1
ĠZABELLA QASIMOVA, MUSA BAYRAMOV
KƏND TƏSƏRRÜFATI
EKOLOGĠYASINDAN PRAKTĠKUM
(Ali məktəblər üçün dərs vəsaiti )
Azərbaycan Respublikasi Təhsil
Nazirli-
yinin 28.12.2012-ci il tarixli Qrif verilməsi
barədə 2395 saylı əmri ilə ali məktəblər
üçün dərs vəsaiti kimi təsdiq edilmişdir.
BAKI - 2016
2
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət Aqrar Universiteti
Elmi redaktor: Z.Ġ.Hümbətov
Azərbaycan Dövlət Aqrar Universitetinin
Biologiya kafedrasının müdiri, Rusiya Aqrar
Akademiyasının akademiki, b.e.d., prof.
Rəyçilər: Z.A.Ġbrahimov
Azərbaycan Dövlət Aqrar Universitetinin
Ekologiya və meşəçilik kafedrasının
professoru, a.e.d.
A.F. Həsənova
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya
İnstitutunun aparıcı elmi işçisi, dos.
Ġzabella Teymur qızı Qasımova , Musa Əhməd oğlu Bayramov
Kənd təsərrüfatı ekologiyasından praktikum (Ali məktəblər üçün dərs vəsaiti)
Bakı: ―Elm‖ nəşriyyatı, 2016– 534
səh.
Dərs vəsaitində aqroekoloji vəzifələrin həllinin müasir informasiya texnologiyalarına baxılır.
Torpağın həddindən çox şumlanması, eroziya prosesləri, kimyəvi və radioaktiv çirklənməsi,
həddən çox kipləşməsi, aqrolandşaftların davamlılığına və məhsuldarlığına təsir edən pozuntu-
larla bağlı olan ekoloji vəziyyətin qiymətləndieilməsinə dair metodlar və misallar verilir. Bit-
kilərin suya tələbatının, əkinlərdə maili axınların qiymətləndirilməsi və onun tənzimlənməsinin,
texnogen çirklənmənin və lilləşmənin su obyektlərinə təsirinin, su-mühafizə zonalarının müəy-
yənləşdirilməsi və suyun keyfiyyətinin nəzəri və praktiki aspektləri geniş şərh olunur. Müxtəlif
mənbələrdən atmosferə atılan çirkləndirici maddələrin və müəssisələr üçün sanitar-mühafizə
zonalarının hesablanması aparılır, atmosfer çirklənməsinin kənd təsərrüfatı bitkilərinin məh-
suldarlığına, ətraf mühitə və əhaliyə təsiri qimətləndirilir. Dənlilərin emalı, ərzaq, ət, süd sənayesi
tullantılarının, ferma biogeosenozlarını və tullantıların gübrə, vermikultura, suvarma üçün istifadə
qaydaları, eləcə də aztullantılı istehsalın kriteriyalarının alqoritmləri və misalları verilmişdir.
Texnogenez şəraitində məhsulun keyfiyyətinin qiymətləndirilməsinin, əkinçilik sistemlərinin baza
elementlərinin, aqrolandşaftda təbii kənd təsərrüfatı yerlərinin optimallaşdırılması, eroziya-
təhlükəli torpaqların quruluşunun təşkili, otlaq biogeosenozlarının yüklənməsinin qiymətlən-
dirilməsinin metodları və nümunələri göstərilir. Texnogen təsirlərin intensivliyinin təbii ətraf
mühitə və təbiətdən istifadənin iqtisadi mexanizmlərinə təsirinin qiymətləndirilməsinin ekspert-
informasiya sistemləri və metodları şərh olunur.
Dərs vəsaiti aqrar universitetin tələbələri, eləcə də ekologiya və təbiəti mühafizə sahəsinin
mütəxəssisləri üçün nəzərdə tutulur.
3
G Ġ R Ġ ġ
Torpaq örtüyünün deqradasiyadan, su mənbələrinin qurumadan və at-
mosfer havasının çirklənmədən qorunması və mühafizəsi, texnogenez şərai-
tində məhsulların ekoloji qiymətləndirilməsi və təbii kənd təsərrüfatı ehti-
yatlarının raisonal istifadəsi dövlətin və cəmiyyətin milli maraqlarına da-
xildir. Bu məsələləri təhlil edən ―Kənd təsərrüfatı ekologiyadan praktikum‖
dərs vəsaiti ―Ekologiya‖ və ―Kənd təsərrüfatı ekologiyası‖ fənləri üzrə tətbi-
qi vəzifələri geniş əhatə edir. Onlar ―Ekologiya və Ekologiya mühəndisliyi‖
ixtisasının tədris planı çərçivəsində olduqca vacib hesab olunurlar. Lakin
ekoloji hesablamalar sahəsində və ekoloji faktorların optimallaşdırılmasının
aqrosənaye komplekslərində rolunun qiymətləndirilməsində praktiki vərdiş-
lər qazanmağa çalışan tələbələr üçün nəzərdə tutulmuş dərsliklər və dərs və-
saitləri yetərli deyil. Tərəfimizdən təqdim olunan dərs vəsaiti ekoloji ədə-
biyyatlarda göstərilən çatışmazlıqları müəyyən qədər aradan qaldırmağı qar-
şısına məqsəd qoyur.
Dərs vəsaitində torpağın yüksək dərəcədə şumlanması, eroziya proses-
ləri, kimyəvi və radioaktiv çirklənmə, kipləşmə və onların aqrosenozlara
təsirilə bağlı olan ekoloji vəziyyətinin qiymətləndirilməsinin metodları və
nümunələri verilir. Bitkilərin suya tələbatının, əkinlərdə maili axınların
qiymətləndirilməsi və onun tənzimlənməsinin, texnogen çirklənmənin və lil-
ləşmənin su obyektlərinə təsirinin, sumühafizə zonalarının müəyyənləşdiril-
məsi və suyun keyfiyyətinin nəzəri və praktiki aspektləri geniş şərh olunur.
Müxtəlif stasionar və səyyar mənbələrdən atmosferə atılan çirkləndirici
maddələrin və müəssisələr üçün sanitar-mühafizə zonalarının hesablanması
aparılır, atmosfer çirklənməsinin kənd təsərrüfatı bitkilərinin məhsuldar-
lığına, ətraf mühitə və əhaliyə təsiri qimətləndirilir.
Hesablamalar əsasında sənayenin müxtəlif sahələrində kənd təsərrüfatı
xammalının təkrar emalında ikincili maddi ehtiyatlar (tullantılar) analız olu-
nur. Tullantıların qiymətləndirilməsi sxemi və onlardan istifadə qaydaları,
eləcə də aztullantılı istehsalkın kriteriyaları verilmişdir.
Aqroekosistemdə abiotik və biotik faktorların optimallaşdırılmasının
metodları və misalları verilir. Təsərrüfat fəaliyyətinin və təbiətdən istifadə-
nin iqtisadi mexanizminin ekoloji aspektləri şərh olunur.
Müxtəlif ekoloji problemlərə baxılarkən, elə hesablama metodlarına
üstünlük verilir ki, onlar ölkənin bütün kənd təsərrüfatı rayonları üçün nor-
mativ hesab olunur.
Kitabın əsasında müəlliflərin uzun illər ərzində ―Kənd təsərrüfatı eko-
4
logiyası‖ və ―Ekologiya‖ fənlərindən oxuduqları mühazirə mətnləri, eləcə
də kurs işləri və diplom lahiyələrinə rəhbərlikdə əldə olunmuş bəzi
istehsalat-praktiki məlumatlar durur.
Kitab müxtəlif mənbələrdən ətraf mühitə təsirin ekoloji qiymətlən-
dirilməsi üçün azərbaycan dilində yazılmış ilk dərs vəsaiti olduğundan, tək-
lif və iradlarını bildirən oxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk.
5
FƏSĠL I.
Ekologiyadan ümumi məlumatlar
1.1. Ekologiya elminin inkişafının qısa tarixi oçerki
1.1.1. Ekologiya elminin formalaşması. Ekologiyanın yaranması
insan cəmiyyətinin yaranması və inkişafı ilə qırılmaz baglıdır. İndiki və
gələcək insan nəslinin sosial xüsusiyyətlərinin formalaşmasında biotik
başlangıc əsas rol oynayır. "Kapital" əsərinin müəllifinin qeyd etdiyi kimi
nə qədər ki, insanlar mövcuddur təbiətin tarixi və insanların tarixi bir-birini
qarşılıqlı tamamlayır. İnsan populyasiyası inkişaf etdikcə həyatını təmin
etmək üçün təbii ehtiyatlardan daha çox istifadə edirdi. Təbiətlə
münasibətdə olan insan ətraf mühitlə əlaqəni və ondan asılı oldugunu dərk
edirdi. Nəticədə təbiətə münasibətində "məqsədyönlü vərdişlər qazanırdı,
eyni zamanda kor-təbii, şüuraltı təbii-elmi və ekoloji biliklərin cücərtiləri
formalaşırdı".
Paleolit dövründə qayalar üzərində ovçulugu, heyvandarlıgı, bitkilərin
becərilməsini əks etdirən şəkillər indiyədək saxlanılır. Şübhə yoxdur ki,
qədim insan - ovçu və ya bitki yıgan- onun üçün faydalı olan bitkilərin
yetişmə tarixini, isti və soyuq, quru və yağıntılı dövrlərin başlanma tarixini
bilirdi. Bu cür məlumatlar qədim yunan, indus, çin, tibet və avropa yazılı
mənbələrində az deyil. Efiopiyada Aksum çarlıgında hüquq normaları var
idi: çay balıgı, quşlar, çöl və meşə məməli heyvanlarını alıb-satmaq qadagan
idi. Yüksək daglıqlarda yaşayanlar torpaq becərmədən və heyvan otar-
maqdan azad idilər, lakin dagların aşagı qatlarında su axınlarının təmizliyini
qorumalı idilər. Qədim insanların müdrüklüyü ilə fəxr etmək olar.
Təbiət biliklərinin inkişafında əsaslı xəzinə antik alimlər oldu. Belə ki,
qədim yunan filosofu Empedokl (490 - 430 il b.e.ə.) bitki və mühit arasında
əlaqə olması haqda ilkin fikirlər söyləmişdir; təbii seçmə nəticəsində hey-
vanların təkamülü ehtimalı da ona aiddir.
Aristotel (384-322 il b.e.ə.) "heyvanların yaranması haqda" məqa-
ləsində heyvanların ilk təsnifatını təklif etdi. Heyvanların yaşama yerinə
uygunlaşma qabiliyyəti onların morfoloji xüsusiyyətlərinin ətraf mühit şə-
raitindən asılılığını fəsli və gündəlik aktivliyini, qidalanma xüsusiyyətlərini
və s.Teofrast (372-287 il b.e.ə.) - Aristotelin şagirdi - "Bitkilərin tədqiqi"
məqaləsində təxminən 500 bitki növünün təsvirini verib. Yaşama yerinə
görə onları təbii qruplaşmalara ayırmaqla, prakti olarag geobotanikanın əsa-
sını yaratdı.
Qədim yunan alimləri determinizm nəzəriyyəsinin əsasını qoydular,
təbiət və cəmiyyət arasında qarşılıqlı əlaqəni, təbiət qanunlarına uygun
davranmağı öyrəndilər.
6
Təbii elmlərin sonrakı inkişafı Qədim Roma alimlərinə aiddir. Xüsu-
sən Böyük Piliniyanın (23 - 79 il b.e.ə.) çoxcildli "Təbii tarix " əsərində bo-
tanika, zoologiya, meşə təsərrüfatına aid məlumatları ümumiləşdirdi.
Bizim eranın 1 əsrində alim - aqronom Kolumell artıq gübrənin əhə-
miyyətini yaxşı bilir, aqrotexnikanın xüsusiyyətlərini və kənd təsərrüfatı
bitkilərinin böyuməsində əhəmiyyətini bilirdi.
Orta əsrlər epoxasında təbiətin öyrənilməsində uzunmüddətli durgun-
luq yarandı. Sxolostika və ilahiyyatçılıq hökm sürürdü, lakin elm üçün agır
olan bu dövrdə Pizadan Leonardo (İtaliya 1202) maraqlı ekoloji mülahizələr
irəli sürdü.
İngilis R.Bekon (1214-1294) orqanizmlərin mövcud oldugu şəraitdən
asılı oldugunu təsvir etdi. Müalicəvi otların tətbiqi, mədəni bitki və hey-
vanlar haqda məlumatlar toplanırdı.
Marko Polo və Afanasiya Nikita uzaq ölkələrin təbiətini öyrənmək
üçün səyahətə çıxırdılar.
İntibah epoxasının əvvəllərində təbiət elmlərinin inkişafında yüksəliş
vardı, ekoloji əhəmiyyətli yeni-yeni məlumatlar meydana gəlirdi. Ətraf alə-
min öyrənilməsi prosesi aktivləşirdi. İngilis alimi R.Boyl 1670-ci ildə ma-
hiyyətcə ilk ekoloji eksperiment qoydu: aşagı atmosfer təzyiqinin müxtəlif
heyvanlara təsirini öyrəndi. 16 il keçdikdən sonra başqa ingilis alimi Corc
Rey (1686) növ konsepsiyasının əsasını qoymaqla növlərin ayrılma-sının
bioloji kriteriyalarını tədqiq etdi, hansı ki, sonralar K.Linney, J.B.Lamark,
Ç.Darvin və b. fnkişaf etdirdi. Turneforu (Fransa, 1700) ilk dəfə olaraq dag
qurşagındakı bitkilərin düzənlikdə horizontal paylanmış bitkilərlə müqa-
yisəli təsvirini verdi. Elmi mikroskopiyanın əsasını qoyanlardan biri olan
Anton Van Levenhuk ilk dəfə heyvanlar arasında qida zənciri və mexaniz-
minin idarə olunmasına diqqət verdi. Fenoloq və elmi sistematikanın əsasını
qoyan Karl Linney "Təbiətin iqtisadiyyatı" və "Təbiətin ictimai quruluşu"- о
vaxtlar dissertasiya adlandırırdılar - "iqtisadiyyat" dedikdə müəllif bütün
təbii cisimlərin qarşılıqlı münasibətini başa düşürdü. Tədqiqatçı hesab edirdi
ki, təkcə canlıların çoxalması deyil, həm də onların məһvi də labüddür, belə
ki, bir orqanizmin məhvi başqa orqanizmlərin yaşamasına imkan verir.
Təbiətin müvəffəqiyyəti bunlarla təmin olunur. K.Linney mahiyyətcə biotik
dövran anlayışının əsasını qoydu.
Fransız təbiət tədqiqatçısı J.Byuffonun 36 cildlik "təbii tarix" əsər-
lərinin üstündən sükutla keçmək olmaz. Bu çoxcildlikdə mühitin bitki və
heyvanları həyatına təsiri əsaslandırılmışdı (hər şeydən əvvəl iqlim və
ərazinin xarakteri ).
Müəllifin fikrincə heyvanların sayının artımı həndəsi proses üzrə
gedir. Belə oldu ki, sonralar bu ideya iqtisadiyyatla maraqlanan ingilis keşişi
7
T.R.Maltusun (1766-1834) adı ilə baglı oldu. 200 il əvvəl (1798) "Əhalinin
yerləşməsi prinsipləri haqda təcrübə" kitabında bu günədək davam edən
elmi mübahisələrin predmeti olan cəmiyyətin taleyi haqda düşüncələrə sti-
mul verdi. Maltusun fikrincə əhalinin sayı həndəsi silsilə üzrə, yaşama amil-
ləri isə riyazi silsilə üzrə artır. Nəticə - əhalinin yerləşməsi, böyüməsi tempi
ilə yaşama vasitələrinin artımı arasında obyektiv partlayış, N.F.Reymersin
(1993) müvəffəqiyyətli təyininə görə müasir traktovkada Maltus konsepsi-
yasının mahiyyəti ondan ibarətdir ki, iqtisadi əhəmiyyətli məhsulun alınma-
sına sərf olunan enerjinin artımı proporsional cavab vermir. Şübhəsiz, insa-
na da bioloji növ kimi həndəsi silsilə üzrə çoxalma tamamilə uygun gəlir.
Bu pozisiyadan baxılan nəzəriyyə özlüyündə ciddi elmi təlim kimi öyrənil-
məlidir. İndi iki əsr əvvəl Maltusun qoydugu problem, ciddi kəskinləşib,
daha təhlükəli olub. Bütün həqiqətlər əhalinin artan tələbatı ilə planetin
kasıblaşan ehtiyatları arasında disbalansla üzə çıxır. Əgər Maltusu yalnız
demoqrafik artımın qida istehsalı ilə uygun gəlmədiyi narahat edirdisə,
müasir situasiya dəfələrlə mürəkkəb görünür. Qeyd etmək lazımdır ki, bu
gün konstruktiv qərar göstərmək çətindir.
Bu dövrdə rus elminin inkişafı da kənarda qalmamışdı. Hər şeydən
əvvəl M.I.Lomonosovun ətraf mühitin orqanizmə təsiri fikirləri bu günədək
öz əhəmiyyətini itirməyib. XV11 əsrdə S.P.Krasennikov (1756), İ.İ.Lepe-
xin, P.S.Pallas Rusiya dövlətinin müxtəlif əyalətlərinə səyahət edərək, bitki
və heyvan növlərinin tərkibi, eləcə də onların dinamikasının konkret yaşayış
yerində ətraf mühitin dəyişməsindən asılı oldugu haqda geniş məlumatlar
yığdılar. 1775-ci ildə rus alimi A.A.Koverznev "Heyvanların yenidən yaran-
ması haqda" ciddi işində canlı orqanizmlərin dəyişməsinin yaşama şəraiti
faktorlarından asılı oidugunu əsaslandırdı.
Çəkilən adlar arasında Andrey Timofeyeviç Bolotovun adı xüsusi yer
tutur (1738-1833). Onun qəbir daşı üzərində sadəcə yazılıb: "Kollejskiy
assesor" – inqilaba qədərki rusiyada 8-ci sinfə aid olan vətəndaşlıq rütbəsinə
uyğun idi. Həqiqətdə isə o, ciddi axtarışçı və yaradıcı idi. O, mühitin orqa-
nizmə təsirini öyrənmiş, orqanizmin yaşayış yeri haqda ilk təsnifatı yarat-
mış, orqanizmlər arasında qarşılıqlı münasibət anlayışına toxunmuşdur.
1770-ci ildə "Torpagın gübrələri haqda" görkəmli traktovkasında müəllif
tamamilə aydın qeyd edir ki, bütün bitkilər minerallar çarlıgına aid olan
çoxlu miqdarda maddələrdən ibarətdir. Belə ki, bitki kökləri xüsusi mineral
hissəciklər sorur və həmin maddələr torpaqda kifayət qədər vardır. Bolotov
eyni zamanda qeyd edirdi ki, torpaqda kifayət qədər qida maddəsinin olması
- hələ hər şey demək deyil, lazımdır ki, o torpaqda bitkinin mənimsəyə
biləcəyi formada olsun. Maraqlıdır ki, 30 il keçəndən sonra Berlin Elmlər
Akademiyası bitkilərin qida mənbələrinin öyrənilməsi üçün müsabiqə elan
8
etdi (1800). Mükafat məşhur alim Şraderə təqdim olundu: o, bitkinin lazım
olan maddələri sudan götürdüyünü təsdiqləyirdi. Yalnız X1X əsrin
ortalarında Bolotov fikri qələbə çaldı, hansı ki, onsuz müasir əkinçiliyi tə-
səvvür etmək agıla sıgmır. A.T.Bolotov ekoloq deildi, lakin onun müşahi-
dələrinin çoxlu nəticələri bu günədək əhəmiyyətini itirməyib, onu müasir
ekologiyanın banilərindən biri hesab etmək olar.
Əslində yalnız indi A.T.Bolotov yaradıcı irsinin əhəmiyyəti başa
düşülür. XVIII əsrdə bütövlükdə öyrənilən təbiət hadisələrinə ekoloji baxış-
lar formalaşırdı. X1X əsrin əvvəllərində görkəmli fransız bioloqu J.B.La-
markın "Hidrogeologiya" (1802) və çoxcildli məcmuəsi "Zoologiyanın fəl-
səfəsi" (1809) nəşr olunur. "Hidrogeologiya" - da müəllif biosfer təliminin
əsasını verib və alman alimi K.F.Burdaxın fikrindən xəbəri olmadan (1800)
biologiya termini təklif edir, ona geniş məna verir. Onun "Zoologiyanın
fəlsəfəsi" əsəri təbiətin inkişafı konsepsiyasının əsasını qoydu. ―Orqanizm-
mühit" sistemində qarşılıqlı təsir təkamülünün əsasını yaratdı. J.B.Lamarkın
qazanılmış əlamətlərin irsən ötürülməsinin mümkünlüyü haqda ideyası,
məlum oldugu kimi biologiyada mühüm rol oynayır.
Ekologiyanın, xüsusən, aqroekologiyanın inkişafında alman alimi
Libixin 1840-cı ildə nəşr olunan "Kimya əkinçiliyə və fiziologiyaya əlavədə‖
kitabı bitkilərin qidalanması baxışlarında köklü dəyişikliklər yaratdı. Вu
kitabda bitkilərin qidalanmasının humus nəzəriyyəsinə öldürücü tənqid
vardı və mineral avtotrof qidalanma nəzəriyyəsi ilk dəfə ―qayıtma qanunu‖
və minimum qanunu" yaratdı, eləcə də əkinçilikdə torpaqdan məhsul tərəfin-
dən götürülmüş münbitliyi saxlamaq üçün qida elementlərini qayıtmasının
vacibliyi təlimini Timiryazyev elmin dahi kəşflərindən biri hesab edirdi.
Bu dövr təbiətin öyrənilməsinə kompleks yanaşma tendensiyası ilə müşaiət
olunurdu. Bitki və heyvan orqanizmlərinin sistemli öyrənilmə metodunun
yaranmasında və inkişafında alman alimi A.Qumbolt və rus bioloqu
K.F.Rulyenin əhəmiyyətli təsiri oldu. A.Qumbolt çoxcildli ―Kosmos‖ əsə-
rində (1845) bitkinin həyatında iqlimin əhəmiyyətini göstərdi. İzoterm an-
layışını elmə daxil etdi. Horizontal və vertikal qurşaqlarda bltkilərin yerləş-
məsini, onların həyat formaları anlayışını yaratdı. K.F.Rulye ilk dəfə rusi-
yada üzvi aləmin inkişafına mühitin təsiretmə qanunauygunluqlarını əsas-
landırdı, о cümlədən ekoloji cəhətdən. O, bitki və heyvanların həyatında
biotik faktorların əhənmiyyətini açdı, növlərin cografi və ekoloji dəyiş-
kənliyi aniayışını təsdiqlədi. K.Rulye öz şagirdləri qarşısında məqsəd qoyur-
du: yaxınlıqda olan bataqlıgın 3 zirvəsini tədqiq et: bitki və heyvan müna-
sibətini; onların tədricən qarşıqlı təsirinin inkisafını; müəyyən mühit şə-
raitində onların həyat tərzini. Müasir anlayışlara görə bu vəzifələr ekolo-
giyanın əsasını təşkil edir.
9
K.F.Rulyenin şagirdlərindən və davamçılarından biri olan N.A.Se-
vertsov 1855-ci ildə magistr dissertasiyasını ―Yaxınlıqdakı bataqlıgın 3 zir-
vəsi haqda‖ epiqrafı ilə nəşr etdirdi: "Varonej quberniyasında vəhşi hey-
vanların, quşların və gürzə ilanların həyatında dövri hadisələr‖. Bu Rusiyada
ilk xüsusi ekoloji tədqiqat idi. A.Qumbolt və K.F.Rulyeni bir çox alimlər
təbiəti vahid sistem halında dərk edən, biosfer konsepsjyasını global eko-
sistem kimi qəbul edən nəzəriyyəçi kimi qəbul edirdilər.
Ekoloji düşüncələrin inkişafı ilə eyni vaxtda biologiya, fizika, kimya
və başqa elm sahələrində tam formalaşmamış, özü haqda fikir formalaşdıran
elmin rüşeymi yaranırdı. 1713-cü ildə U.Derem (İngiltərə) ilk dəfə "balans"
terminini təklif etdi. 1762-ci ildə Ş.Bonn (İsveçrə) "təkamül", 1800-cü ildə
K.F.Burdax (Almaniya) "biologiya", 1805-ci ildə Ş.Morron (Belçika) "feno-
logiya", 1850-ci ildə T.D.Toro (ABŞ) və 1866-cı ildə E.Hegel (Almaniya)
"ekologiya terminini təklif etdilər. Bu zaman fransız zooloqu İ.J.Sentlleri
xatırlamamaq olmaz: 1854-1859-cu illərdə "Üzvi aləmin təbii tarixi" əsə-
rində "etologiya" anlayışından istifadə etdi (ailə və cəmiyyətdə toplanmış
canlılar arasında münasibəti öyrənir).
Ç.Darvinin "Təbii seçmə yolu ilə növlərin mənşəyi" adlı elmi mə-
qaləsi Dünya əhəmiyyətli mühüm hadisə oldu və təbiət elmlərinin, o
cümlədən, ekologiyanın sonrakı aktiv inkişafını təmin etdi. Bu əsərdə təbii
seçmə və növlərin mənşəyi haqda nəzəriyyə verilmişdir. Onun işlərində
"ekologiya" termini istifadə olunmur, lakin bu böyük təbiət tədqiqatçısının
bütün elmi fəaliyyəti ciddi surətdə ekoloji təkan verdi. Ç.Darvin geniş
miqyaslı müşahidələrə və dərin ümumiləşdirmələrə əsaslanaraq, qəti olaraq
göstərdi ki, bitki və heyvanların yeni növləri uzun müddətli təkamül inkişafı
keçdikdən sonra yaranır. Təkamül təbii ətraf mühitə daha yaxşı uvgunlaşa
bilən fərdlərin təbii seçmədə qalmasıdır. O dəyişkənlik, irsiyyət, çoxalmanın
həndəsi silsilə ilə getməsini, yaşayış ugrunda mübarizəni təbii seçmənin
əsas hərəkətverici qüvvəsi hesab edirdi. Yaşayış ugrunda mübarizə (orqa-
nizm və mühit arasında xüsusi növ mübarizədir) - vacib ekoloji problem-
lərdən biridir, hansı ki, populyasiya ekologiyasının əsasını qoydu və növ
daxilindəki fərdlər arasında mübarizənin daha qəddar oldugunu izah etdi.
Təsadüfi deyil ki, yeni elmin "xaç atası" E.Hegel yaşayış uğrunda müba-
rizəni abiotik və biotik şəraitin canlı orqanizmə təsiri kimi təklif etdi.
1.1.2. Klassik ekologiyanın yaranması
İlkin, daha uzunmüddətli dövr - hazırlıq və ya "sadəlövh ekologiya"
dövrü 1866-cı ildə başa çatdı. E.Hegel "Orqanizmlərin ümumi morfologi-
yası" əsərində orqanizm və onları əhatə edən mühit haqda elmi "ekologiya"
adlandırdı. Ekologiya - mürəkkəb qarşılıqlı münasibətlərin öyrənilməsidir,
10
hansı ki, Darvin yaşayış ugrunda mübarizədə yaranan şərait adlandırırdı.
Ç.Darvinin və E.Hegelin fundamental tədqiqatları ekoloji tədqiqatların
aktivləşməsinə ciddi stimul oldu və ekologiyanın inkişafına müsbət təsir
etdi. X1X əsrin ikinci yarısında tədqiqatçılar bitki və heyvanların həyat
tərzinə, onların iqlim şəraitinə uygunlaşmasına daha çox diqqət verirdilər.
Ekologiyanın tarixi inkişaf mərhələsi yaranma, formalaşma və inkişjaf
dövrünə bölünür. Q.S.Rozenberg və D.P.Mozgovun təsnifatına görə ikinci
dövr X1X əsrin sonu və XX əsrin birinci otuzilliyini əhatə edir. Bu dövrdə
faktorial ekologiya formalaşdı, popuiyasiyanın dinamikası haqda materiallar
toplandı, bitki və heyvanların müxtəlif xarici abiotik faktorlara münasi-
bətinin qanunauygunluqları öyrənildi.
"Ekologiya" termini getdikcə daha əsaslandırılmış formada elmə daxil
olurdu. Buna baxmayaraq zooloqlar və botaniklər hələ uzun müddət eko-
logiyanin mənasını müxtəlif cür başa düşürdülər. Zoologiyada əsas vəzifə
ayrı-ayrı orqanizmlər və qruplar arasında həm özlərinin, həm də mühitlə
qarşılıqlı əlaqəni öyrənməkdir. Botanikada isə ekologiya əsasən abiotik
faktorların bitkinin böyümə və inkişafına təsirinin öyrənilməsi kimi başa
düşülürdü. Lakin getdikcə daha aydın görünürdü ki, bitki və heyvanat alə-
minə bütöv sistem kimi baxmaq və öyrənmək lazımdır. "Canlı maddə"
abiotik və biotik mühitlə qırılmaz əlaqədədir. Bu vacbliyin başa düşülməsi
ekoloji tədqiqatların sonrakı inkişafı üçün mühüm metodoloji əhəmiyyət
kəsb edir.
Baxmayaraq ki, baxılan dövr (1866 - 1935) müddətcə birinci dövrdən
xeyli geri qalır, о ekoloji, iqtisadi, elmi hadisələr və kəşflərlə daha zən-
gindir. Artıq 1868-ci ildə fransız alimi J.J.E.Reklyu "biosfer" anlayışını
işlətdi, hansı ki, ondan xəbərsiz avstriya alimi E.Zyuss da təklif vermişdir.
1926-cı ildə V.İ.Vernadskinin fundamental biosfer təliminin yaradılmasına-
dək hələ çox vaxt keçəcək.
Ekologiyanın nəzəri əsaslarınm yaranması üçün hidrobioloq K.Me-
biusun yaratdığı elmi traktatda ilbizlər və ilbiz təsərrüfatında orqanizmlər
cəmiyyəti və ya biosenozların olması haqda gəldiyi nəticə mühüm rol oynadı
(Almaniya, 1877).
Tədqiqatçı S.Forbs (ABŞ, 1887) ilk dəfə olaraq gölə "mikrokosm",
başqa sözlə canlı orqanizmlərdən və biotik əhatədən ibarət olan bütöv sistem
kimi baxmaqla, faktiki olaraq ekosistem təlimi haqda elementar başlanğıc
qoydu.
1883-cü ildə V.V.Dokuçayevin "Rus qaratorpaqları" kitabı çıxdı.
Görkəmli rus torpaqşünası torpaq haqda təlim yaratdı: torpaq canlı orqa-
nizmlərin, dağ suxurlarınm və iqlimin birgə yaradıcılıq məhsuludur. O, tor-
paq əmələgəlmənin beş faktorunu təyin etdi. Sonralar V.V.Dokuçayev təbii
11
zonalar haqqında təlim yaratmaqla landşaftlar haqda elmin başlanğıcını
qoydu. Onun meşə tarlaqoruyucu əkinləri konsepsiyası geiş yayılıb, Varonej
quberniyasının Daş çöllərində praktikada parlaq həyata keçirilmiş, 1894 - cü
ildə 1000 ha ərazidə əkilmişdir. Alim bununla kənd təsərrüfatını aparmağın
təbiətə oxşar sistemini yaratmağın, landşaftları optimallaşdırmağın çox
mühüm və lazımlı elementini təklif etdi.
"Təbiətin qatlarının" dərinliyinə getmək və təbiətdən istifadəni kamil-
ləşdirmək üçün V.V.Dokuçayev elmi axtarışlarda, xüsusilə, meyillikdən
qaçmağa və bütöv təbii sistemlərin kompleks tədqiqinə çağırmışdır. Təəssüf
ki, V.V.Dokuçayevin xidmətləri layiqli qiymətini yalnız ölümündən sonra
almışdır.
Naturalist A.A.Silantyev (1868-1918) gəmiricilərin və həşaratların cə-
miyyətlərinin funksiyalaşmasının ekoloji xüsusiyyətlərini tədqiq edərək, ilk
olaraq ziyanvericilərin sayının dəyişməsinin proqnozlaşdırılması vəzifəsini
qoydu, eyni zamanda yırtıcılardan və parazitlərdən insana zərər verən həşa-
ratların və gəmiricilərin çoxalmasının qarşısını almaqda istifadə etmək
ideyasını irəli sürdü.
Görkəmli mikrobioloq İ.İ.Meçnikov (1845-1916) ziyanvericilərin
məhv edilməsi üçün mikroblardan istifadə etmək ideyasını geniş təbliğ edir-
di. Ziyanvericilərlə mübarizədə bioloji metodun praktiki tətbiqinin prioritet-
liyi amerikan entomoloqu Ç.Reylə məxsusdur, hansı ki, 1898-ci ildə
Avstraliyadan Kaliforniyaya gətirdi.
1910 - cu ildə LQ.Ramenski (Rusiya) əsas ekoloji prinsiplərdən birini
- fasiləsizlik prinsipini yaratdı. Baxılan dövrdə nüvə anlayışının dərinləş-
məsi və genişlənməsi prosesi davam edirdi, yeni qanunlar kəşf edilmiş və
yeni ekoloji konsepsiyalar təklif olunmuşdur. 1909-cu ildə E.A.Mitçerlix
(Almaniya) biosenozların məhsuldarhğına faktorların birgə təsiri konsepsi-
yasını təklif etdi. Sonradan bu konsepsiyanı B.Baule və A.Tineman tamam-
ladılar. Beləliklə, faktorların birgə təsirinin Mitçerlix - Tineman - Baule
qanunu yarandı və ekoloji əkinçiliyin əsas postulatlarından biri oldu.
V.Şelford (ABŞ, 1911) tolerantlıq qanununu yaratdı. Bu illərdə ekoloji
əhəmiyyət daşıyan elmi kəşflərin sayı artdı ki, bu da canlının mövcud olma
probleminə maraq və diqqəti artırdı. Ekologiyanın nəzəri əsasının fundamen-
tal kateqoriyaları: "klimaks" - T.Kauls (ABŞ.1901); "populyasiya" - V.L.İoqan-
sen (Danimarka, 1903); "biota" - E.Rakovitse (Rumıniya,1907); "autekolo-
giya" və "sinekologiya" - K.Şreter (Belçika, 1910); "ekotop" - Q.N.Vısotski
(Rusiya,1915); "fitosenoz" və "fluktasiya" - İ.K.Paçoski (Rusiya, 1915);
"məkanca ekoloji taxça" - D.Qrinell (ABŞ, 1917); "məhsuldarlıq" - A.Tine-
man (Almaniya, 1927); "biokütlə" - R.Demol (Almaniya, 1927); "noosfera" -
E.Lerua (Fransa, 1927) və bir çox başqaları tərəfindən yaradıldı.
12
Ekologiyanın inkişafında məşhur rus meşəşünası Q.F.Morozovun
―Meşə bütöv coğrafi kompleks kimi‖ fundamental təlimi böyük əhəmiyyət
kəsb edir ("Meşə haqda təlim", 1912). 1915 - ci ildə rus alimi V.V.Alexin
"predvareniya qaydasını" yaratdı, hansı ki, sonradan 1951 - ci ildə Q.Valter
tərəfindən ikinci dəfə kəşf olundu (lakin "Valter -Alexin qaydası" kimi qeyd
olundu). Suksessiyalar (canlı orqanizmlər cəmiyyətlərinin növbələşməsi)
haqda təlim nəhəng nəzəri ümumiləşmə oldu. 1925-ci ildə amerikan alimi
A.Lokte "Biofizikanın əsasları" elmi əsərində ekologiyaya riyazi yanaşma
prinsiplərini yaratdı. Bu illərdə V.İ.Vernadski biosfer haqda düzgün fun-
damental təlim yaradır. 1926-cı ildə onun kapital əsəri "Biosfera" çıxır,
hansı ki, "canlı maddənin" planetar geokimyəvi rolu, onun qlobal funk-
siyaları hərtərəfli izah olunmuş və əsaslandırılmışdır. Ölkəmizdə və xaricdə
bu dövrdə orijinal monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri nəşr olunmuş,
ekologiyanın həm elm, həm də təlim intizamı kimi mövcud olmasında
böyük rol oynamışdır. Bu baxımdan ingilis Ç.EItonun "Heyvanların eko-
logiyası" kitabına istinad etmək olar, hansı ki, burada yeni elmi istiqamət
"populyasiya ekologiyası" əsaslandırılmışdı, "say piramidası" qanunu for-
malaşdırılmışdı, "qida zəncri", "ekoloji kasadlıq" anlayışları təklif edilmişdi.
V.Şelfordun "Bioekologiya" (1929) işini, D.N.Kaşkarovun "Mühit və cə-
miyyət (sinekologiyanın əsasları)" (1933) "Səhra həyatı", (1936), "Hey-
vanların ekologiyasının əsasları" (1938) kitablarını qeyd etmək yerinə
düşərdi. 1928-ci ildə V.N. Beklemişov (Rusiya) "geomeridlər” konsepsi-
yasını təklif etdi. Onun fikrincə biosferin bütün canlı maddəsi ümumi sis-
temli vahid kimi təsvir olunur (Vernadskinin "Yerin canlı maddəsi" anlayışı
ilə geokimyəvi mənada yox, bioloji mənada eynidir). İkinci mərhələnin sonu
V.V.Stançinskinin (1931) ―trofik səviyyələr” və "enerji pramidasi" tədqi-
qatları ilə tamalanır. Bu təcrübələri sonralar amerika hidrobioloqu R.Linde-
man (1942) təkrarladı və inkişaf etdirdi. Daha vacib bir hadisə F.Q.Qau-
zenin (SSSR-keçmiş) "Yaşayış uğrunda mübarizə" kitabı oldu. Müəllif
növlərin qarşılıqlı münüsibətinin tədqiqinə dair ilk eksperimentini və
rəqabət prinsiplərini təsvir edir.
1.1.3.Növlərin, populyasiyaların, biosenozların ekologiyasının for-
malaşması
Bütövlükdə ekologiya təmiz bioloji tədqiqatların çərçivəsinə daxil ol-
madı. О insanın, eləcə də yaşayış mühitinin mühafizəsinin probleminə
praktiki olaraq toxunmadı. Eyni zamanda insanların yaşama mühitinə artan
təzyiqinə də biganə qala bilmədi.
Qəbul olunmuş təsnifata əsasən ekologiyanın inkişafının üçüncü
dövrü (1935-1980) ingilis botaniki A.Tenslinin "Bitki ekologiyasında ter-
13
minlərin və konsepsiyaların düzgün və qeyri - düzgün istifadəsi" məqalə-
sinin nəşri ilə başlanır.
O "ekosistem" anlayışını təklif etdi və ona dərin izahat verdi. Ekosis-
tem dedikdə canlıların vahid kompleksi başa düşülr (hər şeydən əvvəl fito-
senozla örtülmüş ərazinin bitki aləmi və abiotik mühitin birliyi). Ekosistem
konsepsiyası ən vacib nəzəri ümumiləşdirmələr siyahısına daxildir. Faktiki
olaraq, A.Tenslinin işi komplekslik və sistemlik prinsiplərindən istifadəsinə
görə ekologiyanın inkişafında yeni mərhələ yaratdı.
1939-cu ildə K.Troll (Almaniya) yeni elmi istiqaməti əsaslandırdı -
"landşaft ekologiyası" - bu aqroekologiyada baxılan haçar problemlərdən
biridir.
1940- cı ildə V.İ.Vernadski atomların biogen miqrasiyası
qanununu
yaratdı. Ümumi kimyəvi proseslərə uyğun olaraq, qurunun səthində, atmos-
ferdə, canlılar məskunlaşmış litosferin və suyun dibində, eləcə də canlıların
keçmiş fəaliyyətindən yaranan geoloji qatlarda biotik və biogen faktorları, о
cümlədən təkamülü nəzərə almadan mümkün deyil. Bir qədər sonra (1944)
V.İ.Vernadskinin qələmindən insan və təbiətin qarşılıqlı təsirindən kəskin-
ləşən problemin başa düşülməsinin və həllinin, biosferin mühafizəsinin
əsasını qoyan, noosfer haqda məşhur təlim çıxdı. Amerika ekoloqu R.Lin-
deman 1942-ci ildə ekosistemin öyrənilməsinə "trofik - dinamik" yanaşmanı
əsaslandırdı. Onun qəbul etdiyi konsepsiyaya görə qidalanma prosesində
ekosistemi enerji əlaqələndirir, bu zaman ekosistemə daxil olan və enerjinin
istifadəsinin müxtəlif pillələrində yerləşən ayrı- ayrı populyasiyaların
əhəmiyyətini miqdarca qiymətləndirmək olar. Məşhur elmi hadisələrdən biri
bu dövrdə akademik V.N.Sukaçovun biogeosenoz haqqında təlimi – biogeo-
senologiya (1942) oldu. Təbiətin elementlərinin ümumi əlaqəsinin dialektik
prinsiplərindən, əksliklərin mübarizəsi nəticəsində fasiləsiz inkişafdan, kə-
miyyətin keyfiyyətə keçməsindən yaradıcılıqla istifadə edərək, V.N.Su-
kaçov təbii meşə əkinlərini idarə edən qanunauyğunluqların analizi əsasında
belə nəticəyə gəldi ki, təbiətdə sadəcə biosenozlar deyil, sistemlər mövcud-
dur, hansı ki, üzvi birlikləri müəyyən əraziyə xas olan (ekotop) abotik
şəraitlə birləşdirir. Biosenoz, ekoloji şərait və ekotopun birliyi kompleks
yaradır, hansı ki, müəllif biogeosenoz adlandırmağı təklif etdi.
C.Xatçinsonun (ABŞ, 1961) tədqiqatlarını yada salmasaq, ekologi-
yanın inkişaf mərhələsi natamam olardı. Onun "plankton paradoksu" kəşfi
belə nəticəyə gəlməyə imkan verdi ki, rəqabətlə yanaşı cəmiyyətlərin (biose-
nozların) yaranmasının daha "humanist" gücü var. R.Mak-Artur və D.Kon-
nelin birgə işi "Populyasiyaların biologiyası" (1966), R.Mak-Artur və
E.Uilsonun "Adalar biocoğrafiyası nəzəriyyəsi" adlı birgə işlərini qeyd
etmək yerinə düşər. Bu işlərin əsas mahiyyəti cəmiyyətlərin formalaşmasın-
14
da rəqabətin əsas faktor olduğunu göstərməkdir. Sadalanan inşaların ciddi
determinizmi ekoloji hadisələrin izahında riyazi metodların tətbiqini,
öyrənilən obyekt və proseslərin kəmiyyət xrakteristikasını yaratmağı, müx-
təlif aspektli və müxtəlif səviyyəli ekoloji sistemlərin modelini hazırlamağı
labüdləşdirdi. Şübhəsiz, bütün bunlar elektron hesablama texnikasının
istifadəsinə səbəb oldu. Bununla yanaşı hədsiz universal proqramlardan
qaçmaq lazımdır; onları ağıl çərçivəsində yerinə yetirmək lazımdır. Məşhur
aforizmi yada salmaq yerinə düşər: "Riyaziyyat kirkirə kimi yalnız onun
altına töküləni üyüdür". Bu dövrdə ekoloji tədqiqatların metodologiyasmda
yaranan determinist təsəvvürlərlə yanaşı, ekosistemin dinamikasının xüsu-
siyyətləri və strukturunun dəyişməsinin izahında təsadüfi (stoxastik) faktor-
ların uçotuna daha çox diqqət ayırırdılar. Həm də iş yalnız ekoloji düşün-
cənin təkamülündə deyildi. Qanunauyğun və təsadüfinin olması və əhəmiy-
yəti təbiətdə çoxdan məlumdur. İndiki halda insan gücünün "yenidən forma-
laşdıran" öldürücü təsirinin altında təbii sistemlərdə neqativ dəyişmələrin
qiymətləndirilməsi və uçotu vacibdir.
1.1.4. Ekologiyanın predmeti və vəzifələri
Heç bir elmi-texniki və ictimai tərəqqi insanın həyat fəliyyətini təbiət
qanunlarının əksinə təmin edə bilməz. Hətta,kosmsu fəth etməsinə, aylarla
suyun altında yaşamağa qadir olmasina baxmayaraq insan müəyyən mühit
amillərindən (temperatur, rütubət, havanın qaz tərkibi, suyun keyfiyyəti,
qidanın tərkibi və s.) asılı olan bioloji varlıq (növ) kimi qalmaqda davam
edir. İstənilən canlı orqanizmin mühitin keyfiyyətinə olan təlabatı min illərlə
davam edən təkamül nəticəsində formalaşmışdır. Aydındır ki,bu keyfiyyətin
orqanizmin təlabatından kənara çıxması maddələr mübadiləsinin pozul-
masına səbəb ola bilər ki, bu da nomal həyat tərzi ilə bir araya sığmaya bilər.
Mühitin keyfiyyətinin yüksək olması nə deməkdir?
1. Ekoloji sistemin dayanıqlı mövcudluq imkanının olması.
2. Verilmiş yerdə tarixən və ya müvəqqəti məskunlaşmış populyasiya
(ilk növbədə insan) üçün arzuolunmaz mənfi nəticələrin olmaması.
Müasir anlayışda ―ekologiya‖orqanizmlər və ya orqanizmlər qrupu ilə
onları əhatə edən mühit arasında münasibətlərdən bəhs edən elmdir.Başqa
sözlə, ‖ekologiya canlı orqanizmlərin mövcudluq şərtlərini və orqanizmlərlə
onların məskunlaşdığı mühitin qarşılıqlı təsirlərini öyrənən elmdir‖.
Orqanizmlərlə mühit arasındakı əlaqələrin məcmusu və ya sturukturu
ekologiyanın predmetini təşkil edir.
Təbiətin necə qurulmasını,hansı qanunlar əsasında mövcudluğunu,
insan təsirinə hansı reaksiyanı verməsini, ekoloji sistemləri məhv etməyən
yüklənmənin həddini və s.bilmədən təbiəti qorumaq və ondan insanın
15
maraqları naminə istifadə etmək mümkün deyil.Bütün bunlar isə ekologi-
yanın obyektini təşkil edir. Ekologiyada əsas tədqiqat obyekti ekosistem-
lərdir (canlı orqanizmlərlə məskunlaşma mühitinin yaratdigı vahid təbiət
kompleksləri).
Ekologiya insan fəaliyyəti nəticəsində baş verən dəyişikliklər də nə-
zərə alınmaqla canlı orqanizmlərin məskunlaşdıqları mühitdə həyat fəaliy-
yətinin qanunauyğunluqlarını tədqiq edir. Bütün bunlardan başqa, ayrı-ayrı
orqanizm növlərinin (orqanizm səviyyəsi),onların populyasiyalarının,yəni
eyni növdən olan fərdlər toplusunun(populyasiya-növ səviyyəsi) və bütöv-
lükdə biosferin (biosfer səviyyəsi) öyrənilməsi də ekologiyanın tədiqat
sferasına daxildir.
Bioloji elm kimi ekologiyanın əsas, ənənəvi hissəsi bioloji varlıq kimi
insan da daxil olmaqla bütün canlı orqanizmlərin mühitlə qarşılıqlı
əlaqələrini öyrənən ümumi ekologiyadır.
Həyatın təşkil səviyyəsinə görə ümumi ekologiyanın tərkibində
aşağıdakı bölmələri ayırmaq olar:
-ayrılıqda götürülmüş orqanizmin(növün,fərdin)ətraf mühitlə fərdi əla-
qələrini tədqiq edən autekologiyaya;
-əsas vəzifəsi ayrı-ayrı növlərin populyasiyalarının struktur və dinami-
kasını öyrənməkdən ibarət olan populyasiya ekologiyası (demoekologiya);
-populyasiyaların,birliklərin və ekosistemlərin ətraf mühitlə qarşılıqlı
əlaqələrini tədqiq edən sinekologiya (biosenologiya).
Dostları ilə paylaş: |