Biosfer rezervatın maliyyə -təsərrüfat və kadr siyasəti
Əlbəttə, xüsusi mühafizə olunan təbiət ərazilərinin əsas
maliyyə mənbəyi dövlət büdcəsidir. Bununla yanaşı, büdcə
maliyyələşmələrindəki
müasir
çətinlikləri
nəzərə
alaraq
problemlərin həllində əlavə gəlir mənbələrinin axtarılması və cəlb
edilməsi ümumi işin xeyrinədir. Bu sahədə də müəyyən imkanlar
və perspektivlər mövcuddur. Düşünürük ki, aşağıdakı tədbirlərin
reallaşdırılması xüsusi mühafizə olunan təbiət ərazilərinin, o
cümlədən
biosfer
rezervatların
maddi-texniki
bazasının
möhkəmləndirilməsinə, son nəticədə onun məqsəd və vəzifələrinin
daha tam həyata keçirilməsinə ciddi köməklik göstərər:
•
Xüsusi mühafizə olunan təbiət ərazilərinin dövlət tərəfindən
ayrılmış maliyyə həcminin artırılması;
•
Onlara dövlət investisiyalarının verilməsi;
•
Ölkə, regional və bələdiyyə orqanları səviyyəsində dövlət və
bələdiyyə fondları hesabına yardım sistemlərinin yaradılması;
•
Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə
tutulmuş müxtəlif vergi güzəştlərinin tətbiq edilməsi;
•
Xarici qeyri-kommersiya strukturlarının və donor ölkələrinin
maliyyə yardımlarının alınmasında aktiv iştirakı;
Ən vacib məsələlərdən biri də kadr məsələsidir. Kadr
sahəsindəki görüləcək zəruri işlər bunlardır:
•
Biosfer rezervatın idarə olunmasında korporativ mədəniyyət
formasının tətbiqi;
•
Rəhbər vəzifəyə bu sahədə təcrübə və bilikləri olan
insanların xüsusi test əsasında cəlb edilməsi;
•
Yeni təyin olunmuş rəhbərlər üçün mütəmadi metodoloji
seminarların təşkili və keçirilməsi;
•
Profil ali məktəblərin yüksək hazırlıqlı gənc mütəxəssislərinin
bu ərazilərdə işə (o cümlədən rəhbər vəzifələrə) cəlb olunması;
•
Profil institutların tələbələrinin ölkənin xüsusi mühafizə
olunan təbiət ərazilərində kurs işlərinin, diplom praktikasının
keçirilməsinə geniş imkanların yaradılması. Burada əsas məqsəd
110 istedadlı gənclərin institutu bitirdikdən sonra işə cəlb
olunmasından ibarətdir.