IV kateqoriya – məhv olma təhlükəsi altında olan, kasad
məlumatlar
üzündən
populyasiyasının
vəziyyətinin
real
qiymətləndirilməsi mümükün olmayan, bu səbəbdən də yuxarıdakı
kateqoriyalara aid edilə bilməyən az tanınan və kifayət qədər
öyrənilməmiş növlər, yarımnövlər;
V kateqoriya – görülmüş tədbirlər nəticəsində sayını artırmaqda
olan növlər, yarımnövlər; Bilvasitə təhlükə altında olmayan, lakin hələ
də nəzarət altında olması zəruri olan növlər, yarımnövlər;
Bundan əlavə, digər MDB ölkələrinin də öz «Qırmızı Kitab»ları
mövcuddur. Misal üçün Belarus (1981, 1993), Qazaxıstan (I Hissə:
Onurğalı heyvanlar. 1978, 1996, II Hissə: Bitkilər. 1981, 1991), RF
(Heyvanlar. 1983, 1985, Bitkilər. 1988), Özbəkistan (1983, 1984,
1988, 1998) göstərmək olar. Özbəkistan «Qırmızı Kitabı»nda 63
məməli, 163 bitki növü haqqında müxtəlif məlumatlar toplanmışdır.
Özbəkistan Respublikasının «Qırmızı Kitab»ının son nəşri müxtəlif
yanaşmaların sintezi əsasında tərtib olunaraq müxtəlif milli
yanaşmalar ilə qlobal sistemin ən vacib ideyalarını əsas götürmüşdür.
Klassifikasiya qlobal kateqoriyalara uyğun olaraq (1994 IUCN Red List
Categories) 6 kateqoriya əsasında tərtib olunmuşdur: