1972: İnsanı əhatə edən Ətraf Təbii Mühit üzrə BMT-nin Konfransı, Stokholm. Planetin ekosistemlərinin etalon nümunələrinin
mühafizəsi məqsədi ilə qorunan təbiət ərazilərində qlobal şəbəkənin yaradılması üzrə tövsiyələr verildi. •
1976: YUNESKO-nun Biosfer Rezervatları anlayışının müəyyənləşdirilməsi üzrə iclası. Dünyanın 8 ölkəsində 59 biosfer
rezervat yaradıldığı qeyd edildi. •
1983: Biosfer Rezervatlar üzrə Birinci Beynəlxalq Konqres. Nümayəndələr elmi-tədqiqat, monitorinq, maarifləndirmə,
təhsil və yerli icmalarla münasibətlərin yaradılması məsələləri də daxil
olmaqla biosfer rezervatların inkişafı üzrə hərəkət planının detallarını
hazırladı. •
1992: Yer Planetinin Sammiti, Rio-de-Caneyro. Bioloji
müxtəliflik üzrə Konvensiya «ekosistem yanaşması»nı təqdim edərək
ətraf təbii mühit problemlərinin analizi ilə yanaşı sosial və iqtisadi
problemlərin də öyrənilməsinin zəruriliyini qeyd etdi. Belə ki, Hərəkət
Planının 21-ci paraqrafında lokal təbii mühitin mühafizəsi və inkişafına
yerli əhalinin cəlb olunması ideyası irəli sürüldü. •