26
davamlı ekoloji və iqtisadi inkişafını təmin etmək şərti ilə təbii
sərvətlərin istehsalı və uzunmüddətli istifadəsində birgə iştirak
etməklə özlərinin müəyyən iqtisadi maraqlarını həyata keçirə bilərlər.
Keçid zonasında şumluqlar, kənd təsərrüfatı, istehsalat və müalicə-
sağlamlıq, mineral su mənbələri komplekslərinin, eləcə də istehsal
mərkəzlərinin eksperimental sahələrinin yerləşdirilməsinə icazə verilir.
Keçid zonası ərazinin iri müəssisələrinin fəaliyyət göstərdiyi bələdiyyə
qurumlarını və inzibati rayonları da əhatə edir, elm-təhsil ocaqlarının
müxtəlif tədqiqatları aparılır.
Sanasiya zonasında regenerasiya, rekultivasiya, eroziya ilə
mübarizə, otlaqların bərpası və meşəsalma tədbirləri həyata keçirilir.
Biosfer ərazinin mühafizəsi və təbii resurslardan istifadə zamanı
zonalardan asılı olaraq onlara qanunamüvafiq surətdə müxtəlif
recimlər tətbiq edilir. Təbiətdən istifadənin qaydaları və normativləri
hər bir ölkənin öz qanunvericiliyi ilə tənzimlənir. Biosfer ərazinin idarə
olunması müstəqil hüquqi şəxs statusuna malik olan, büdcə və digər
mənbələrdən maliyyələşən rəhbərlik tərəfindən həyata keçirilir.
03.06. 2004-cü il tarixinədək dünyanın 97 ölkəsində 440 biosfer
rezervat fəaliyyət göstərirdi. O cümlədən 31 ölkədən olan 225 biosfer
rezervat Avropa və Şimali Amerikanın payına düşür. Aşağıdakı
cədvəldə bu sahədə dünyanın aparıcı ölkələrinin siyahısı verilmişdir:
Dostları ilə paylaş: