Ġzabella qasimova, musa bayramov



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə1/55
tarix01.04.2017
ölçüsü5,58 Mb.
#13051
  1   2   3   4   5   6   7   8   9   ...   55

 

ĠZABELLA QASIMOVA,  MUSA BAYRAMOV  



 

 

 

 

 

 

 

 

 

 

KƏND TƏSƏRRÜFATI  

EKOLOGĠYASINDAN PRAKTĠKUM 

(Ali məktəblər üçün dərs vəsaiti ) 



 

 

 

 

Azərbaycan  Respublikasi  Təhsil 

Nazirli-

yinin 28.12.2012-ci il tarixli Qrif verilməsi 

barədə  2395  saylı  əmri  ilə  ali  məktəblər 

üçün dərs vəsaiti kimi təsdiq edilmişdir. 

 

 

 

 

  

BAKI - 2016

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi 



Azərbaycan  Dövlət  Aqrar Universiteti 

 

                                          

Elmi redaktor:            Z.Ġ.Hümbətov 

Azərbaycan Dövlət Aqrar Universitetinin                       

Biologiya kafedrasının müdiri, Rusiya Aqrar                                                 

Akademiyasının akademiki, b.e.d., prof.          

 

Rəyçilər:                     Z.A.Ġbrahimov 

Azərbaycan Dövlət Aqrar Universitetinin                                     

Ekologiya  və meşəçilik kafedrasının                                                 

professoru, a.e.d.           

                                       A.F. Həsənova  

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya                                                 

İnstitutunun aparıcı elmi işçisi, dos.              

                  

 

Ġzabella Teymur qızı Qasımova , Musa Əhməd oğlu Bayramov 

Kənd təsərrüfatı ekologiyasından praktikum (Ali məktəblər üçün dərs vəsaiti)     

Bakı: ―Elm‖ nəşriyyatı, 2016– 534

 

səh. 


   

 

 Dərs vəsaitində aqroekoloji vəzifələrin həllinin müasir informasiya texnologiyalarına baxılır.  



Torpağın  həddindən  çox  şumlanması,  eroziya  prosesləri,  kimyəvi  və  radioaktiv  çirklənməsi, 

həddən  çox  kipləşməsi,  aqrolandşaftların  davamlılığına  və  məhsuldarlığına  təsir  edən  pozuntu-

larla  bağlı  olan  ekoloji  vəziyyətin  qiymətləndieilməsinə  dair  metodlar  və  misallar  verilir.  Bit-

kilərin  suya  tələbatının,  əkinlərdə  maili  axınların  qiymətləndirilməsi  və  onun  tənzimlənməsinin, 

texnogen  çirklənmənin  və  lilləşmənin  su  obyektlərinə  təsirinin,  su-mühafizə  zonalarının  müəy-

yənləşdirilməsi  və  suyun  keyfiyyətinin  nəzəri  və  praktiki  aspektləri  geniş  şərh  olunur.  Müxtəlif 

mənbələrdən  atmosferə  atılan  çirkləndirici  maddələrin  və  müəssisələr  üçün  sanitar-mühafizə 

zonalarının  hesablanması  aparılır,  atmosfer  çirklənməsinin  kənd  təsərrüfatı  bitkilərinin  məh-

suldarlığına, ətraf mühitə və əhaliyə təsiri qimətləndirilir. Dənlilərin emalı, ərzaq, ət, süd sənayesi 

tullantılarının, ferma biogeosenozlarını və tullantıların gübrə, vermikultura, suvarma üçün istifadə 

qaydaları,  eləcə  də  aztullantılı  istehsalın  kriteriyalarının  alqoritmləri  və  misalları  verilmişdir. 

Texnogenez şəraitində məhsulun keyfiyyətinin qiymətləndirilməsinin, əkinçilik sistemlərinin baza 

elementlərinin,  aqrolandşaftda  təbii  kənd  təsərrüfatı  yerlərinin  optimallaşdırılması,  eroziya-

təhlükəli  torpaqların  quruluşunun  təşkili,  otlaq  biogeosenozlarının  yüklənməsinin  qiymətlən-

dirilməsinin  metodları  və  nümunələri  göstərilir.  Texnogen  təsirlərin  intensivliyinin  təbii  ətraf 

mühitə  və  təbiətdən  istifadənin  iqtisadi  mexanizmlərinə  təsirinin  qiymətləndirilməsinin  ekspert-

informasiya sistemləri və metodları şərh olunur.  

Dərs  vəsaiti  aqrar  universitetin  tələbələri,  eləcə  də  ekologiya  və  təbiəti  mühafizə  sahəsinin  

mütəxəssisləri  üçün nəzərdə tutulur.  

  

 



 

G Ġ R Ġ ġ 

 

Torpaq örtüyünün deqradasiyadan, su mənbələrinin qurumadan və at-



mosfer havasının çirklənmədən qorunması və mühafizəsi, texnogenez şərai-

tində  məhsulların  ekoloji  qiymətləndirilməsi  və  təbii  kənd  təsərrüfatı  ehti-

yatlarının  raisonal  istifadəsi  dövlətin  və  cəmiyyətin  milli  maraqlarına  da-

xildir. Bu məsələləri təhlil edən ―Kənd təsərrüfatı ekologiyadan praktikum‖ 

dərs vəsaiti ―Ekologiya‖ və ―Kənd təsərrüfatı ekologiyası‖ fənləri üzrə tətbi-

qi vəzifələri geniş əhatə edir. Onlar ―Ekologiya və Ekologiya mühəndisliyi‖ 

ixtisasının  tədris  planı  çərçivəsində  olduqca  vacib  hesab  olunurlar.  Lakin 

ekoloji hesablamalar sahəsində və ekoloji faktorların optimallaşdırılmasının 

aqrosənaye komplekslərində rolunun qiymətləndirilməsində praktiki vərdiş-

lər qazanmağa çalışan tələbələr üçün nəzərdə tutulmuş dərsliklər və dərs və-

saitləri  yetərli  deyil.  Tərəfimizdən  təqdim  olunan  dərs  vəsaiti  ekoloji  ədə-

biyyatlarda göstərilən çatışmazlıqları müəyyən qədər aradan qaldırmağı qar-

şısına məqsəd qoyur.  

Dərs vəsaitində torpağın yüksək dərəcədə şumlanması, eroziya proses-

ləri,  kimyəvi  və  radioaktiv  çirklənmə,  kipləşmə  və  onların  aqrosenozlara 

təsirilə  bağlı  olan  ekoloji  vəziyyətinin  qiymətləndirilməsinin  metodları  və 

nümunələri  verilir.  Bitkilərin  suya  tələbatının,  əkinlərdə  maili  axınların 

qiymətləndirilməsi və onun tənzimlənməsinin, texnogen çirklənmənin və lil-

ləşmənin su obyektlərinə təsirinin, sumühafizə zonalarının müəyyənləşdiril-

məsi və suyun keyfiyyətinin nəzəri və praktiki aspektləri geniş şərh olunur. 

Müxtəlif  stasionar  və  səyyar  mənbələrdən  atmosferə  atılan  çirkləndirici 

maddələrin və müəssisələr üçün sanitar-mühafizə  zonalarının hesablanması 

aparılır,  atmosfer  çirklənməsinin  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldar-

lığına, ətraf mühitə və əhaliyə təsiri qimətləndirilir.    

Hesablamalar əsasında sənayenin müxtəlif sahələrində kənd təsərrüfatı 

xammalının təkrar emalında ikincili maddi ehtiyatlar (tullantılar) analız olu-

nur.  Tullantıların  qiymətləndirilməsi  sxemi  və  onlardan  istifadə  qaydaları, 

eləcə də aztullantılı istehsalkın kriteriyaları verilmişdir.  

Aqroekosistemdə  abiotik  və  biotik  faktorların  optimallaşdırılmasının 

metodları və misalları verilir. Təsərrüfat fəaliyyətinin və təbiətdən istifadə-

nin iqtisadi mexanizminin ekoloji aspektləri şərh olunur.  

Müxtəlif  ekoloji  problemlərə  baxılarkən,  elə  hesablama  metodlarına 

üstünlük verilir ki, onlar ölkənin bütün kənd təsərrüfatı rayonları üçün nor-

mativ hesab olunur.  

Kitabın əsasında müəlliflərin uzun illər ərzində ―Kənd təsərrüfatı eko- 


 

logiyası‖  və  ―Ekologiya‖  fənlərindən  oxuduqları  mühazirə  mətnləri,  eləcə 



də  kurs  işləri  və  diplom  lahiyələrinə  rəhbərlikdə  əldə  olunmuş    bəzi 

istehsalat-praktiki məlumatlar durur.  

Kitab  müxtəlif  mənbələrdən  ətraf  mühitə  təsirin  ekoloji  qiymətlən-

dirilməsi üçün azərbaycan dilində yazılmış ilk dərs vəsaiti olduğundan,  tək-

lif və iradlarını bildirən oxuculara  əvvəlcədən minnətdarlığımızı bildiririk.

  

 



 

FƏSĠL I.      



Ekologiyadan ümumi məlumatlar

 

 

1.1. Ekologiya elminin inkişafının qısa tarixi oçerki 

 

1.1.1.  Ekologiya  elminin  formalaşması.  Ekologiyanın  yaranması 

insan  cəmiyyətinin  yaranması  və  inkişafı  ilə  qırılmaz  baglıdır.  İndiki  və 

gələcək  insan  nəslinin  sosial  xüsusiyyətlərinin  formalaşmasında  biotik 

başlangıc  əsas  rol  oynayır.  "Kapital"  əsərinin  müəllifinin  qeyd  etdiyi  kimi 

nə qədər ki, insanlar mövcuddur təbiətin tarixi və insanların tarixi bir-birini 

qarşılıqlı  tamamlayır.  İnsan  populyasiyası  inkişaf  etdikcə  həyatını  təmin 

etmək  üçün  təbii  ehtiyatlardan  daha  çox  istifadə  edirdi.  Təbiətlə 

münasibətdə olan insan ətraf mühitlə əlaqəni və ondan asılı oldugunu dərk 

edirdi.  Nəticədə  təbiətə  münasibətində  "məqsədyönlü  vərdişlər  qazanırdı, 

eyni  zamanda  kor-təbii,  şüuraltı  təbii-elmi  və  ekoloji  biliklərin  cücərtiləri 

formalaşırdı". 

Paleolit dövründə qayalar üzərində ovçulugu, heyvandarlıgı, bitkilərin 

becərilməsini  əks  etdirən  şəkillər  indiyədək  saxlanılır.  Şübhə  yoxdur  ki, 

qədim  insan  -  ovçu  və  ya  bitki  yıgan-  onun  üçün  faydalı  olan  bitkilərin 

yetişmə tarixini, isti və soyuq, quru və  yağıntılı dövrlərin başlanma tarixini 

bilirdi.  Bu  cür  məlumatlar  qədim  yunan,  indus,  çin,  tibet  və  avropa  yazılı 

mənbələrində  az  deyil.  Efiopiyada  Aksum  çarlıgında  hüquq  normaları  var 

idi: çay balıgı, quşlar, çöl və meşə məməli heyvanlarını alıb-satmaq qadagan 

idi.  Yüksək  daglıqlarda  yaşayanlar  torpaq  becərmədən  və  heyvan  otar-

maqdan azad idilər, lakin dagların aşagı qatlarında su axınlarının təmizliyini 

qorumalı idilər. Qədim insanların müdrüklüyü ilə fəxr etmək olar. 

Təbiət biliklərinin inkişafında əsaslı xəzinə antik alimlər oldu. Belə ki, 

qədim yunan filosofu Empedokl (490 - 430 il b.e.ə.) bitki və mühit arasında 

əlaqə  olması  haqda  ilkin  fikirlər  söyləmişdir;  təbii  seçmə  nəticəsində  hey-

vanların təkamülü ehtimalı da ona aiddir. 

Aristotel  (384-322  il  b.e.ə.)  "heyvanların  yaranması  haqda"  məqa-

ləsində  heyvanların  ilk  təsnifatını  təklif  etdi.  Heyvanların  yaşama  yerinə 

uygunlaşma  qabiliyyəti  onların  morfoloji  xüsusiyyətlərinin  ətraf  mühit  şə-

raitindən asılılığını fəsli və gündəlik aktivliyini, qidalanma xüsusiyyətlərini 

və  s.Teofrast  (372-287  il  b.e.ə.)  -  Aristotelin  şagirdi  -  "Bitkilərin  tədqiqi" 

məqaləsində  təxminən  500  bitki  növünün  təsvirini  verib.  Yaşama  yerinə 

görə onları təbii qruplaşmalara ayırmaqla, prakti olarag geobotanikanın əsa-

sını yaratdı.          

Qədim  yunan  alimləri  determinizm  nəzəriyyəsinin  əsasını  qoydular, 

təbiət  və  cəmiyyət  arasında  qarşılıqlı  əlaqəni,  təbiət  qanunlarına  uygun 

davranmağı öyrəndilər. 



 

Təbii  elmlərin  sonrakı  inkişafı  Qədim  Roma  alimlərinə  aiddir.  Xüsu-



sən Böyük Piliniyanın (23 - 79 il b.e.ə.) çoxcildli "Təbii tarix " əsərində bo-

tanika, zoologiya, meşə təsərrüfatına aid məlumatları ümumiləşdirdi. 

Bizim eranın 1 əsrində alim - aqronom Kolumell artıq gübrənin əhə-

miyyətini  yaxşı  bilir,  aqrotexnikanın  xüsusiyyətlərini  və  kənd  təsərrüfatı 

bitkilərinin böyuməsində əhəmiyyətini bilirdi. 

Orta əsrlər epoxasında təbiətin öyrənilməsində  uzunmüddətli  durgun-

luq yarandı. Sxolostika və ilahiyyatçılıq hökm sürürdü, lakin elm üçün agır 

olan bu dövrdə Pizadan Leonardo (İtaliya 1202) maraqlı ekoloji mülahizələr 

irəli sürdü. 

İngilis R.Bekon (1214-1294) orqanizmlərin mövcud oldugu şəraitdən 

asılı  oldugunu  təsvir  etdi.  Müalicəvi  otların  tətbiqi,  mədəni  bitki  və  hey-

vanlar haqda məlumatlar toplanırdı. 

Marko  Polo  və  Afanasiya  Nikita  uzaq  ölkələrin  təbiətini  öyrənmək 

üçün səyahətə çıxırdılar. 

İntibah  epoxasının  əvvəllərində  təbiət  elmlərinin inkişafında  yüksəliş 

vardı, ekoloji əhəmiyyətli yeni-yeni məlumatlar meydana gəlirdi. Ətraf alə-

min öyrənilməsi  prosesi  aktivləşirdi.  İngilis  alimi R.Boyl  1670-ci  ildə ma-

hiyyətcə  ilk  ekoloji  eksperiment  qoydu:  aşagı  atmosfer  təzyiqinin  müxtəlif 

heyvanlara  təsirini  öyrəndi.  16  il  keçdikdən  sonra  başqa  ingilis  alimi  Corc 

Rey  (1686)  növ  konsepsiyasının  əsasını  qoymaqla  növlərin  ayrılma-sının 

bioloji  kriteriyalarını  tədqiq  etdi,  hansı  ki,  sonralar  K.Linney,  J.B.Lamark, 

Ç.Darvin və b. fnkişaf etdirdi. Turneforu (Fransa, 1700) ilk dəfə olaraq dag 

qurşagındakı  bitkilərin  düzənlikdə  horizontal  paylanmış  bitkilərlə  müqa-

yisəli  təsvirini  verdi.  Elmi  mikroskopiyanın  əsasını  qoyanlardan  biri  olan 

Anton Van  Levenhuk ilk dəfə  heyvanlar  arasında qida zənciri  və  mexaniz-

minin idarə olunmasına diqqət verdi. Fenoloq və elmi sistematikanın əsasını 

qoyan Karl Linney "Təbiətin iqtisadiyyatı" və "Təbiətin ictimai quruluşu"- о 

vaxtlar  dissertasiya  adlandırırdılar  -  "iqtisadiyyat"  dedikdə  müəllif  bütün 

təbii cisimlərin qarşılıqlı münasibətini başa düşürdü. Tədqiqatçı hesab edirdi 

ki, təkcə canlıların çoxalması deyil, həm də onların məһvi də labüddür, belə 

ki,  bir  orqanizmin  məhvi  başqa  orqanizmlərin  yaşamasına  imkan  verir. 

Təbiətin müvəffəqiyyəti bunlarla təmin olunur. K.Linney mahiyyətcə  biotik 

dövran anlayışının əsasını qoydu. 

Fransız  təbiət  tədqiqatçısı  J.Byuffonun  36  cildlik  "təbii  tarix"  əsər-

lərinin  üstündən  sükutla  keçmək  olmaz.  Bu  çoxcildlikdə  mühitin  bitki  və 

heyvanları  həyatına  təsiri  əsaslandırılmışdı  (hər  şeydən  əvvəl  iqlim  və 

ərazinin xarakteri ). 

Müəllifin  fikrincə  heyvanların  sayının  artımı  həndəsi  proses  üzrə 

gedir. Belə oldu ki, sonralar bu ideya iqtisadiyyatla maraqlanan ingilis keşişi 


 

T.R.Maltusun (1766-1834) adı ilə baglı oldu. 200 il əvvəl (1798) "Əhalinin 



yerləşməsi  prinsipləri  haqda  təcrübə"  kitabında  bu  günədək  davam  edən 

elmi  mübahisələrin predmeti  olan cəmiyyətin taleyi  haqda düşüncələrə sti-

mul verdi. Maltusun fikrincə əhalinin sayı həndəsi silsilə üzrə, yaşama amil-

ləri isə riyazi silsilə üzrə artır. Nəticə - əhalinin yerləşməsi, böyüməsi tempi 

ilə  yaşama  vasitələrinin  artımı  arasında  obyektiv  partlayış,  N.F.Reymersin 

(1993)  müvəffəqiyyətli  təyininə  görə  müasir  traktovkada  Maltus  konsepsi-

yasının mahiyyəti ondan ibarətdir ki, iqtisadi əhəmiyyətli məhsulun alınma-

sına sərf olunan enerjinin artımı proporsional cavab vermir. Şübhəsiz, insa-

na  da  bioloji  növ  kimi  həndəsi  silsilə  üzrə  çoxalma  tamamilə  uygun  gəlir. 

Bu pozisiyadan baxılan nəzəriyyə özlüyündə ciddi elmi təlim kimi öyrənil-

məlidir.  İndi  iki  əsr  əvvəl  Maltusun  qoydugu  problem,  ciddi  kəskinləşib, 

daha  təhlükəli  olub.  Bütün  həqiqətlər  əhalinin  artan  tələbatı  ilə  planetin 

kasıblaşan  ehtiyatları  arasında  disbalansla  üzə  çıxır.  Əgər  Maltusu  yalnız 

demoqrafik  artımın  qida  istehsalı  ilə  uygun  gəlmədiyi  narahat  edirdisə,   

müasir  situasiya  dəfələrlə  mürəkkəb  görünür.  Qeyd  etmək  lazımdır  ki,  bu 

gün konstruktiv qərar göstərmək çətindir. 

Bu  dövrdə  rus  elminin  inkişafı  da  kənarda  qalmamışdı.  Hər  şeydən 

əvvəl M.I.Lomonosovun ətraf mühitin orqanizmə təsiri fikirləri bu günədək 

öz  əhəmiyyətini  itirməyib.  XV11  əsrdə  S.P.Krasennikov  (1756),  İ.İ.Lepe-

xin, P.S.Pallas Rusiya dövlətinin müxtəlif əyalətlərinə səyahət edərək, bitki 

və heyvan növlərinin tərkibi, eləcə də onların dinamikasının konkret yaşayış 

yerində  ətraf  mühitin  dəyişməsindən  asılı  oldugu  haqda  geniş  məlumatlar 

yığdılar. 1775-ci ildə rus alimi A.A.Koverznev "Heyvanların yenidən yaran-

ması  haqda"  ciddi  işində  canlı  orqanizmlərin  dəyişməsinin  yaşama  şəraiti 

faktorlarından asılı oidugunu əsaslandırdı. 

Çəkilən adlar arasında Andrey Timofeyeviç Bolotovun adı xüsusi yer 

tutur  (1738-1833).  Onun  qəbir  daşı  üzərində  sadəcə  yazılıb:  "Kollejskiy 

assesor" – inqilaba qədərki rusiyada 8-ci sinfə aid olan vətəndaşlıq rütbəsinə 

uyğun idi. Həqiqətdə isə o, ciddi axtarışçı və yaradıcı idi. O, mühitin orqa-

nizmə  təsirini  öyrənmiş,  orqanizmin  yaşayış  yeri  haqda  ilk  təsnifatı  yarat-

mış,  orqanizmlər  arasında  qarşılıqlı  münasibət  anlayışına  toxunmuşdur. 

1770-ci  ildə  "Torpagın  gübrələri  haqda"  görkəmli  traktovkasında  müəllif 

tamamilə  aydın  qeyd  edir  ki,  bütün  bitkilər  minerallar  çarlıgına  aid  olan 

çoxlu miqdarda maddələrdən ibarətdir. Belə ki, bitki kökləri xüsusi mineral 

hissəciklər sorur və həmin maddələr torpaqda kifayət qədər vardır. Bolotov 

eyni zamanda qeyd edirdi ki, torpaqda kifayət qədər qida maddəsinin olması 

-  hələ  hər  şey  demək  deyil,  lazımdır  ki,  o  torpaqda  bitkinin  mənimsəyə 

biləcəyi  formada  olsun.  Maraqlıdır  ki,  30  il  keçəndən  sonra  Berlin  Elmlər 

Akademiyası  bitkilərin  qida  mənbələrinin  öyrənilməsi  üçün  müsabiqə  elan 


 

etdi (1800). Mükafat məşhur alim Şraderə təqdim olundu: o, bitkinin lazım 



olan  maddələri  sudan  götürdüyünü  təsdiqləyirdi.  Yalnız  X1X  əsrin 

ortalarında  Bolotov fikri qələbə  çaldı, hansı  ki,  onsuz müasir  əkinçiliyi tə-

səvvür  etmək  agıla  sıgmır.  A.T.Bolotov  ekoloq  deildi,  lakin  onun  müşahi-

dələrinin  çoxlu  nəticələri  bu  günədək  əhəmiyyətini  itirməyib,  onu  müasir 

ekologiyanın banilərindən biri hesab etmək olar.  

Əslində  yalnız  indi  A.T.Bolotov  yaradıcı  irsinin  əhəmiyyəti  başa 

düşülür. XVIII  əsrdə bütövlükdə öyrənilən təbiət hadisələrinə ekoloji baxış-

lar  formalaşırdı.  X1X  əsrin  əvvəllərində  görkəmli  fransız  bioloqu  J.B.La-

markın "Hidrogeologiya" (1802) və çoxcildli məcmuəsi "Zoologiyanın fəl-

səfəsi"  (1809)  nəşr  olunur.  "Hidrogeologiya"  -  da  müəllif  biosfer  təliminin 

əsasını verib və alman alimi K.F.Burdaxın fikrindən xəbəri olmadan (1800)  

biologiya  termini  təklif  edir,  ona  geniş  məna  verir.  Onun  "Zoologiyanın 

fəlsəfəsi"  əsəri  təbiətin  inkişafı  konsepsiyasının  əsasını  qoydu.  ―Orqanizm-

mühit" sistemində qarşılıqlı təsir təkamülünün əsasını yaratdı. J.B.Lamarkın 

qazanılmış  əlamətlərin  irsən  ötürülməsinin  mümkünlüyü  haqda  ideyası, 

məlum oldugu kimi biologiyada mühüm rol oynayır. 

Ekologiyanın,  xüsusən,  aqroekologiyanın  inkişafında  alman  alimi  

Libixin 1840-cı ildə nəşr olunan "Kimya əkinçiliyə və fiziologiyaya əlavədə‖ 

kitabı  bitkilərin  qidalanması  baxışlarında  köklü  dəyişikliklər  yaratdı.  Вu 

kitabda  bitkilərin  qidalanmasının  humus  nəzəriyyəsinə  öldürücü  tənqid 

vardı və mineral avtotrof qidalanma nəzəriyyəsi  ilk  dəfə ―qayıtma qanunu‖ 

və minimum qanunu" yaratdı, eləcə də əkinçilikdə torpaqdan məhsul tərəfin-

dən  götürülmüş  münbitliyi  saxlamaq  üçün    qida  elementlərini  qayıtmasının 

vacibliyi təlimini Timiryazyev elmin dahi kəşflərindən biri hesab edirdi. 

Bu dövr təbiətin öyrənilməsinə kompleks yanaşma tendensiyası ilə müşaiət 

olunurdu.  Bitki  və  heyvan  orqanizmlərinin    sistemli  öyrənilmə  metodunun 

yaranmasında  və  inkişafında  alman  alimi  A.Qumbolt  və  rus  bioloqu 

K.F.Rulyenin  əhəmiyyətli  təsiri  oldu.  A.Qumbolt çoxcildli  ―Kosmos‖    əsə-

rində  (1845)  bitkinin  həyatında  iqlimin  əhəmiyyətini  göstərdi.  İzoterm  an-

layışını  elmə  daxil  etdi.  Horizontal  və  vertikal  qurşaqlarda  bltkilərin  yerləş-

məsini,  onların  həyat  formaları  anlayışını  yaratdı.  K.F.Rulye  ilk  dəfə  rusi-

yada  üzvi  aləmin  inkişafına  mühitin  təsiretmə  qanunauygunluqlarını  əsas-

landırdı,  о  cümlədən  ekoloji  cəhətdən.  O,  bitki  və  heyvanların  həyatında 

biotik  faktorların  əhənmiyyətini  açdı,  növlərin  cografi  və  ekoloji  dəyiş-

kənliyi aniayışını təsdiqlədi. K.Rulye öz şagirdləri qarşısında məqsəd qoyur-

du:  yaxınlıqda olan bataqlıgın 3 zirvəsini tədqiq et: bitki və heyvan müna-

sibətini;  onların  tədricən  qarşıqlı  təsirinin  inkisafını;  müəyyən  mühit  şə-

raitində  onların  həyat  tərzini.  Müasir  anlayışlara  görə  bu  vəzifələr  ekolo-

giyanın əsasını təşkil edir. 


 

K.F.Rulyenin  şagirdlərindən  və  davamçılarından  biri  olan  N.A.Se-



vertsov 1855-ci ildə magistr dissertasiyasını ―Yaxınlıqdakı bataqlıgın 3 zir-

vəsi  haqda‖  epiqrafı  ilə  nəşr  etdirdi:  "Varonej  quberniyasında  vəhşi  hey-

vanların, quşların və gürzə ilanların həyatında dövri hadisələr‖. Bu Rusiyada 

ilk  xüsusi  ekoloji  tədqiqat  idi.  A.Qumbolt  və  K.F.Rulyeni  bir  çox  alimlər 

təbiəti  vahid  sistem  halında  dərk  edən,  biosfer  konsepsjyasını  global  eko-

sistem kimi qəbul edən nəzəriyyəçi kimi qəbul edirdilər. 

Ekoloji  düşüncələrin inkişafı ilə eyni  vaxtda biologiya, fizika, kimya 

və başqa elm sahələrində tam formalaşmamış, özü haqda fikir formalaşdıran 

elmin rüşeymi yaranırdı. 1713-cü ildə U.Derem (İngiltərə) ilk dəfə "balans" 

terminini  təklif etdi. 1762-ci  ildə Ş.Bonn (İsveçrə) "təkamül",  1800-cü ildə 

K.F.Burdax (Almaniya) "biologiya", 1805-ci ildə Ş.Morron (Belçika) "feno-

logiya",  1850-ci  ildə  T.D.Toro  (ABŞ)  və  1866-cı  ildə  E.Hegel  (Almaniya) 

"ekologiya  terminini  təklif  etdilər.  Bu  zaman  fransız  zooloqu  İ.J.Sentlleri 

xatırlamamaq  olmaz:  1854-1859-cu  illərdə  "Üzvi  aləmin  təbii  tarixi"  əsə-

rində  "etologiya"  anlayışından  istifadə  etdi  (ailə  və  cəmiyyətdə  toplanmış 

canlılar arasında münasibəti öyrənir). 

Ç.Darvinin  "Təbii  seçmə  yolu  ilə  növlərin  mənşəyi"  adlı  elmi  mə-

qaləsi  Dünya  əhəmiyyətli  mühüm  hadisə  oldu  və  təbiət  elmlərinin,  o 

cümlədən, ekologiyanın sonrakı aktiv inkişafını təmin etdi. Bu əsərdə təbii 

seçmə  və  növlərin  mənşəyi  haqda  nəzəriyyə  verilmişdir.  Onun  işlərində 

"ekologiya"  termini  istifadə  olunmur,  lakin  bu  böyük  təbiət  tədqiqatçısının 

bütün  elmi  fəaliyyəti  ciddi  surətdə  ekoloji  təkan  verdi.  Ç.Darvin  geniş 

miqyaslı müşahidələrə və dərin ümumiləşdirmələrə əsaslanaraq, qəti olaraq 

göstərdi ki, bitki və heyvanların yeni növləri uzun müddətli təkamül inkişafı 

keçdikdən  sonra  yaranır.  Təkamül  təbii  ətraf  mühitə  daha  yaxşı  uvgunlaşa 

bilən fərdlərin təbii seçmədə qalmasıdır. O dəyişkənlik, irsiyyət, çoxalmanın 

həndəsi  silsilə  ilə  getməsini,  yaşayış  ugrunda  mübarizəni  təbii  seçmənin 

əsas  hərəkətverici  qüvvəsi  hesab  edirdi.  Yaşayış  ugrunda  mübarizə  (orqa-

nizm  və  mühit  arasında  xüsusi  növ  mübarizədir)  -  vacib  ekoloji  problem-

lərdən  biridir,  hansı  ki,  populyasiya  ekologiyasının  əsasını  qoydu  və  növ 

daxilindəki  fərdlər  arasında  mübarizənin  daha  qəddar  oldugunu  izah  etdi. 

Təsadüfi  deyil  ki,  yeni  elmin  "xaç  atası"  E.Hegel  yaşayış  uğrunda  müba-

rizəni abiotik və biotik şəraitin canlı orqanizmə təsiri kimi təklif etdi. 

 

1.1.2. Klassik ekologiyanın yaranması 



İlkin, daha uzunmüddətli dövr  - hazırlıq  və  ya  "sadəlövh  ekologiya" 

dövrü  1866-cı  ildə  başa  çatdı.  E.Hegel  "Orqanizmlərin  ümumi  morfologi-

yası" əsərində orqanizm və onları əhatə edən mühit haqda elmi "ekologiya" 

adlandırdı.  Ekologiya  -  mürəkkəb  qarşılıqlı  münasibətlərin  öyrənilməsidir, 



10 

 

hansı ki, Darvin yaşayış ugrunda mübarizədə yaranan şərait adlandırırdı. 



Ç.Darvinin və E.Hegelin fundamental tədqiqatları ekoloji tədqiqatların 

aktivləşməsinə  ciddi  stimul  oldu  və  ekologiyanın  inkişafına  müsbət  təsir 

etdi.  X1X  əsrin  ikinci  yarısında  tədqiqatçılar  bitki  və  heyvanların  həyat 

tərzinə, onların iqlim şəraitinə uygunlaşmasına daha çox diqqət verirdilər. 

Ekologiyanın tarixi inkişaf mərhələsi yaranma, formalaşma və inkişjaf 

dövrünə  bölünür.  Q.S.Rozenberg  və  D.P.Mozgovun  təsnifatına  görə  ikinci 



dövr X1X əsrin sonu və XX əsrin birinci otuzilliyini əhatə edir. Bu dövrdə 

faktorial ekologiya formalaşdı, popuiyasiyanın dinamikası haqda materiallar 

toplandı,  bitki  və  heyvanların  müxtəlif  xarici  abiotik  faktorlara  münasi-

bətinin qanunauygunluqları öyrənildi. 

"Ekologiya" termini getdikcə daha əsaslandırılmış formada elmə daxil 

olurdu.  Buna  baxmayaraq  zooloqlar  və  botaniklər  hələ  uzun  müddət  eko-

logiyanin  mənasını  müxtəlif  cür  başa  düşürdülər.  Zoologiyada  əsas  vəzifə 

ayrı-ayrı  orqanizmlər  və  qruplar  arasında  həm  özlərinin,  həm  də  mühitlə 

qarşılıqlı  əlaqəni  öyrənməkdir.  Botanikada  isə  ekologiya  əsasən  abiotik 

faktorların  bitkinin  böyümə  və  inkişafına  təsirinin  öyrənilməsi  kimi  başa 

düşülürdü.  Lakin  getdikcə  daha  aydın  görünürdü  ki,  bitki  və heyvanat  alə-

minə  bütöv  sistem  kimi  baxmaq  və  öyrənmək  lazımdır.  "Canlı  maddə" 

abiotik  və  biotik  mühitlə  qırılmaz  əlaqədədir.  Bu  vacbliyin  başa  düşülməsi 

ekoloji  tədqiqatların  sonrakı  inkişafı  üçün  mühüm  metodoloji  əhəmiyyət 

kəsb edir. 

Baxmayaraq ki, baxılan dövr (1866 - 1935) müddətcə birinci dövrdən 

xeyli  geri  qalır,  о  ekoloji,  iqtisadi,  elmi  hadisələr  və  kəşflərlə  daha  zən-

gindir.  Artıq  1868-ci  ildə  fransız  alimi  J.J.E.Reklyu  "biosfer"  anlayışını 

işlətdi, hansı ki, ondan xəbərsiz avstriya alimi E.Zyuss da təklif vermişdir. 

1926-cı ildə V.İ.Vernadskinin fundamental biosfer təliminin yaradılmasına-

dək hələ çox vaxt keçəcək. 

Ekologiyanın  nəzəri  əsaslarınm  yaranması  üçün  hidrobioloq  K.Me-

biusun  yaratdığı  elmi  traktatda  ilbizlər  və  ilbiz  təsərrüfatında  orqanizmlər 

cəmiyyəti və ya biosenozların olması haqda gəldiyi nəticə mühüm rol oynadı 

(Almaniya, 1877). 

Tədqiqatçı  S.Forbs  (ABŞ,  1887)  ilk  dəfə  olaraq  gölə  "mikrokosm", 

başqa sözlə canlı orqanizmlərdən və biotik əhatədən ibarət olan bütöv sistem 

kimi  baxmaqla,  faktiki  olaraq  ekosistem  təlimi  haqda  elementar  başlanğıc  

qoydu. 

 1883-cü  ildə  V.V.Dokuçayevin  "Rus  qaratorpaqları"  kitabı  çıxdı. 

Görkəmli  rus  torpaqşünası  torpaq  haqda  təlim  yaratdı:  torpaq  canlı  orqa-

nizmlərin, dağ suxurlarınm və iqlimin birgə  yaradıcılıq məhsuludur. O, tor-

paq əmələgəlmənin beş faktorunu təyin etdi. Sonralar V.V.Dokuçayev təbii 



11 

 

zonalar  haqqında  təlim  yaratmaqla  landşaftlar  haqda  elmin  başlanğıcını 



qoydu. Onun meşə tarlaqoruyucu əkinləri konsepsiyası geiş yayılıb, Varonej 

quberniyasının Daş çöllərində praktikada parlaq həyata keçirilmiş, 1894 - cü 

ildə 1000 ha ərazidə əkilmişdir. Alim bununla kənd təsərrüfatını aparmağın 

təbiətə  oxşar  sistemini  yaratmağın,  landşaftları  optimallaşdırmağın  çox 

mühüm və lazımlı elementini təklif etdi. 

"Təbiətin qatlarının" dərinliyinə getmək və təbiətdən istifadəni kamil-

ləşdirmək  üçün  V.V.Dokuçayev  elmi  axtarışlarda,  xüsusilə,  meyillikdən 

qaçmağa və bütöv təbii sistemlərin kompleks tədqiqinə çağırmışdır. Təəssüf 

ki,  V.V.Dokuçayevin  xidmətləri  layiqli  qiymətini  yalnız  ölümündən  sonra 

almışdır. 

Naturalist A.A.Silantyev (1868-1918) gəmiricilərin və həşaratların cə-

miyyətlərinin funksiyalaşmasının ekoloji xüsusiyyətlərini tədqiq edərək, ilk 

olaraq  ziyanvericilərin  sayının  dəyişməsinin  proqnozlaşdırılması  vəzifəsini 

qoydu, eyni zamanda yırtıcılardan və parazitlərdən insana zərər verən həşa-

ratların  və  gəmiricilərin  çoxalmasının  qarşısını  almaqda  istifadə  etmək 

ideyasını irəli sürdü. 

Görkəmli  mikrobioloq  İ.İ.Meçnikov  (1845-1916)  ziyanvericilərin 

məhv edilməsi üçün mikroblardan istifadə etmək ideyasını geniş təbliğ edir-

di. Ziyanvericilərlə mübarizədə bioloji metodun praktiki tətbiqinin prioritet-

liyi  amerikan  entomoloqu  Ç.Reylə  məxsusdur,  hansı  ki,  1898-ci  ildə 

Avstraliyadan Kaliforniyaya gətirdi. 

1910 - cu ildə LQ.Ramenski (Rusiya) əsas ekoloji prinsiplərdən birini 

-  fasiləsizlik  prinsipini  yaratdı.  Baxılan  dövrdə  nüvə  anlayışının  dərinləş-

məsi  və  genişlənməsi  prosesi  davam  edirdi,  yeni  qanunlar  kəşf  edilmiş  və 

yeni  ekoloji  konsepsiyalar  təklif  olunmuşdur.  1909-cu  ildə  E.A.Mitçerlix 

(Almaniya) biosenozların məhsuldarhğına faktorların birgə təsiri konsepsi-

yasını təklif etdi. Sonradan bu konsepsiyanı B.Baule və A.Tineman tamam-

ladılar.  Beləliklə,  faktorların  birgə  təsirinin  Mitçerlix  -  Tineman  -  Baule 

qanunu yarandı və ekoloji əkinçiliyin əsas postulatlarından biri oldu. 

V.Şelford (ABŞ, 1911) tolerantlıq qanununu yaratdı. Bu illərdə ekoloji 

əhəmiyyət daşıyan elmi  kəşflərin sayı artdı ki, bu da canlının mövcud olma 

probleminə maraq və diqqəti artırdı. Ekologiyanın nəzəri əsasının fundamen-

tal kateqoriyaları: "klimaks" - T.Kauls (ABŞ.1901); "populyasiya" - V.L.İoqan-

sen  (Danimarka,  1903);  "biota"  -  E.Rakovitse  (Rumıniya,1907);  "autekolo-

giya"  və  "sinekologiya"  -  K.Şreter  (Belçika,  1910);  "ekotop"  -  Q.N.Vısotski 

(Rusiya,1915);  "fitosenoz"  və  "fluktasiya"  -  İ.K.Paçoski  (Rusiya,  1915); 

"məkanca  ekoloji  taxça"  -  D.Qrinell  (ABŞ,  1917);  "məhsuldarlıq"  -  A.Tine-

man (Almaniya, 1927); "biokütlə" -  R.Demol (Almaniya, 1927); "noosfera" - 

E.Lerua (Fransa, 1927) və bir çox başqaları tərəfindən yaradıldı. 


12 

 

Ekologiyanın  inkişafında  məşhur  rus  meşəşünası  Q.F.Morozovun 



―Meşə bütöv coğrafi kompleks kimi‖ fundamental təlimi böyük əhəmiyyət 

kəsb  edir  ("Meşə  haqda  təlim",  1912).  1915  -  ci  ildə  rus  alimi  V.V.Alexin 

"predvareniya qaydasını" yaratdı, hansı ki, sonradan 1951 - ci ildə Q.Valter 

tərəfindən ikinci dəfə kəşf olundu (lakin "Valter -Alexin qaydası" kimi qeyd 

olundu).  Suksessiyalar  (canlı  orqanizmlər  cəmiyyətlərinin  növbələşməsi) 

haqda  təlim  nəhəng  nəzəri  ümumiləşmə  oldu.  1925-ci  ildə  amerikan  alimi 

A.Lokte  "Biofizikanın  əsasları"  elmi  əsərində  ekologiyaya  riyazi  yanaşma 

prinsiplərini  yaratdı.  Bu  illərdə  V.İ.Vernadski  biosfer  haqda  düzgün  fun-

damental  təlim  yaradır.  1926-cı  ildə  onun  kapital  əsəri  "Biosfera"  çıxır, 

hansı  ki,  "canlı  maddənin"  planetar  geokimyəvi  rolu,  onun  qlobal  funk-

siyaları hərtərəfli izah olunmuş və əsaslandırılmışdır. Ölkəmizdə və xaricdə 

bu dövrdə orijinal monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri nəşr olunmuş, 

ekologiyanın  həm  elm,  həm  də  təlim  intizamı  kimi  mövcud  olmasında 

böyük  rol  oynamışdır.  Bu  baxımdan  ingilis  Ç.EItonun  "Heyvanların  eko-

logiyası"  kitabına  istinad  etmək  olar,  hansı  ki,  burada  yeni  elmi  istiqamət 

"populyasiya  ekologiyası"  əsaslandırılmışdı,  "say  piramidası"  qanunu  for-

malaşdırılmışdı, "qida zəncri", "ekoloji kasadlıq" anlayışları təklif edilmişdi. 

V.Şelfordun  "Bioekologiya"  (1929)  işini,  D.N.Kaşkarovun  "Mühit  və  cə-

miyyət  (sinekologiyanın  əsasları)"  (1933)  "Səhra  həyatı",  (1936),  "Hey-

vanların  ekologiyasının  əsasları"  (1938)  kitablarını  qeyd  etmək  yerinə 

düşərdi.  1928-ci  ildə  V.N.  Beklemişov  (Rusiya)  "geomeridlər”  konsepsi-

yasını  təklif  etdi.  Onun  fikrincə  biosferin  bütün  canlı  maddəsi  ümumi  sis-

temli vahid kimi təsvir olunur (Vernadskinin "Yerin canlı maddəsi" anlayışı 

ilə geokimyəvi mənada yox, bioloji mənada eynidir). İkinci mərhələnin sonu 

V.V.Stançinskinin  (1931) ―trofik  səviyyələr”  və  "enerji  pramidasi"  tədqi-

qatları ilə tamalanır. Bu təcrübələri sonralar amerika hidrobioloqu R.Linde-

man  (1942)  təkrarladı  və  inkişaf  etdirdi.  Daha  vacib  bir  hadisə  F.Q.Qau-

zenin  (SSSR-keçmiş)  "Yaşayış  uğrunda  mübarizə"  kitabı  oldu.  Müəllif 

növlərin  qarşılıqlı  münüsibətinin  tədqiqinə  dair  ilk  eksperimentini  və 

rəqabət prinsiplərini təsvir edir. 

 

1.1.3.Növlərin,  populyasiyaların,  biosenozların  ekologiyasının  for-

malaşması 

Bütövlükdə ekologiya təmiz bioloji tədqiqatların çərçivəsinə daxil ol-

madı.  О  insanın,  eləcə  də  yaşayış  mühitinin  mühafizəsinin  probleminə 

praktiki olaraq toxunmadı. Eyni zamanda insanların yaşama mühitinə artan 

təzyiqinə də biganə qala bilmədi. 

Qəbul  olunmuş  təsnifata  əsasən  ekologiyanın  inkişafının  üçüncü 



dövrü  (1935-1980)  ingilis  botaniki  A.Tenslinin  "Bitki  ekologiyasında  ter-

13 

 

minlərin  və  konsepsiyaların  düzgün  və  qeyri  -  düzgün  istifadəsi"  məqalə-



sinin nəşri ilə başlanır. 

O "ekosistem" anlayışını təklif etdi və ona dərin izahat verdi. Ekosis-

tem dedikdə canlıların vahid kompleksi  başa düşülr (hər şeydən əvvəl fito-

senozla örtülmüş ərazinin bitki aləmi və abiotik mühitin birliyi). Ekosistem 

konsepsiyası  ən vacib  nəzəri ümumiləşdirmələr  siyahısına daxildir. Faktiki 

olaraq, A.Tenslinin işi komplekslik və sistemlik prinsiplərindən istifadəsinə 

görə ekologiyanın inkişafında yeni mərhələ yaratdı. 

1939-cu  ildə  K.Troll  (Almaniya)  yeni  elmi  istiqaməti  əsaslandırdı  - 

"landşaft  ekologiyası"  -  bu  aqroekologiyada  baxılan  haçar  problemlərdən 

biridir. 

1940- cı ildə V.İ.Vernadski atomların biogen miqrasiyası 

qanununu 

yaratdı. Ümumi kimyəvi proseslərə uyğun olaraq, qurunun səthində, atmos-

ferdə, canlılar məskunlaşmış litosferin və suyun dibində, eləcə də canlıların 

keçmiş fəaliyyətindən yaranan geoloji qatlarda biotik və biogen faktorları, о 

cümlədən təkamülü nəzərə almadan mümkün deyil. Bir qədər sonra (1944) 

V.İ.Vernadskinin  qələmindən  insan  və  təbiətin  qarşılıqlı  təsirindən  kəskin-

ləşən  problemin  başa  düşülməsinin  və  həllinin,  biosferin  mühafizəsinin 

əsasını qoyan, noosfer haqda məşhur təlim çıxdı. Amerika ekoloqu R.Lin-

deman 1942-ci ildə ekosistemin öyrənilməsinə "trofik - dinamik" yanaşmanı 

əsaslandırdı.  Onun  qəbul  etdiyi  konsepsiyaya  görə  qidalanma  prosesində 

ekosistemi enerji əlaqələndirir, bu zaman ekosistemə daxil olan və enerjinin 

istifadəsinin  müxtəlif  pillələrində  yerləşən  ayrı-  ayrı  populyasiyaların 

əhəmiyyətini miqdarca qiymətləndirmək olar. Məşhur elmi hadisələrdən biri 

bu dövrdə akademik V.N.Sukaçovun biogeosenoz haqqında təlimi – biogeo-

senologiya (1942) oldu. Təbiətin elementlərinin ümumi əlaqəsinin dialektik 

prinsiplərindən,  əksliklərin  mübarizəsi  nəticəsində  fasiləsiz  inkişafdan,  kə-

miyyətin  keyfiyyətə  keçməsindən  yaradıcılıqla  istifadə  edərək,  V.N.Su-

kaçov təbii meşə əkinlərini idarə edən qanunauyğunluqların analizi əsasında 

belə nəticəyə gəldi ki, təbiətdə sadəcə biosenozlar deyil, sistemlər mövcud-

dur,  hansı  ki,  üzvi  birlikləri  müəyyən  əraziyə  xas  olan  (ekotop)  abotik 

şəraitlə  birləşdirir.  Biosenoz,  ekoloji  şərait  və  ekotopun  birliyi  kompleks 

yaradır, hansı ki, müəllif biogeosenoz adlandırmağı təklif etdi. 

C.Xatçinsonun  (ABŞ,  1961)  tədqiqatlarını  yada  salmasaq,  ekologi-

yanın  inkişaf  mərhələsi  natamam  olardı.  Onun  "plankton  paradoksu"  kəşfi 

belə nəticəyə gəlməyə imkan verdi ki, rəqabətlə yanaşı cəmiyyətlərin (biose-

nozların) yaranmasının daha "humanist" gücü var. R.Mak-Artur və D.Kon-

nelin  birgə  işi  "Populyasiyaların  biologiyası"  (1966),  R.Mak-Artur  və 

E.Uilsonun  "Adalar  biocoğrafiyası  nəzəriyyəsi"  adlı  birgə  işlərini  qeyd 

etmək yerinə düşər. Bu işlərin əsas mahiyyəti cəmiyyətlərin formalaşmasın-



14 

 

da  rəqabətin  əsas  faktor  olduğunu  göstərməkdir.  Sadalanan  inşaların  ciddi 



determinizmi  ekoloji  hadisələrin  izahında  riyazi  metodların  tətbiqini, 

öyrənilən obyekt və proseslərin kəmiyyət xrakteristikasını yaratmağı, müx-

təlif aspektli və müxtəlif səviyyəli ekoloji sistemlərin modelini hazırlamağı 

labüdləşdirdi.  Şübhəsiz,  bütün  bunlar  elektron  hesablama  texnikasının 

istifadəsinə  səbəb  oldu.  Bununla  yanaşı  hədsiz  universal  proqramlardan 

qaçmaq lazımdır; onları ağıl çərçivəsində yerinə yetirmək lazımdır. Məşhur 

aforizmi  yada  salmaq  yerinə  düşər:  "Riyaziyyat  kirkirə  kimi  yalnız  onun 

altına töküləni üyüdür". Bu dövrdə ekoloji tədqiqatların metodologiyasmda 

yaranan  determinist  təsəvvürlərlə  yanaşı,  ekosistemin  dinamikasının  xüsu-

siyyətləri və strukturunun dəyişməsinin izahında təsadüfi (stoxastik) faktor-

ların  uçotuna  daha  çox  diqqət  ayırırdılar.  Həm  də  iş  yalnız  ekoloji  düşün-

cənin təkamülündə deyildi. Qanunauyğun və təsadüfinin olması və əhəmiy-

yəti təbiətdə çoxdan məlumdur. İndiki halda insan gücünün "yenidən forma-

laşdıran"  öldürücü  təsirinin  altında  təbii  sistemlərdə  neqativ  dəyişmələrin 

qiymətləndirilməsi və uçotu vacibdir. 

 

1.1.4. Ekologiyanın predmeti və vəzifələri 

Heç bir elmi-texniki və ictimai tərəqqi insanın həyat fəliyyətini təbiət 

qanunlarının əksinə təmin edə bilməz. Hətta,kosmsu  fəth  etməsinə, aylarla 

suyun  altında  yaşamağa  qadir  olmasina  baxmayaraq  insan  müəyyən  mühit 

amillərindən  (temperatur,  rütubət,  havanın  qaz  tərkibi,  suyun  keyfiyyəti, 

qidanın  tərkibi  və  s.)  asılı  olan  bioloji  varlıq  (növ)  kimi  qalmaqda  davam 

edir. İstənilən canlı orqanizmin mühitin keyfiyyətinə olan təlabatı min illərlə 

davam edən təkamül nəticəsində formalaşmışdır. Aydındır ki,bu keyfiyyətin 

orqanizmin  təlabatından  kənara  çıxması  maddələr  mübadiləsinin  pozul-

masına səbəb ola bilər ki, bu da nomal həyat tərzi ilə bir araya sığmaya bilər. 

Mühitin keyfiyyətinin yüksək olması nə deməkdir? 

1.  Ekoloji sistemin dayanıqlı mövcudluq imkanının olması. 

2. Verilmiş yerdə tarixən və ya müvəqqəti məskunlaşmış populyasiya 

(ilk növbədə insan) üçün arzuolunmaz mənfi nəticələrin olmaması. 

Müasir anlayışda ―ekologiya‖orqanizmlər və ya orqanizmlər qrupu ilə 

onları  əhatə  edən  mühit  arasında  münasibətlərdən  bəhs  edən  elmdir.Başqa  

sözlə, ‖ekologiya canlı orqanizmlərin mövcudluq şərtlərini və orqanizmlərlə 

onların məskunlaşdığı mühitin qarşılıqlı təsirlərini öyrənən elmdir‖. 

Orqanizmlərlə  mühit  arasındakı  əlaqələrin məcmusu  və  ya sturukturu 

ekologiyanın predmetini təşkil edir. 

Təbiətin  necə  qurulmasını,hansı  qanunlar  əsasında  mövcudluğunu, 

insan  təsirinə  hansı  reaksiyanı  verməsini,  ekoloji  sistemləri  məhv  etməyən 

yüklənmənin  həddini  və  s.bilmədən  təbiəti  qorumaq  və  ondan  insanın 



15 

 

maraqları  naminə  istifadə  etmək  mümkün  deyil.Bütün  bunlar  isə  ekologi-



yanın  obyektini  təşkil  edir.  Ekologiyada  əsas  tədqiqat  obyekti  ekosistem-

lərdir  (canlı  orqanizmlərlə  məskunlaşma  mühitinin  yaratdigı  vahid  təbiət 

kompleksləri). 

Ekologiya  insan  fəaliyyəti  nəticəsində  baş  verən  dəyişikliklər  də  nə-

zərə  alınmaqla  canlı  orqanizmlərin  məskunlaşdıqları  mühitdə  həyat  fəaliy-

yətinin  qanunauyğunluqlarını  tədqiq  edir.  Bütün  bunlardan  başqa,  ayrı-ayrı 

orqanizm  növlərinin  (orqanizm  səviyyəsi),onların  populyasiyalarının,yəni 

eyni  növdən  olan  fərdlər  toplusunun(populyasiya-növ  səviyyəsi)  və  bütöv-

lükdə  biosferin  (biosfer  səviyyəsi)  öyrənilməsi  də  ekologiyanın  tədiqat 

sferasına daxildir. 

Bioloji elm kimi ekologiyanın əsas, ənənəvi hissəsi bioloji varlıq kimi 

insan  da  daxil  olmaqla  bütün  canlı  orqanizmlərin  mühitlə  qarşılıqlı 

əlaqələrini öyrənən ümumi ekologiyadır. 

Həyatın  təşkil  səviyyəsinə  görə  ümumi  ekologiyanın  tərkibində 

aşağıdakı bölmələri ayırmaq olar: 

-ayrılıqda götürülmüş orqanizmin(növün,fərdin)ətraf mühitlə fərdi əla-

qələrini tədqiq edən autekologiyaya

-əsas vəzifəsi ayrı-ayrı növlərin populyasiyalarının struktur və dinami-

kasını öyrənməkdən ibarət olan populyasiya ekologiyası (demoekologiya); 

-populyasiyaların,birliklərin  və  ekosistemlərin  ətraf  mühitlə  qarşılıqlı 

əlaqələrini tədqiq edən sinekologiya (biosenologiya).   

 

 



 

 

 



 

 

    



 

          

 

 

 



        

                                                                                                                                                                                        

 

                           



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin