Yerli əhali ilə iş. Yerli əhalinin ekoturizm məsələlərinə cəlb
edilməsi biosfer rezervatların inkişafının ayrılmaz tərkib hissəsidir. Bu
istiqamətdəki ən vacib addımlar aşağıdakılardır:
1.
Yerlərdə vəziyyətin analizi.
•
Yerli kütləvi informasiya vasitəsi ilə yerli əhalinin ekoloji
turizmin inkişafının plan və proqramları barədə məlumatlandırılması.
•
Sosioloji sorğular vasitəsi ilə yerli əhalinin bu sahədəki arzu və
təkliflərinin, bu fəaliyyətdə öz rollarını necə gördüklərinin öyrənilməsi.
•
Ekoturizmin inkişafı prosesində potensial iştirakçıların
siyahısının tərtib edilməsi. Öz mənzillərini, şəxsi transport vasitələrini
(at, eşşək və s. daha məqsədəuyğundur), bələdçilik xidmətlərini,
suvenir və ərzaq məhsullarını verməyə hazır olan insanlar buraya
daxildirlər.
•
Ekoloji turizm fəaliyyətinin həyata keçirilməsi tədbirlərində yerli
əhalinin iştirakının optimal formasının müəyyənləşdirilməsi.
2.