Yusifov E.F., Hacıyev V.C.
HİRKAN BİOSFER
REZERVATI
Bakı - 2004
2
Elmi redaktolar:
Əsgərova R.K. –
biologiya elmləri doktoru
Atamov V.V. –
biologiya elmləri doktoru, professor
Yusifov E.F., Hacıyev V.C.
«HİRKAN BİOSFER REZERVATI»
Bakı, «El- ALliance», 2004, 168 s.
Kitabda Biosfer Rezervat konsepsiyası, prinsipləri haqqında,
Hirkan Biosfer Rezervatının tarixi əsasları, fiziki-coğrafi şəraiti və əsas
iqlim göstəriciləri, flora biomüxtəlifliyi, meşə bitki örtüyü və ərazinin
endemik bitkiləri haqqında geniş məlumatlar verilmişdir.
Monoqrafiyada həmçinin Hirkan Biosfer Rezervatı və xüsusi
mühafizə olunan təbiət ərazilərinin rekreasiya və turizm
potensialından istifadənin gələcək istiqamətləri müəyyənləşdirilmiş,
tövsiyələr verilmiş, bu tip ərazilərin turizm və rekreasiya
potensialından davamlı istifadənin yolları araşdırılmış, ekoloji turizm
anlayışının mahiyyəti, prinsipləri, növləri, digər turizm formalarından
fərqli cəhətləri əks etdirilmiş, «Qırmızı Kitab» və «Yaşıl Kitab»
məsələlərinə toxunulmuşdur.
Xüsusi
Mühafizə
Olunan
Təbiət
Ərazilərində
təbiət
komplekslərindən rasional istifadə və mühafizə məqsədi ilə turist
resurslarının rekreasiya potensialının hesablanması, ekoloji
normativlər, onların əsas vahidləri və tətbiq olunması qaydaları kimi
məsələlər də kitabda öz əksini tapmışdır.
Monoqrafiya biologiya, ekologiya sahələrindəki mütəxəssislər,
xüsusi mühafizə olunan təbiət əraziləri əməkdaşları və turizm işçiləri,
ətraf mühit profilli ali təhsil ocaqlarının, akademik və elmi-tədqiqat
institutlarının əməkdaşları üçün dəyərli vəsait ola bilər.
ISBN 9952-29-057-8
© Yusifov E.F.
Dostları ilə paylaş: |