Cədvəl 2
Ölkələr
Rezervat
ların
sayı,
ədəd
Ölkələr
Rezervatl
arın sayı,
ədəd
ABŞ
47
Fransa
9
RF
31
İtaliya
7
İspaniya
26
Çili
7
CXR
24
Polşa
6
Bolqarıstan
16
Kuba
6
Meksika
14
İndoneziya
6
Almaniya
13
Macarıstan
5
Avstraliya
12
Çexiya
5
Kanada
12
Avstriya
5
Argentina
11
Braziliya
5
İran
9
Kolumbiya
5
Böyük Britaniya
9
Yaponiya
4
27
MDB ölkələri içərisində RF-dan əlavə aşağıdakı dövlətlər öz
ərazilərində artıq biosfer rezervatlar yaratmışlar (03.06.2004-cü il
tarixə olan məlumat):
28
Cədvəl 3
Dövlət
Biosfer rezervatlar
Yaradılma tarixi
Ukrayna
1.
Çernomorski
2.
Askaniya-Nova
3.
Karpatı
4.
Dunayski (Rumıniya ilə)
5.
Cənubi Karpat (Polşa-
Slovakiya ilə birgə)
6.
Şatski
1984
1985
1992
1998
1998
2002
Belarus
1.
Beryozinski
2.
Beloveşskay Puşşa
1978
1993
Qırğızıstan
1.
Sarı-Çelek
2.
İssık-Qul
1978
2001
Latviya
1. Şimali Vidzem
1997
Estoniya
1. Qərbi Estoniya Arxipelağı
1990
Özbəkistan
1. Çatkal Dağı
1978
Türkmənistan
1. Repetek
1978
29
III BÖLMƏ
Hirkan Biosfer Rezervatının tarixi əsasları haqqında
Bu rayondakı ilk xüsusi mühafizə olunan təbiət ərazisi Hirkan
Dövlət Qoruğu Lənkəran təbii ərazisində yerləşərək rütubətli
subtropik landşaftı qorumaq məqsədi ilə 1936-cı ilin dekabrında 886
ha sahədə yaradılmış, sonradan 15 000 ha sahəyə çatdırılmışdır.
1951-ci ildə qoruq ləğv edilmiş, 1958-ci ildə isə Lənkəran qoruğu adı
altında yenidən bərpa edilmişdir. 1961-ci ilin iyununda qoruğun
ərazisi azaldılaraq 3109 ha sahəyə endirilmiş və Qızıl-Ağac Dövlət
Qoruğunun filialına çevrilmişdir. Xanbulançay su ambarının inşası ilə
əlaqədar 1967-ci ilin aprelində qoruq əlavə 140 ha meşə ərazisi
itirmişdir.
1969-cu ilin iyununda qoruq yenidən müstəqillik qazanaraq Hirkan
Dövlət Qoruğu adlandırılmışdır. Qoruğun yaradılmasında əsas
məqsəd Lənkəran rütubətli subtropik ərazisindəki üçüncü dövr təbiət
komplekslərinin qalıqlarının mühafizəsi idi. Keçən əsrin 90-cı illərində
onun sahəsi 2906 ha olaraq bir-birindən təxminən 8 km aralı iki
hissədən ibarət olmuş, qoruq ətrafında 2 km enində mühafizə zonası
yaradılmışdır. Qoruğun əsas hissəsi dağlıq ərazilərdən olub 2815 ha
(96.9%) idi. Dəniz səviyyəsindən 980 m yüksəkliyə qədər Talış
dağlarının Peştəsər aşırımının qalıqları olan Ulyası aşırımının
yamaclarını təşkil edirdi. Qoruğun düzənlik hissəsi 91 ha (3.1%) olub
Lənkəran ovalığında, dəniz səviyyəsindən 15 – 20 m yüksəklikdə
yerləşir və «Moskva meşəsi» adlanırdı. Burada keçmiş SSRİ
ərazisində mövcud olan yeganə hirkan tipli hündür olmayan relikt
ağaclar qorunurdu. Aşağı yaruslu meşə ərazilərində alimlər geniş
tədqiqat işləri aparır, Moskva institutlarının tələbələri isə praktiki
təhsil təcrübəsi keçirdilər. Bu səbəbdən yerli əhali mühafizə olunan
ərazinin bu hissəsini «Moskva meşəsi» adlandırmışdır
(Заповедники
СССР. Заповедники Кавказа, 1990). Digər mənbələr ilk qoruğun
1929-cu ildə dəniz sahili ərazilərindəki 96 ha meşəlik sahəsində,
dəniz səviyyəsindən 29 m aşağıdakı ərazidə yaradıldığını, 90-cı illərdə
isə 5325 ha-ya çatdırıldığını bildirir
(Сафаров И.С., Олисаев О.А.,
1991).
2004-cü ildən Azərbaycan Respublikası Prezidentinin 09 fevral
2004-cü il tarixli, 81 nömrəli Fərmanına uyğun olaraq 21 435 ha
ərazidə Hirkan Milli Parkı fəaliyyət göstərir.
30
Biosfer Rezervatın Hirkan ərazisində yaradılmasını şərtləndirən
əsas meyarlar aşağıdakılardır:
1.
Hirkan qoruğu ərazisi respublika üzrə təsərrüfat fəaliyyəti
tərəfindən ən az təsirə və transformasiyalara məruz qalmış və yüksək
bioloji müxtəlifliyə malik olan ərazilərdən olduğundan biosfer
rezervatın əsas zonasına (nüvə zonası) daha çox uyğun gəlir;
2.
30 ildən çoxdur ki, qoruq ətrafında təbiətdən istifadəni
məhdudlaşdıran bufer zonası fəaliyyət göstərir (qoruğun 2 km-lik
mühafizə zonası);
3.
Etnik rəngarəngliklə yanaşı, bu sahələr ölkə əhalisinin yüksək
sıxlığa malik ərazisində yerləşdiyindən belə ərazilərdə davamlı inkişaf
problemi daha kəskin hiss olunur. Məhz ona görə də keçid zonasında
təbiətdən rasional istifadə modellərinin hazırlanması və sınaqdan
keçirilməsi çox aktualdır.
Onu da qeyd etmək lazımdır ki, İran İslam Respublikası ərazisində
uyğun landşafta və iqlim xüsusiyyətlərinə, fauna və flora
müxtəlifliyinə malik olan qonşu Hirkan və Gülüstan milli parkları
fəaliyət göstərir. Bu isə gələcəkdə sərhədyanı biosfer rezervat
formalarının təsis edilməsinə real zəminlər yaradır.
|