ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə106/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
88
 

 
(Sabirabad), “güclü, qüvvətli” (Ağdam, Qarakilsə, Quba, Mingəçevir, 
Naxçıvan, Oğuz, Şamaxı, Şuşa), “kobud” (Cəbrayıl, Cəlilabad, Quba, 
Oğuz, Zəngilan), “çoxdanışan”; “səbirsiz” (Xanlar) mənalarında işlə-
nir:  Hırsız adamı birəz tüşümməz heysav eliyillər  (Gəncə);  Sənnən 
hırsız adam görməmişəm (Sabirabad);  Şirin elə bil lap anadan xırsız 
duğulub (Quba); Bu elə uşaxlıxdan çox xırsızdı (Şuşa); Unu heş dindi-
mə:n, çox xırsızdı (Zəngilan);  Yaman xırsız adamsan, heç kimi saya 
salmeysən (Cəlilabad);  Hər kəs səvirsizdi, ona xırsız deyərəx`(Xanlar) 
(7, 206, 224). Gördüyümüz kimi, Azərbaycan dili şivələrində xırsız 
sözü bir neçə məna ifadə edir. Buna görə də R.Ə.Rüstəmov bu lek-
sik vahidi omonim söz hesab edir (53, 210). 
“Kitabi-Dədə Qorqud” dastanlarının leksik tərkibində semanti-
kasına görə nəzəri cəlb edən xırsız sözü “yağı düşmən, oğru, yolkə-
sən” mənasında qeydə alınmışdır: Acı ayran tökiləndə çap-çap içən! 
Gələn xırsuzları qorqudan! (43). Qədim türk dili abidələrində xırsız 
sözü  xırsız küregi  söz  birləşməsi  tərkibində  işlənərək  “qayıqdan 
istifadə edərkən fışıltı səsini çıxartmaması üçün suyun dibinə doğru 
çəkilən avar, avarın bu şəkildə çəkilişi” mənasını ifadə edir (103, 
107).  G.Vəliyeva  xırsız və  xırrı  leksik  vahidlərini  leksik-semantik 
baxımdan ələ alıb. O, Abşeronun Türkan, Zirə, Əmircan, Hövsan, Maş-
tağa kənd şivələrində xırrı sözünün əhatə etdiyi mənaları qeyd edib: 
1yaxşı, fərli: Sən diyən çox xırrı meclis də elemedilər ununçun (Höv-
san); 2. var-dövlətli: Yaxşı xırrı qoum-əğrebeləri var (Mərdəkan); 3. 
çoxlu: Bilirsən ne xırrıdular ular (Əmircan); 4.  ağıllı (məcazi məna-
da): Həcağa çox xırrı dögür a, gedib quyyə tüşər, mığyet ol (Maştağa). 
Tədqiqatçı xırrı sözünü omonimlik xüsusiyyətlərinə malik olan lek-
sik vahid adlandırır (64, 35). Xırrı sözü qeyd olunan mənada yalnız 
Şərqi Abşeron şivələrində yaşamaqdadır.  
G.Vəliyeva “Qədim türk lüğəti”nə əsaslanaraq xırlı, xırsız sözlə-
rinin kir kökünə getdiyini qeyd edir. Qeyd olunan lüğətdə kir sözü-
nün on bir məna variantı verilmişdir. Bunların içərisində “düşmən-
çilik etmək, hücum etmək”, məcazi mənada desək, “güclülük, mərd-
lik” çaları var. Deməli, hesab etmək olar ki, oğurluq, quldurluq çaları 
hücum etmək,  düşmənçilik  etmək mənalarından irəli  gəlir.  Xırsız 
sözünün ikinci komponenti isimlərdən sifət əmələ gətirən və məz-
munla mənfilik xüsusiyyətini bildirən dörd variantlı –sız şəkilçisi-



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin