaniklərindən isə
İ.M.İsayev, R.Rzazadə, xanım V.X.Tutayuk, A.M.Quliyev, A.P.Bandin,
L.İ.Prilipko, V.C.Hacıyev, E.X.Xəlilov, Q.Axundov, S.Musayev,
A.Əsgərov, C.Əliyev, R.Əsgərova, V.Qəzənfərova, V.Kərimov,
E.Qurbanov və başqaları uzunmüddətli tədqiqatlarında bu regiondan
32
yığdıqları herbari materialları əsasında onlarla əsərlər yazmışlar.
İbtidai bitkilərin sistematikası şöbəsinin əməkdaşlarından V.İ.Ulya-
nişev, S.Barxalov, S.A.Cəfərov, L.V.Lyubarskaya, N.İ.Qarayeva,
V.Novruzov, A. İbrahimov və başqaları göbələklər, şibyələr, mamırlar,
yosunlar və s. haqqında qiymətli materiallar toplamışlar.
|