Yusifov E. F., Hacıyev V. C


  Ekoturizm  fəaliyyətinin  təşkili  və  idarə  olunması



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə71/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   67   68   69   70   71   72   73   74   ...   86
107 
Ekoturizm  fəaliyyətinin  təşkili  və  idarə  olunması.  Biosfer 
rezervatın inkişafı və fəaliyyəti özünün məqsəd və vəzifələrinin dəqiq 
bölgüsünə  əsaslanmış  vahid  sistem  əsasında,  ölkə,  regional  və 
subregional 
səviyyələrdə 
həyata 
keçirilməlidir. 
Hökumət 
strukturlarının  aidiyyatı  təşkilatları  tərəfindən  (hal-hazırda  Ekologiya 
və  Təbii  Sərvətlər  Nazirliyi)  həyata  keçirilməsi  vacib  olan  ölkə 
səviyyəsindəki funksiyalar əsasən aşağıdakılar hesab edilə bilər: 

 
Ekoloji  baxımdan  davamlı  turizmin  və  ekoturist  marşrutlarının 
və  xidmətlərinin  beynəlxalq  davamlı  turizm  standartlarına 
uyğunluğunun  qiymətləndirilərək  sertifitləşdirilməsi.  Bu  əsasən  İSO 
və  digər  beynəlxalq  standartlar  sistemi  əsasında  aparılır.  Bu 
standartlar  haqqında  geniş  məlumatı  həmmüəlliflərdən  biri 
aparmışdır 
(Yusifov E.F. və b., 2004);  

 
Vahid informasiya məkanının yaradılması və biosfer rezervatın 
dünya  ekoloji  turizm  sisteminə  qovuşması.  Marketinq,  reklam  və 
biosfer  rezervatın  turist  məhsullarının  əmtəə  bazarında  özünə  yer 
tapması (seqmentasiyası); 

 
Ekoturizm üzrə peşəkar mütəxəssislər mərkəzinin yaradılması, 
mütəmadi seminar və təlim kurslarının keçirilməsi; 

 
Ekoloji turizm proqramlarının və xidmətlərinin vahid siyasətinin 
işlənib hazırlanması və tətbiqi; 

 
Ərazilər  üzrə  irimiqyaslı  bitkilik,  heyvanat  və  geomorfoloji 
xəritələrin,  anşlaqların,  informasiya  lövhələrinin,  ekoloji  cığırların 
təchizatının  və  tərtibatının,  müxtəlif  «açıq  səma»  ekspozisiyalarının 
quraşdırılması  üzrə  vahid  standartlar  əsasında  tövsiyələrin 
hazırlanması; 

 
Əraziyə  gələnlər  üçün  nəzərdə  tutulmuş  «vizit-mərkəzlərinin» 
vahid standartlar əsasında təchizatı, tərtibatı və planlaşdırılması üzrə 
tövsiyələrin hazırlanması. Təbiət muzeylərinin (ekspozisiyalar, leksiya 
xidmətləri, informasiya materiallarının hazırlanması üzrə tövsiyələr də 
daxil olmaqla) tərtibatı üzrə standartların hazırlanması; 

 
Ərazidəki  təbiət  komplekslərinə  və  obyektlərinə  olan  mənfi 
təsiri minimuma endirmək məqsədi ilə ekoloji-ekskursiya və öyrədici 
turizm  fəaliyətinin  monitorinqi  və  nəzarət  mexanizmlərinin 
hazırlanması. 
Regional  (məsələn,  qoruqlar,  milli  parklar  və  biosfer  rezervatlar 
assosiasiyası)  və  yerli  idarəetmə  səviyyəsində  də  müəyyən 
fəaliyyətlər çox mühüm və zəruridir: 


 
108 

 
Bir  sıra  regional  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  üzrə 
marşrut və turların koordinasiyası. Bu sahədə Şirvan Milli Parkı, Qızıl-
Ağac  Dövlət  Qoruğu  və  Hirkan  Biosfer  Rezervatı  preferensial 
imkanlara malikdir; 

 
Subregional  səviyyədə  (region  daxilində)  ekoloji  turizmin 
inkişaf  etdirilməsi,  bu  sahədə  reklam  və  marketinq  tədqiqatlarının 
aparılması; 

 
Müxtəlif  yerli  tərəfdaş  və  partnyorlarla  (istirahət  evləri, 
kempinq  qovşaqları,  sanatoriyalar,  kurortlar,  turizm  şirkətləri  və  s.) 
strateci iş planlarının qurulması; 

 
Ekoloji turizm üzrə proqram və xidmətlərin vahid qiymət bazarı 
siyasətinin hazırlanması; 

 
Regional  kommersiya  strukturları  ilə  münasibətləri,  tərəflərin 
məsuliyyətini  müəyyənləşdirən  sənədlər  standartlarının  işlənib 
hazırlanması. 
  
 
 
 
 
 
 
 
 
 
 


 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin